"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
31-05-2025, 06:03
İNAM ATANIN (ASİF ATANIN) ANIM GÜNÜ

İNAM ATANIN (ASİF ATANIN) ANIM GÜNÜ

İNAM ATA (ASIF ATA): “HƏYAT MƏNADAN YARANIB, ÖLÜMÜN ÖZ MƏNASI YOXDUR. ÖLÜM VAR OLSA DA YAŞAMIR, YAŞAYAN HƏYATDIR”

Ata-Ocaq ilsırası ilə Közərti (iyun) ayının 5-i Mütləqə İnam Dünyabaxışının Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) ölümündən 28 il ötür (1935-1997).
Onun gəlişi İnsana, Ulusa, Bəşərə bənzərsiz Mütləqə İnam müjdəçiliyidir. İndiyə qədərki gəlişlərin çoxu insandan qıraqdakı qüvvələrə inam əsasında olub. Sonucda insan yox, insanüstü qüvvələr təsdiqlənib. Ancaq İnam Atada başlıca məqsəd İnsandır, insanın var olması özündən qıraqdakı quvvəyə yox, İnsandakı Mənaya, Mütləqlik imkanına əsaslanır.
İnam Atanın onillərdir Azərbaycana gətirdiyi özümlü, bənzərsiz düşüncə yönü, ideya fərqi yer-göy səviyyəsində ortadadır. Ata Ulusumuz, habelə Bəşər üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı. Onun geniş, sınırsız idraki imkanları, şəri sarsıdan inamı var. Ona görə «var» deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ona görə ki, ardıcıllarının ağlında, ürəyində, əməllərində hər an yaşayır, yaşadılır.
Oxuculara Atanın Ölüm konusunda fikirlərini sunuram.

Sayğıyla: İŞIQLI ATALI
***
İNAM ATA (ASİF ATA)
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
***
AQİBƏT

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar.
Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.

***
ÖLÜMLƏ GÖRÜŞ
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor¬xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!

***
AQIBƏT
İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya¬caq, arayacaqdı.
Çiçək ayı, 3-cü il.
(Aprel, 1981-ci il).

***
HƏYAT – ÖLÜM
Ölümü Həyatla Bərabərləşdirirlər, həyata qarşı qoyurlar Ölümçülər, Bədbinlər.
Əslində isə Ölüm – Bütöv həyatın bir hissəsidir.
O, həyatı yaşatmaq üçün Var olub, onun öz Varlığı Yoxdur.
Ölüm olmasaydı, həyat yaşamazdı.
Ölüm Həyat üçün Yaşayır – onun öz Həyatı Yoxdur.
Ölüm Var – ancaq Ölümə İnam Yoxdur – Həyata İnam Var.
Ölüm həmişə olub – ancaq Əzəli deyil, Əzəli olan Həyatdır.
Həyat olmasaydı – Ölüm olmazdı.
Ölüm həmişə olacaq – ancaq Əbədi deyil, Əbədi olan Həyatdır.
Həyat olmasa – Ölüm olmaz.
Ölüm Həyatla yanaşı yaşayır – onun öz həyatı yoxdur.
Həyatı – Həyatlıq yaşadır; Ölümü – Həyat.
Həyat Mahiyyətdən yaranıb – Ölümün öz Mahiyyəti Yoxdur.
Həyat Mənadan yaranıb – Ölümün öz Mənası Yoxdur.
Ölüm Var olsa da, yaşamır – yaşayan Həyatdır.
30-05-2025, 19:27
Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI


Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının (Azdrama) Bədii Şurasının üzvlüyündən azad edilib.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Füzuli Hüseynova töhmət verilib.
Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.
"Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - açıqlamada bildirilir.
Qeyd edək ki, Əli NurFizuli Hüseynovun ona hücum etdiyini bildirib və məsələ ilə əlaqədar polisə şikayət edib.
28-05-2025, 16:34
Liderlər Laçında Müstəqillik Gününə həsr olunmuş konsertdə - VİDEO


Liderlər Laçında Müstəqillik Gününə həsr olunmuş konsertdə - VİDEO

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak edirlər.
Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdilər.

24-05-2025, 20:13
Şuşada “Xarıbülbül” Festivalının açılışı - FOTO


Şuşada “Xarıbülbül” Festivalının açılışı - FOTO

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.
Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.
Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb: Azərbaycandan Afaq Abbasova, Cahangir Novruzov, Əkrəm Poladov, Fatimə Cəfərzadə, Fərhad Bədəlbəyli, Fərid Əliyev, İlahə Rüstəmova, İnara Babayeva, Orxan Hüseynov, Mahir Tağızadə, Murad Adıgözəlzadə, Polad Bülbüloğlu, Yusif Eyvazov,Qazaxıstandan Azamat Jeltırquzov, Türkiyədən Ferda Yetişər, eləcə də rəqqaslar Berfu Elmas (Türkiyə), Dayna Kıdıralıyeva (Qırğızıstan), Ebru Elmas (Türkiyə), Eldiyar Marat oğlu (Qırğızıstan), Mustafa Çagatay Ozmen (Türkiyə), Nurjamal Moldoqaziyeva (Qırğızıstan), həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın Balet truppası, Azərbaycan Dövlət Xor Kapellası.
Bu gün Şuşa yenidən dirçəlir. Küçələrində musiqi səslənir, festivallar keçirilir, tarixi binalar bərpa olunur. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi tədbirlər şəhərin ruhuna yenidən can verir.
Festivalın coşqusu qonaqların baxışlarında, təbəssümlərində hiss olunur.
Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ailələrin, həmçinin uşaqların da gəlməsindən məmnun olduğunu deyib. Qeyd edib ki, festivalda dahi Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər böyük sənətkarlarımızın səsləndirilən əsərlərini dinləyirlər və bu, böyük sərvətdir.
"Düşünürəm ki, hamı bu gözəl festivaldan razı qaldı. İstərdim ki, xaricdən daha çox insan, tanınmış simalar buraya gəlsinlər, Şuşa ilə tanış olsunlar və görsünlər ki, bura necə bir behiştdir", - deyə F.Bədəlbəyli vurğulayıb.
Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı və tapşırığı ilə bu möhtəşəm festival keçirilir və o, bundan çox xoşbəxtdir.
Polad Bülbüloğlu Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şuşada, Cıdır düzündə keçirilən festivalda “Sevgili Canan” romansını ifa etdiyini bildirərək deyib: "Mən indi elə hiss edirəm ki, Bülbülün, Üzeyir Hacıbəylinin və digər böyük sənətkarlarımızın ruhları şad olmalıdır. Onların ruhu 30 il narahat qaldı. Artıq sevinirlər ki, “Xarıbülbül” Festivalı yaşayır və bundan sonra da yaşayacaq”.
Festivalın birinci günü axşam saatlarında isə Şuşanın digər gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi...” adlı teatr tamaşası nümayiş olunacaq. Tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.
Qeyd edək ki, mayın 25-də - festivalın ikinci günü Cıdır düzündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun konserti olacaq. Orkestrə Murtuza Bülbül dirijorluq edəcək.
Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.










24-05-2025, 17:22
Röya Ayaz Salayevi hədələdi: Özünüzə gəlin!


Röya Ayaz Salayevi hədələdi: Özünüzə gəlin!

Xalq artisti Röya Ayxan Fransada keçirlən Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və orada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub. Sosial şəbəkələrdə Röyanın həmin tədbirdən videogörüntüsü paylaşılıb.
Röyanın Kann Festivalına qatılması kinorejissor, kinoşünas və senarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev tərəfindən birmənalı qarşılanmayıb.
Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər:
“Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.
Röya Ayxanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.
Müğənni Röya Ayxan Ayaz Salayevə sərt cavab verib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Ay qaşqın, deyirlər rəhmətliklər diriliblər yenidən. Enerjiyə gəlmisiniz? Elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, başlayıram sizdən. Görəndə, salamlaşırsınız hüdüdü... (yamsılayır-red). Özünüzə gəlin! Mən öyrəşmişəm, ölənləri diriltməyə. Amma siz elə ölü qalın. Ay mən olmuşam, mən belə getdim. Bəli, birinci mənəm. Bəli, hər şeyin ən gözəlini layiqli şəkildə edən mənəm. Çünki oxuduğum kimi də ürəyim var. Bildin, hadi ordan!".
23-05-2025, 22:30
Ayaz Salayev: “Röyanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur”


Ayaz Salayev: “Röyanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur”

“Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir”.
Bu fikirləri kinorejissor, kinoşünas və senarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib.
Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər:
“Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.
Röya Ayxanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub.
18-05-2025, 20:15
Babalarımızın Yadigarı Sank-Peterburqda

Babalarımızın Yadigarı Sank-Peterburqda

Sankt-Peterburqda “Babalarımızın yadigarı – papaq” layihəsi çərçivəsində tədbir keçirildi.

17 may 2025-ci il tarixində Sankt- Peterburqda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Biirliyi və Rusiyada yaşayan dəyərli həmyerlimiz Zivər Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə Rusiya Milli Kitabxanasında “Babalarımızın yadigarı – papaq” layihəsi çərçivəsində maraqlı bir tədbir baş tutdu. Tədbirdən öncə Zivər Zeynalovanın toxudiğu, tikmə əl işləri, Güllü Eldar Tomarlının 100 qədimi və müasir kəlağayıları, milli papaqlarının sərgisi ilə tanışlıq oldu.Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Zivər Zeynalova qonaqları salamladı, layihənin mahiyyətindən danışdı, belə tədbirlərin mədəniyyətimizin inkişafı yolunda çox vacib olduğunu qeyd etdi. Azərbaycandan uzaqlarda belə mənəvi dəyərlərimizə həsr olunmuş
tədbirlər, təbliğatlar o qədər gözəldir ki, bir azərbaycanlı xanımı kimi fəxr edirəm.
Rusiya Federaiyasının və Azərbaycan Respublikasının dövlət himni səslənfd irildi. Vətən yolunda canından keçən şəhidlırimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra söz Güllü Eldar Tomarlıya verildi. O, məmnunlu qla qeyd etdi ki, Zivər Zeynalovanın həyata keçirdiyi layihə Mirvarid Dilbazi Poeziya Məclisinin çoxşaxəli fəaliyyətinin, milli dəyərlərimizdən bəhs edən tədbirlərin davamıdır. Bu günün davamı isə Moskva Milli Muxtariyyatın dəvəti və təşkistçılığı ilə 23 mayda Moskvada keçiriləcək. Tədbirdə milli rəqslərimiz, musiqilərimiz, papaq və kəlağayı haqqında ədəbiyyat nümunələri səsləndirildi, milli papaq simvolikasının tarixi və mənəvi əhəmiyyəti barədə çıxışlar oldu, həmçinin iştirakçılar arasında fikir mübadiləsi aparıldı.

Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin, xüsusilə də qədim papaq ənənəsinin gənc nəslə tanıdılması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi idi.
Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyan bu tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.
Tədbir ''Qarabağ'' mahnısı ilə sona çatdı.
14-05-2025, 01:41
Azərbaycan finala keçə bilmədi


Azərbaycan finala keçə bilmədi

Azərbaycan “Avroviziya-2025” mahnı müsabiqəsinin birinci yarımfinalında mübarizəni dayandırıb.
Çıxışlardan sonra səsvermə keçirilib.
Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçisi “Mamagama” qrupu mübarizəni dayandırıb.
14-05-2025, 00:58
Azərbaycan "Avroviziya - 2025"də sazla çıxış etdi - VİDEO


Azərbaycan "Avroviziya - 2025"də sazla çıxış etdi - VİDEO

Azərbaycan təmsilçisi “Mamagama” qrupu İsveçrənin Bazel şəhərində keçirilən "Avroviziya - 2025" mahnı müsabiqəsində çıxış edib.
Təmsilçi “Run with U” mahnısı ilə təmsil olunub.
Qeyd edək ki, müsabiqənin ilk yarımfinal mərhələsi keçirilib və Azərbaycan 10 nömrə altında çıxış edib.


10-05-2025, 12:43
İlham Əliyevlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO


İlham Əliyevlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.






























����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!