İlham Əliyevdən 9 May paylaşımı .....                        Sumqayıtda iş yerində ölüm .....                        Yeni Roma Papası məlum oldu .....                        7 saatdan çox danışıqlar aparıblar .....                        Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI .....                        Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi .....                        Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb .....                        Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib .....                        Sayt rəhbərinə hökm oxundu .....                       
14-01-2022, 11:24
Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftin qiyməti azalıb.

Bütöv.az xəbər verir ki, "Azeri Light"markalı neftin 1 barelinin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,37 % azalaraq 88,12 ABŞ dollara çatıb.
14-01-2022, 10:51
İlham Əliyev israilli həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Bütöv.az
13-01-2022, 21:23
Azərbaycanda son sutkada vaksin olunanların sayı açıqland

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 887 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158 nəfərdir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 051 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 592 507, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 193 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 706 403, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 693 069 təşkil edir.

Bütöv.az
13-01-2022, 21:06
İlham Əliyev: “Ölkədəki enerji təhlükəsizliyi tam təmin edilib” - VİDEO

“Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir”.

Bu sözləri Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimində çıxışı zamanı deyib.

“Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdir ki, icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq. Onu da bildirməliyəm ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir.

Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər”, - deyə dövlət başçısı qeyd edib.



Bütöv.az
13-01-2022, 16:32
Əli Əliyev həbs edildi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib.

“Report” xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan edilib.

Qərara əsasən, Ə.Əliyev barəsində beş ay müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) “Mi-17” tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “YouTube” kanallarından birində çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin altı ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam etdirilir.

Bütöv.az
13-01-2022, 16:20
El-Klasiko: "Real Madrid" finalda - VİDEO

Futbol üzrə İspaniya Super Kubokuna start verilib.

Bütöv.az xəbər verir ki, ilk yarımfinal oyununda "Real Madrid" "Barselona"ya qarşı oyanyıb və 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsidir.

Qeyd edək ki, "Real Madrid"in həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.

13-01-2022, 16:14
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb.

Bütöv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Milli Təhüləsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri Anuar Sadıkulov və Daulet Yeqorjin dövlətə xəyanətdə ittiham olunurlar.

Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov dövlətə xəyanət maddəsi ilə saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

13-01-2022, 16:09
İrəvanda sərhəd təxribatlarına görə etiraz aksiyası keçirilib- VİDEO

Ermənistanda Azərbaycanla sərhəddə yaranmış gərginliyə görə etiraz aksiyası keçirilib.

Bütöv.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi və digər ictimai fəallar İrəvanın sərhəd təxribatına görə hökumət binasının qarşısına toplaşaraq, etiraz aksiyası keçiriblər.

13-01-2022, 16:02
Bakı və Səmərqənd alimlərinin əməkdaşlığına dair özbək dilində kitab nəşr olundu

Daşkənd şəhərində özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.

Diaspora Komitəsindən verilən məlumata görə, “Renessans Press” nəşriyyatında işıq üzü görən kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Səmərqənd Dövlət Universitetinin birgə layihəsi əsasında hazırlanıb.

Abdurasul Goziyev və Abdixaliq Arziqulovun tərtib etdikləri kitabda alimlərin elmi yaradıcılığından və əməkdaşlığından bəhs edilib.

Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədov, AMEA-nın həqiqi üzvü, akademik Azad Mirzəcanzadə, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Babayev, fizika-riyaziyyat elmləri doktoru Əmir Həbibzadə, fizika-riyaziyyat elmləri doktoru, akademik Fərəməz Maqsudov, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ələddin Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor Valeri Salayev, professor Əli Cəfərov, professor Fərhad Tağıyev, fizika-riyaziyyat elmləri doktoru Karlen Xudaverdiyev, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çandirov, Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyev və həmin universitetin professoru Yusif Ələskərov haqqında da məlumatlar yer alıb.

Bütöv.az
13-01-2022, 15:55
“Aldığım Pullardan Səlim Müslümova Heç Nə Verməmişəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bütöv.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttiham aktında göstərilib ki, Əjdər Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini rüşvət qismində istəyərək alıb. Qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib. Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində alıb. Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini “kurasiya” edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.

Prokuror Əjdər Olun Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təqsirli bilindiyini elan edib.

Daha sonra sabiq aparat rəhbəri qeyd olunan bütün ittihamları qəbul edib və göstərilən cinayət əməllərini törətdiyini etiraf edib: “Özümü təqsirli bilirəm. İstintaqa verdiyim ifadələri tam təsdiq edirəm. Pulları alıb nazirliyin müəyyən xərclərinə sərf etmişik. Başqa məqsədim olmaylb. Özü də həmin pullar uzun illər ərzində alınmış məbləğdir. Mən Səlim Müslümovla əlbir olmamışam. Aldığım pullardan ona heç nə verməmişəm. Əlavə sözüm yoxdur”.

Daha sonra şahidlər dindirilib. Şahidlər ifadələri zamanı Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrə təyin olunmaq üçün təqsirləndirilən şəxsə müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.

Şahid ifadələri zamanı məlum olub ki, Əjdər Ol müxtəlif vəzifələrə düzəlmək üçün ayrı-ayrı şahidlərdən 2 min manatdan 120 min manata qədər pul alıb.

Şahid Rövşən Xəlilov ifadəsində bildirib ki, o, podratçı şirkətin direktoru işləyib.
Mingəçevirdə əlil və şəhid ailələrinə veriləcək evlərin alınması üçün vətəndaşlarla danışıq aparıb.

“Mənə vətəndaşlarla əlaqə qurub onlardan aşağı qiymətə evlərini almaq tapşırığı verilmişdi. Həmin evləri isə sonradan dövlət tərəfindən ayrılan vəsaitdən baha qiymətə satdıq. Məsələn, vətəndaşın birindən 35 min manat almışdıq, halbuki, nazirlikdən 52 min manat pul köçürülmüşdü”, – deyə şahid bildirib.

Digər şahid Natiq Əzizov bildirib ki, sabiq nazir Səlim Müslümov ona ucuz qiymətə evlər almağı və təmir etməyi tapşırıb: “Bütün pulları isə Əjdər Cəbiyeva verirdim”.

Dövlət ittihamçısının Əjdər Cəbiyev tərəfindən qanunsuz göstərişlər verməsi ilə bağlı suala şahid “heç vaxt belə bir şey olmayıb” – deyə cavab verib.

Prosesdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı filialında müdür müavini işləmiş Seyidrəsul Abbasov ifadə verib. Bildirib ki, onu işə Səlim Müslümov təyin edib, bir müddət işlədikdən sonra isə vəzifəsindən azad olunub.

Şahidin əvvəlki ifadəsi elan olunan zaman məlum olub ki, işə düzəlmək üçün 2 min manat pul verib.

S.Abbasov məhkəmədə həmin sözləri qorxduğu üçün yazdığını deyib: “İstintaq zamanı müstəntiqlərə ifadə verən zaman mənə dedilər ki, danışmasan, səni tutacağıq. Buna görə də yazılanlara qol çəkdim. 2 min manatı da özümdən yazdım”.

Növbəti proses yanvarın 19-na təyin olunub.

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!