Ərdoğandan ABŞ və İsrailin İrana hücumlarına REAKSİYA .....                        Tehrandan cavab: Xamenei vəzifəsinin başındadır .....                        Ərdoğandan İranla bağlı AÇIQLAMA .....                        Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB .....                        Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var” .....                        Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var .....                        Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı .....                        Şamaxıda yenidən zəlzələ olub .....                        ABŞ İrandakı hədəflərinin adlarını elan edib .....                       
10-01-2022, 21:06
"Mənim pulumu versin, o pul elə belə qazanılmayıb"

Keçmiş deputat Cəlal Əliyevin jurnalistlərə qarşı çoxsaylı məhkəmə çəkişmələrində vəkili olmuş Sümbülə Əliyeva yarım ildən çoxdur ki, mühakimə olunur. Ondan şikayətçi olanlar isə elə özünün keçmiş işçiləridir. O, vaxtilə rəhbərlik etdiyi 1 saylı Hüquq Məsləhətxanasında (indiki "Mərkəz" vəkil bürosu) fəaliyyət göstərən vəkillərin ümumilikdə təxminən 200 min manat pulunu mənimsəməkdə suçlanır. Söhbət vəkillərin müştərilərlə müqavilələrdən əldə etdikləri vəsaitlərin yeyintisindən gedir.

Sözügedən vəkillər şahid qismində tanınsalar da, onlar bundan narazıdır. Deyirlər ki, prokurorluq istintaqı düzgün aparmayıb, əslində, onlar zərərçəkmiş kimi tanınmalıydılar.

"O pul elə belə qazanılmayıb"

Vəkil Mehman Abbasov deyir ki, Əliyevanın rəhbərliyi dövründə onun kassada toplanmış təxminən 19 min manata yaxın vəsaiti mənimsənilib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsini vergi, sosial sığorta və başqa xərclərə çıxsa belə, özünə çatası, azı, 12 min manatlıq yeyinti var: "Mənim pulumu versin, o pul elə belə qazanılmayıb. Hər işə görə nə qədər əziyyət çəkirik. Biz əziyyət çəkmişik ki, bu da pullarımızı yığıb Britaniyaya göndərsin?".

Təqsirləndirilən Əliyevanın qızının Böyük Britaniyada təhsil aldığı bildirilir. Məhkəmədə şahidin Böyük Britaniya haqda dedikləri onunla Əliyeva arasında mübahisəyə səbəb olub.

Abbasov vurğulayıb ki, hər dəfə hüquq məsləhətxanasının xəzinəsindən özünə çatası vəsaiti almaq istəyəndə məsləhətxananın rəhbəri bir bəhanə ilə imkan vermirdi: "Gah deyirdi ki, mühasib yoxdur, gah deyirdi ki, bankda problem var...".

"İttiham son üç ilə görə verilib"

Əliyevadan şikayətçi olanlardan biri də vəkil Məzahir Şahmarovdur. Ona 16 min manat ziyan vurulduğunu deyən vəkil zərərçəkmiş qismində tanınmamasından narazıdır. O hesab edir ki, məhkəmə bu işi təkrar araşdırma üçün istintaqa qaytarmalıydı: "Mənimsəmə faktları 2013-2019 illəri əhatə edir, amma ittiham son üç ilə görə verilib. Bu əməllər qrup şəklində həyata keçirilib".

Şahmarov vurğulayıb ki, zərərçəkmiş kimi tanınması və bu işdəki başqa pozuntularla əlaqədar müxtəlif dövlət orqanlarına şikayətlər edib, hələlik, nəticə yoxdur.

"Özüm özümdən oğurluq eləmişəm?"

Əliyeva isə özünü təqsirli bilmir. Deyir ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: "İttihamda yazılanlar yalandır. Mən vəkiləm, terrorçu deyiləm. Bir neçə ölkədə Vəkillər Kollegiyasını təmsil etmişəm. Hazırda mənim vəkillik fəaliyyətimin üstündən qara xətt çəkilib".

İstintaqdan gileylənən Əliyeva bildirib ki, heç bir vəsatəti təmin olunmayıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, indi ondan şikayətçi olan Şahmarov özü ona xəsarət yetirib.

"Mən burada çox şeyi demək istəmirəm. Məqsədim işin ədalətli aparılmasıdır. Necə ola bilər bu - mən özüm özümdən oğurluq eləmişəm? Bir daha deyirəm, mən bu işi eləməmişəm. Ədalətə inanıram...", – Əliyevanın sözləridir.

Əliyeva kimdir

Əliyevanın işiylə bağlı məhkəmə araşdırmaları davam edir. O, CM-in 179.3.2 (külli miqdarda mənimsəmə) ilə yanaşı, 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə də ittiham olunur. Cinayət işinin materiallarında yazılıb ki, vəkillər vergi və sosial sığorta haqlarını hüquq məsləhətxanasına ödəsələr də, həmin vəsaitlər təyinatı üzrə köçürülməyib. Ona görə Dövlət Vergi Xidməti və Dövlət Sosial Sığorta Fondu bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Əliyevaya qarşı ittiham maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əliyeva hüquq məsləhətxanasının rəhbəri olmaqdan əlavə, həm də uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub. O, ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bir sıra vəkillərin fəaliyyətinin dayandırılması üçün səs verənlərdən biri olmuşdu. Onların arasında Yalçın İmanov, Əlayif Həsənov və digərləri var.

Prezident İlham Əliyevin mərhum deputat əmisi Cəlal Əliyevin vəkili kimi, Sümbülə Əliyevanın çıxdığı bir neçə məhkəmə işində jurnalistlər ya cərimələnib, yaxud da həbs edilib. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə də sözügedən məhkəmələrin yekununda prezidentin əmisi haqda yazılarına görə həbs olunanlar sırasındadır.
(AzadlıqRadiosu)

Bütöv.az
10-01-2022, 20:44
Prezident Koreya səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib.

Bütöv.az xəbər verir ki, səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, siyasi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrasktrur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğulayıb. Dövlətimizin başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişlənmədirilməsinin əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğluyaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirib və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcini qeyd edib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

10-01-2022, 15:29
Alimlər ömrü uzadan içkinin adını açıqlayıblar

Yaşıl çayın istehlakı ürək-damar xəstəliklərindən qorunmağa kömək edir.

Bunu Çin alimlərinin araşdırması sübut edib.

Yeddi illik araşdırmada xərçəng, infarkt və ya insult keçirmiş yüz mindən çox insan iştirak edib.

Bildirilib ki, dünyada ölümün əsas səbəblərindən biri məhz ürək-damar xəstəlikləridir.

Beləliklə də, yaşıl çay faktiki olaraq ömrü uzadır.

Mənbə: “RİA Novosti”

Bütöv.az
10-01-2022, 15:25
Bakıda fəhlə qadının çörək zavodunda faciəvi şəkildə ölməsinin görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın qurğuya düşərək həyatını itirib.

Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik:



Bütöv.az
10-01-2022, 15:20
Kanala düşən direktorla qızı belə xilas edildi - VİDEO

Füzuli rayonunda ibtidai sinif müəllimi Aygün İsmayılova idarə etdiyi maşını aşıraraq kanala düşüb. Bu zaman onun məktəb direktoru olan anası da avtomobildə imiş.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən baş verən hadisə zamanı “Hyundai” markalı avtomobil yoldan çıxaraq ərazidən keçən Qarabağ kanalına düşüb. Nəticədə sürücü və maşında olan iki ailə üzvü boğulmaq təhlükəsi ilə üzləşib.

Maşını idarə edən şəxsin Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aygün İsmayılova olduğu bildirilir. Hadisə zamanı maşında onun azyaşlı qızı və anası da olub. A.İsmayılovanın anası Gülşən İsmayılova isə Böyük Bəhmənli kənd peşə məktəbinin direktorudur.

Ərazidə olan kənd sakinlərinin köməyi ilə hər üç şəxs boğulmaqdan son anda xilas edilib.

Faktla bağlı araşdırma aparılır.



Bütöv.az
10-01-2022, 15:13
İTV jurnalistinin sərhəddə erməni əsgərlə mübahisəsi:  - VİDEO

İTV çəkiliş qrupu Ermənistan hərbçiləri ilə söhbət edib.

Turkustan.az xəbər verir ki, çəkiliş zamanı ermənilər kameranı yığışdırmağı tələb ediblər. İTV əməkdaşı isə cavabında Azərbaycan ərasizində olduqlarını və çəkiliş üçün heç bir problemin olmadığını bildirib.

Daha ətraflı videoda:




Bütöv.az
10-01-2022, 15:09
Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb

Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub.


Bu barədə “Teleradio” İstehsal Birliyindən bildirilib.

Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.

“Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib”, - İB-dən bildirilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.(apa)

Bütöv.az
10-01-2022, 15:06
Builki buraxılış imtahanlarının dəqiq tarixi bu ay elan olunacaq

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.

DİM-dən Bütöv.az-a verilən məlumata görə, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq:
"Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir".
10-01-2022, 13:54
Bakıda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib - VİDEO

Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşaqla bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Bütöv.az xəbər verir ki, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.

10-01-2022, 13:49
Yoldan 18 min manatlıq kanalizasiya qapaqlarını oğurlayan şəxs ələ keçdi - VİDEO

Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıq 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.

Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!