Bir daha “Sarı gəlin” haqqında .....                        Bələdiyyə seçkilərinin ilkin nəticələri .....                        Salyanda faciə: bir ailənin 4 üzvü öldü .....                        Suriyanın yeni prezidenti elan edildi .....                        Avropanın sərhədimizdəki missiyasının müddəti uzadıldı .....                        Ən çox seçici aktivliyi olan dairə .....                        Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib .....                        Fatma Mahmudova xəstəxanaya yerləşdirildi .....                        Səsvermə ilə bağlı şikayət daxil olmayıb .....                       
Tarix : 22-05-2017, 12:24
Almaniyadakı Azərbaycan diasporu Rusiya prezidentinə müraciət edib

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət ediblər.

Butov.az xəbər verir ki, bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə Heyətinin üzvləri ÜAK-ın qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya prezidenti V.Putinə etdikləri müraciətdə deyilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur:

“Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycanda rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin hüquqlarının tam qorunması üçün bütün şərait yaradılıb”.

Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir:

“Mayın 15-də Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərarı subyektiv xatakterlidir".

Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından ədaləti bərpa edərək ÜAK-ın qeydiyyatının bərpasına dəstək göstərməyi xahiş edir. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər.

Diaspor təşkilatları Rusiyanın bəzi dövlət orqanlarını isə antiazərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırır.

Kanada Azərbaycan Tədqiqatları İnstitutu isə ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb.

Məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan ÜAK ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 15 may tarixli qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub:

"Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil etməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres hər iki ölkəyə dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da yüksəlməsi üçün stimul verib”.

Məktubda qeyd olunur ki, Ali Məhkəmənin qərarı ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir: “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!