Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 28-03-2016, 12:52
BUZOVNA QƏSƏBƏSİNDƏ İNKİŞAFIN YENİ DİNAMİKASI




Buzovna bələdiyyəsi öz işini uğurla davam etdirir.


Mətləb Əliyev gənc olmasına baxmayaraq, Xəzər rayonu Buzovna qəsəbəsində böyük hörmətə layiq olan bir ziyalıdır! Bu onun doğma yurduna, doğulduğu kəndinə olan sevgisindən, qanında, canında el-oba məhəbbətini gəzdirə bilməsindən, insanların səadəti və xoşbəxtliyi naminə çalışıb yaşamasından irəli gələn bir amildir. Əzəl gündən həyatının mənasını xalqına xidmətdə görənlər həmişə, xalqının mədəni-mənəvi dünyasına rəngarəng, yadda qalan naxışlar da vura bilmişlər! Hal-hazırda Mətləb Əliyevin hər addımbaşı əməlində, insanları sağlam görmək, xoşbəxt yaşamaq, ağrıdan-acıdan uzaq kimi çağırışlar edən, içində bir daxili müqəddəslik vardır! Bu gənc rəhbər hələ ömrünün orta çağlarını yaşayır. Mətləb müəllim yaxşılıq etməkdən, insanlara, xüsusən də yaşadığı qəsəbənin sakinlərinə daim səlahiyyətləri çərçivəsində mədəni xidmət göstərməkdən doymur, əksinə insanlara həmişə mədəni xidmət göstərmək, onları dərd-sərlərinə şərik çıxmaq onun əsas vəzifələrindən biridir! Sözün həqiqi mənasında o, fitrətən xalq adamı olmaqla bərabər, həm də qəsəbə sakinlərinin xidmətində dayanan bir əsgərdir, bələdiyyə sədri Mətləb müəllim! Onun səmimiyyəti, yüksək əxlaqi keyfiyyətləri, insanpərvərliyi, qonaqsevərliyi, rabitəli elmi danışıqları hər kəsə nümunə olası bir nümunədir desək yanılmarıq! Ona görə də Mətləb müəllimdən ağız dolusu danışan qəsəbə sakinlərini dindirdikcə adamda bir rahatlıq, mənəvi bir duyğular baş qaldırır!.. Məhz onun bu xarakterinə görə, qəsəbə sakinləri arasında böyük hörmət və nüfuza malik şəxs kimi hamı tərəfindən sevilən bir ziyalı kimi tanınır, o! Onun haqqında söylənilən xoş sözləri biz, həm də onunla bir komandada çalışan həmkarları – Bələdiyyə sədrinin müavinləri – Elman müəllim, Dilqəm müəllim kimi ziyalılardan da eşidib xeyli xoş olduq! Odur ki, bütün yuxarıda yazılanları, qəsəbə sakinlərinin söyləmələrini, xüsusilə də abadlıq və quruculuq işlərinin qəsəbədə nizamla davam etməsini nəzərə alıb, onu bir təhər müsahibə verməyə razı saldıq! - Mətdəb müəllim, Salam! Necəsiniz? - Çox sağ olun, lap yaxşıyam! İşlərimiz qəsəbə sakinləri ilə bilavasitə bağlı olduğundan həmişə onların qulluğunda onların adlarına layiq durmağa çalışırıq! - Xahiş edirəm özünüzü təqdim edin! - Mən Əliyev Mətləb Feruz oğlu 13 fevral 1977-ci ildə Bakı şəhərində anadan olmuşam. 1991-ci ildə 206 saylı 8 illik orta məktəbi bitirib, 55 saylı şəhər texniki-peşə məktəbinə daxil olmuşam! 1993-cü ildə texniki-peşə məktəbini əla qiymətlərlə başa vurub, 1994-cü ildə təhsilimi davam etdirmək üçün işlərimi «Odlar yurdu» universitetinə verib, 2000-ci ildə ali məktəbi müvəffəqiyyətlərlə başa vurmuşam! Bununla da kifayətlənməyərək, 2008-2012-ci illərdə təhsilimi Bakı Dövlət Universitetində davam etdirib, hüquqşünas ixtisasına yiyələnmişəm. Sonra 01.02.2008-ci ildən 05.10.2009-cu ilə qədər Buzovna qəsəbə bələdiyyəsində hüquqşünas kimi çalışmışam! Nəhayət, 07.05.2010-cu ildən hazırkı dövrə qədər Buzovna qəsəbə bələdiyyəsinin sədri kimi işimi davam etdirirəm!

- Bu gün Buzovna bələdiyyəsinin durumu ilə bağlı nə deyə bilərsiniz? Bəzi bələdiyyələrdə əhalinin sayından asılı olaraq, bələdiyyə qurumlarında bələdiyyə üzvlərinin sayı müxtəlifdir. Bu sizdə necədir, neçə bələdiyyə üzvü çalışır sizin bələdiyyə qurumunda?
- Nəzərinizə ilk öncə çatdırım ki, Buzovna bələdiyyəsinin 15 (on beş) üzvü və 22 bələdiyyə işçisi var. Onlardan 5 (beş) nəfəri bələdiyyə vergi müfəttişi, ərazi idarəetmə şöbəsi, mühasibatlıq, kargüzarlıq, buxalteriya və sairdən ibarətdir. O ki, qaldı Buzovna bələdiyyəsinin bu günkü durumu haqqında sorğunuza cavab olaraq deyə bilərəm ki, durum bizi qane edir. İşçilərimiz əsasən sakinlərlə işlədiyinə görə deyə bilərəm ki, biz qəsəbəmizin sakinlərindən çox razıyıq. Bələdiyyə ilə bağlı olan bütün məsələləri çalışırlar ki, vaxtında həll edək!
- Buzovna qəsəbəsi Xəzər rayonuna daxil olan qəsəbələr arasında həm səliqə-sahman baxımından, həm də tikinti-abadlıq işlərinin uğurla aparlıması baxımından fərqlənir. Biz bunun ərazini gəzib-dolaşarkən də canlı şahidi olduq. Bunun sirri nədir?
- Bunun heç bir sirri yoxdur. Sadəcə olaraq Xəzər rayonunun icra başçısı hörmətli Hacı Gülağa müəllimin diqqət və qayğısı həmişə bizim qəsəbədə özünü göstərir. Onun tapşırıq və göstərişi ilə qəsəbəmizdə hər il yaşıllıq zolaqlarının artırılması, yeni park və xiyabanların salınması, yol kənarındakı yaşıl zolaqların vaxtında budanılması ərazidən zibil tullantılarının vaxtı-vaxtında daşınması, həmişə bizim ən əsas vəzifə borcumuzdur. Biz hörmətli Gülağa müəllimin göstərişlərinə əsasən, Buzovna bələdiyyəsinin yerləşdiyi inzibati binanın yaxınlığında – Buzovna parkı ilə üzbəüz yerləşən ərazidə Böyük Vətən müharibəsində (1941-1945) həlak olmuş dəyərli vətən övladlarının əziz xatirəsi naminə böyük xatirə kompleksi ucaltmışıq. Bu da qəsəbə sakinlərinin haqlı sevincinə səbəb olmuşdur. Çünki hər ilin 9 may günü, Buzovna qəsəbə sakinləri, özlərinin Böyük Vətən müharibəsində həlak olmuş əzizlərinin xatirəsini yad etmək üçün, gəlib xatirə kompleksinin önünə təzə-tər gül dəstələri qoyurlar. Onlar da bununla belə özlərində bir sayqılıq, rahatlıq tapırlar.
- Bayram günlərində imtiyazlı ailələrə, xüsusən də tənha qocalara və şəhid ailələrinə bələdiyyə olaraq Sizdə yardımlar verilirmi?
- Bəli, biz də bələdiyyənin imkanı daxilində aztəminatlı ailələrə hər bayram günlərində, xüsusilə də Novruz bayramı ərəfəsində yardımlar edirik. Onların evləri ilə mütəmadi olaraq əlaqə saxlanılır. Onların problemləri dinlənilir və dərhal da bələdiyyə qurumu tərəfindən həmin problem ya büsbütün, ya da qismən öz həllini tapır. - Bildiyimiz kimi bələdiyyələrin büdcəsi əsasən əhalidən toplanan vergilərin hesabına formalaşır. Xüsusən də əmlak və torpaq vergilərinin hesabına… Sizin bələdiyyədə vəziyyət necədir? - Bu sahədə bir az çətinlikəlrimiz var. Çünki biz əhali ilə işləyirik. Əhalidə pul kütləsi yaxşı olsa, bizim də işlərimiz yaxşı olar, vergi ödənişlərini vaxtlı-vaxtında ödəyərlər. Amma ona baxmayaraq, biz büdcəmizi formalaşdıra bilirik. Ona görə ki, bizim işçilərin aylıq əmək haqlasrı toplanmış büdcə vəsaitindən çox asılıdır. Çətin də olsa biz vergi rüsumlarını toplaya bilirik!
- Mətləb müəllim, qarşıdan Novruz Bayramı gəlir. hamı kimi yəqin ki, siz də bu mübarək bayrama çox həvəslə hazırlaşırsınız. Həm də aldığımız məlumata görə Xəzər rayonu səviəyyəsində keçirilən böyük bayram tədbiri də Buzovna qəsəbəsində olacaq! Necə hazırlaşırsınız?
- Bəli, düz buyurursunuz. Mart ayının 18-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Gülağa İslamov cənablarının rəhbərliyi altında Buzovna qəsəbəsində möhtəşəm «Novruz Bayramı» şənliyi keçiriləcək.

Tədbirdə müxtəlif incəsənət ustalarının məharətli ifaları, qəsəbə ağsaqqallarının çıxışları, kosa və keçəlin müxtəlif frazalarda oyunları yəqin ki, Bayram şənliyinə xoş ovqat qatacaq. Novruz bayramının atributları çoxdur. Novruzun gəlişi ilə təbitədə bir canlanma hiss olunur. Torpaq tərpənir, hər tərəf yaşıllaşmağa doğru meyl edir, ilk öncə alça, zoğal, ərik və sair kimi ağaclar çiçək açaraq, yazın gəlişini bir daha sübut edir. - Mətləb müəllim, sizin icazənizlə bir az mətləbdən kənarlaşmaq istəyirəm. Son zamanlar müxtəlif elektron kütləvi informasiya saytlarında, eləcə də yazılı informasiya vasitələrində (xüsusən də «Təzadlar» qəzetinin müxtəlif saylarında) Buzovna qəsəbə bələdiyyəsinin adı torpaq qalmaqallarında tez-tez hallanır. Burada həm Sizin ünvanınıza, həm də Sizin bələdiyyənin işçisi olan Məianət xanım Ələkbərovanın ünvanına xoşagəlməz ifadələr işlənir. Kimdir Mətanət xanım Ələkbərova? Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55-də yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızını niyə incidir hörmətli Mətanət xanım? Xahiş edirəm bu barədə bilgiləndirəsiniz bizi və dəyərli oxucularımızı. - Mətanət Ələkbərova bizim bələdiyyədə 2009-cu ilin sonlarına yaxın bir dövürdə vergi müfəttişi kimi əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Mətanət Ələkbərova ilə bağlı bu son günlərə qədər onun haqqında gəzən neqativ söhbətlər və buraxdığı ciddi nöqsanlar barəsində bələdiyyə sədrinin, nə də bələdiyyə üzvlərinin heç bir məlumatı olmayıb. Biz son vaxtlarda bilmişik ki, Mətanət Ələkbərova bələdiyyənin «çətiri altında» hansı işlərnən məşğul olurmuş. Biz bunu bilən kimi dərhal həmin zərər çəkən insanları bələdiyyəyə dəvət etmişik, onları dinləyib ərizələrini almışıq. Belə ki, adı zərər çəkən kimi hallanan Buzovna bələdiyyəsinə dəvət olunub. Danışıqlar aparılanda məlum oldu ki, onalrın torpaq sahələri olub. həmin torpaq sahələri də o zaman Dövlət əhəmiyyətli dairəvi yolun çəkilişi ilə ləaqədar olaraq həmin dairəvi yolun keçdiyi əraziyə düşüb. Bu ərəfədə Mətanət xanım hörmətli Firəngiz xanımla görüşüb və onlara köməklik göstərə biləcəyini deyib. Yəni sənədlərin toplanmasında, torpağa görə dövlət tərəfindən ayrılmış kompensasiyanı alınmasında onlara kömək edəcəyini bildirib və çox yaxından iştirak edib. Bunların kompensasiya pulları alınıb, amma necə?
- Necə, Mətləb müəllim?
- Firəngiz xanımın və həyat yoldaşı Hacı Sadığın dediyinə görə bunlara 30. 000 (otuz min) manat verilib, yerdə qalan 42 (qırx iki) min manatın ödənilməsi üçün öz aralarında Mətanət xanım yazılı şəkildə söz verib və yazdığı kağıza da imza atıb ki, bir həftəyə, uzağı on günə sizə veriləcək, o pullar!!! Bu günkü günə qədər o pullar hələ də ödənilməyib. Bu binəva Firəngiz xanım və onun həyat yoldaşı Hacı Ağasadıq dayının istədikləri odur ki, Mətanət xanım onların pullarının qalan hissəsini də versin! Çünki onlara torpağa görə verilmiş kompensasiya pullarını Mətanət xanım hansı yollarlasa alıb. Onların da istəkləri odur ki, torpaq sahələri dairəvi yolun çəkilişi ilə əlaqədar olaraq plana düşdüyünə görə onlar pullarını Mətanət xanımdan tələb edirlər! Nəyə görə mənim 30, 000 (otuz) min manat pulumu verib, qalan 12 (qırx iki) min manat pulumu saxlayıb, deyirlər! Bu işlə bağlı Firəngiz xanımla Mətanət xanım arasında böyük mübahisə yaranıb. Bu işlə bağlı biz Firəngiz xanımın şikayət ərizəsini də almışıq. Hal-hazırda Mətanət xanımın bu çirkin əmələlri barəsində hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır. İnşallah. Yaxın gələcəkdə ictimaiyyətə bu haqda geniş açıqlama veriləcək! - Mənbələrdə getmiş («Təzadlar» qəzeti) Xəzər rayonu Buzovna qəsəbəsi 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəbi, əlil və qocalar üçün internat evinin balansında olan 4 (dörd) hektar torpaq sahəsinin bölünərək satılmasına münasibət bildirməyiniz maraqlı olardı?! - Məlumat üçün bildirmək istəyirəm ki, həmin 9 saylı qocalar evinin yardımçı təsərrüfatı hal-hazırda, indidə var! O, yerləşir Albalı massivində, yüksək gərginlikli elektrik stansiyasının qarşıısnda, hazır hasara alınmış, şumlanmış vəziyyətdə. Baxmayaraq ki, o torpaq sahəsi yardımçı təsərrüfat kimi verilib. 9 saylı ruhi-əsəbi əlil və qocalar evinə, mövcud qaydalara görə əgər, torpaq sahəsi 3 (üç) ildən artıq istifadəsiz qalarsa, o avtomatik olaraq Dövlət Torpaq Fondunun tərkibinə daxil olmalıdır. Amma ona baxmaayraq, həmin yardımçı torpaq sahəsi hələ də 9 saylı ruhi-əsəb əlil və qocalar evinin balansındadır. Siz bir mətbuat işçisi olaraq yazılı sorğu göndərsəniz bizim bələdiyyənin ünvanına, biz sizə həmin torpaq sahəsinin həm sənədələrinin surətini, həm də çəkilmiş foto-şəklini göndərə bilərik! Geniş məzmunlu müsahibəyə görə sizə təşəkkür edirik, Mətləb müəllim!!!

Vahid Əhmədoğlu.


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!