Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
10-12-2021, 20:09
Təhsilin   Pərvanəsi

Tarixdə unudulmamaq, yadda qalmaq, hörmət və qədirşünaslıqla xatırlanmaq layiqlilərin, dahilərin, ziyalıların, qismətinə düşən halal tale payıdır. Belə ziyalılar təkcə öz mənafeləri naminə deyil, bütün varlığı ilə millətə, bugünkü və gələcək nəslin formalaşmasına çalışanlardır. Mənəviyyatı, daxili aləmi zəngin olan müəllimlər də məhz bu şərəfə layiq olanlardandır. Zamanın çarxı üstündə müasir gəncliyi gələcəyə ruhlandıran, onlara yol göstərən, ana dilimizin, ədəbiyyatımızın, ədəbi salnaməsinə öz adını həkk etdirməyə haqqı olan müəllimlərdən biri bu günlərdə həyatının 40-cı təntənəsini qeyd edəcəyimiz Bakı şəhəri Xətai rayonundakı 194 saylı tam orta məktəbin Ana(Azərbaycan) dili və ədəbiyyatı müəllimi Pərvanə Qafar qızı Əliyevadır.
Pərvanə Əliyeva şagirdlərinin bu günü və gələcəyi uğrunda ömrünü şam təki əridən, pak ürəyinin ziyası xalqının gələcəyini formalaşdıran, müasirliklə ayaqlaşıb həmişə axtarışda olan müəllimdir. Mən həmişə Azərbaycanın maarifpərvər pedaqoqu və yazıçısı S.M. Qənizadənin “ Müəllimin evi kitabxanalar, dövləti şagirdlər, sazı və nəğməsi şagirdlərinin sədası, qazancı millətin məhəbbət və ehtiramıdır.” -müdrik fikirlərini xatırladıqca bu nur dəryasının içərisində Pərvanə müəlliməni görürəm. Pərvanə Əliyeva 1981 ci ildə İmişli şəhərində anadan olub. İmişli şəhər 2 saylı orta məktəbi bitirib, 2000- ildə BDU-nun filologiya fakültəsinə daxil olub və 2004 cü ildə həmin ali məktəbi bitirib. 2006 cı ildən Bakı şəhəri Xətai rayonundakı 194 saylı tam orta məktəbdə ana dili və ədəbiyyatı müəllimi işləyir.
Pərvanə Əliyevanın müəllimlik fəaliyyəti onun dərs dediyi hər kəsin həyatında dərin izlər buraxıb. Öz pedaqoji fəaliyyətini ömrünün ən şirin və mənalı çağları hesab edən Pərvanə müəllimə bu illər ərzində müəllim-şagird dünyasına yeni-yeni çalarlar, rənglər qatıb, uğurlar, nailiyyətlər qazanıb. Bu keyfiyyətlər onun müəllim-şagird münasibətlərindəki pak əqidəsindən irəli gəlir. Tam əminliklə deyə bilərəm ki, hər bir şagirdinin qəlbində Pərvanə müəlliməyə sonsuz sevgi var. Təbiidir ki, bu da Pərvanə müəllimənin qarşılıqlı sevgisindən, gözəl xüsusiyyətlərindən yaranır.
Millətin, şagirdlərinin gələcəyi uğrunda ömrünü şam kimi əridən Pərvanə xanım ana dilimizin, təhsilimizin təbliğatçısı, dilimizin keşikçisi, qoruyucusu, pərvanəsidir. Bunlarla bərabər o, həm də şagirdlərinə torpaq, yurd sevgisi, vətən məhəbbəti aşılayan vətənpərvər vətəndaşdır. Pərvanə Əliyeva Azərbaycan xalqının zəngin ədəbiyyatını, mədəniyyətini, onun incəliklərini tədris etməkdən yorulmur. Onun şifahi xalq ədəbiyyatına, folklorumuza, milli mədəniyyətimizə bağlılığı, məftunluğu, onun özünəməxsus tədris metodikası bacarığı şagirdlərdə xüsusi maraq, rəğbət, heyrət doğurur.
Bəli, haqqında hələ çox-çox xoş sözlər deyə biləcəyim Pərvanə xanım belə sevimli müəllimədir. Peşəsini ürəkdən sevən, cəmiyyətin, işlədiyi kollektivin rəğbətini qazanan istedadlı, bacarıqlı, böyük nüfuz sahibi Pərvanə müəllimənin şagirdi olmağımla fəxr edirəm. Budur, Pərvanə Əliyevanın ömrünün 40- cı təqdimatını sevinclə qarşılayırıq.
Ömrünüzün növbə gözləyən 50, 60, 70, 80, 90, 100... illik təqdimatlarını Sizin xoş əhval-ruhiyyənizlə qarşılayaq, əziz müəlliməm!

Müəllimlərimizə dərin ehtiramla: şagirdiniz Emin Zeynalov,
Bakı Avrasiya Universtetinin filologiya
fakültəsinin 3-cü kurs tələbəsi.
10-12-2021, 18:16
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 155 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 852 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 609 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 113 671 təşkil edir.

Bütöv.az
10-12-2021, 18:11
Qadın sərnişinlərə əxlaqsız təkliflər edən sürücülərin görüntüləri yayıldı - VİDEO

Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə sosial şəbəkələrdə videolar yayıldıqdan sonra vətəndaşlardan bu barədə polis orqanlarına şikayətlər daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin məlumatların monitorinqi aparılıb, əldə edilən nəticələr təhlil edilib və bu sahədə mövcud olan real əməliyyat şəraiti araşdırılıb.

Müəyyən edilib ki, həqiqətən də taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər arasında avtomobilə əyləşən qadınlara qarşı etikadan kənar davranan sürücülərə rast gəlinir.
Nəticədə xanım sürücülərə qarşı əxlaqsız təkliflər edən 5 taksi sürücüsü – paytaxt sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev saxlanılıblar.

Saxlanılan taksi sürücülərindən biri Elşən Mürsəlzadənin üzərindən narkotik vasitə heroin aşkar edildiyindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Digər sürücülər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs ediliblər. Xanım sərnişinlərə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücülərinin aşkar edilməsi və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.



Bütöv.az
10-12-2021, 18:06
Paşinyanı "tok" vurdu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentə çıxışı zamanı çətin anlar yaşayıb.

Bütöv.az xəbər verir ki, o, çıxış üçün tribunaya qalxan zaman mikrofonu özünə tərəf doğrultmağa çalışıb.

Bu zaman mikrofonunun statik enerjisi Paşinyana narahatlıq yaşadıb.


10-12-2021, 18:01
İrəvanda gərginlik: Xarici İşlər Nazirliyində qarşıdurma oldu - VİDEO

İrəvanda “Azadlıq” Hərəkatı üzvləri Xarici İşlər Nazirliyinin binasının yaxınlığında etiraz aksiyası keçirib.

Bütöv.az yerli mənbələrə istinadən xəbər verir ki,ardınca etirazçılar nazirliyin binasına daxil olublar. Polis onları ərazidən çıxarmaq istəyəndə qarşıdurma baş verib. Nəticədə bir neçə nəfər saxlanılıb. Nümayişçilər Qarabağdakı ermənilərlə bağlı hökumətdən məlumat tələb edirlər.


10-12-2021, 17:28
Xalqın Ümummilli lideri

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anım günüdür. Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir,

Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə oldu.
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı.
Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır”.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
Xalqın istəyi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.

Aynur Xəlilova – YAP üzvü

Bütöv.az
10-12-2021, 17:21
Ermənilərdən Kəlbəcərdə növbəti TƏXRİBAT - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.




Bütöv.az
10-12-2021, 15:27
Moskvaya niyə Xələf Xələfov göndərildi?

Bu gün Moskvada “3+3” formatı üzrə ilk danışıqlar keçiriləcək.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun təmsil etməsi diqqət çəkib.

Belə ki, Ermənistan baş naziri bu formatın məsləhətçi funksiyasını yerinə yetirəcəyini demişdi. Amma Xələf Xələfov Xəzərin hüquqi statusu və Gürcüstanla sərhədin demarkasiyası məsələsində iştirak edən və bu prosesi dərindən bilən şəxsdir.

Azərbaycanın sərhəd məsələlərində hər zaman Xələf Xələfov iştirak edib, bu proseslərdə milli maraqlardan qətiyyən geri çəkilməyən savadlı, peşəkar diplomat kimi tanınır. Məhz Xələf Xələfovun Moskvaya göndərilməsi və “3+3” (daha doğrusu, “2+3” – Gürcüstan iştirak etmir) formatında Azərbaycan nümayəndəsi təyin edilməsinə təsadüfi baxılmır. Ermənistanla sərhədin delimitasiya və demarkasiya məsələsinin də bu formatda müzakirəyə çıxarılması ehtimalı var. Buna görə də Azərbaycan bu prosesi dərindən bilən diplomatını “3+3” formatında təmsilçi seçib.

Bütöv.az
10-12-2021, 12:03
Əhməd İsmayılov: "Yeni qanun media mühitini sağlamlaşdıracaq"

"Azərbaycanda yeni hazırlanan “Media haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi informasiya təhlükəsizliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır".

Cebhe.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir: “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək".

Ə.İsmayılov qanun layihəsinə əsasən Media Reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək".


Bütöv.az
10-12-2021, 11:49
Təhsil sistemimizin ABSURDLARI...

Deputat Etibar Əliyev: «Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar»

Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov: «Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı»

Pandemiyanın çox ciddi zərbə vurduğu təhsil sistemi görülən bütün tədbirlərə, aparılan bütün islahatlara rəğmən hələ də cəmiyyətin ən ağrılı yeri olaraq qalmaqdadır. Az qala təcrübə laboratoriyasına dönən təhsilimizdə bir çox ölkələrin praktikası tətbiq edilsə də istənilən nəticə əldə olunmur. Bir çox hallarda naşı idarəçilik, sistemə yad olan kadrların prosesləri idarə etməsi pedaqoji mühiti acınacaqlı duruma salıb. Axşama qədər mənasız kağız yığınlarının içərisində eşələnməyə məcbur olan müəllimlər proseslərin arxasınca sürünməyə məhkumdur. Hansısa nazirliyin dəftərxanasını xatırladan məktəblərdə müəllimlər təzyiq, xof altında müxtəlif sənədlər yazmalı, summativlər çıxarmalı, jurnallar doldurmalı və imkan olarsa dərs də keçməlidirlər.
Fakt odur ki, bu gün təhsil sisteminə müxtəlif yollarla doluşan naşı kadrlar inzibati yollarla tədrisin anasını ağladırlar. Tamamilə sistemə yad olan və öz ixtisasına aid olan sahələrdə özünü doğrultmayan kadrlar bu gün Azərbaycan təhsilini “dirçəltməklə” məşğuldurlar. Deputat Etibar Əliyevin bu günlərdə yayımlanan müsahibəsində çox ciddi mətləblərə toxunulub. O haqlı olaraq qeyd edir ki, “Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar. Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur“.
Deputatın müsahibəsində sadəcə bir məqama diqqət yetirsək təhsil sistemində hansı oyunların baş tutduğuna şahid olarıq. “Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?
Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özünü təyin elətdirib.”
Göründüyü kimi təhsil sistemində hələ də monopoliya, tayfabazlıq, klan prinsipləri hökm sürür. Nədəndirsə qosqoca təhsil nazirliyi “Məhəbbətin qüdrəti”nin qarşısında hələ də acizdir və paytaxt məktəbləri “portfelsiz nazirin” kurasiyasında qalmaqdadır. Bu arada deputatın bu statusundan Təhsil nazirliyində narahat olanlar olub. Belə ki, müşavir Elnur Nəsibov öz şəxsi facebook səhifəsində ünvanını göstərməyə cəsarət etməsə də (kstati nazirliyin öz XƏCALƏTİ, əstəğfirullah CƏSARƏTİ özünə bəsdir) belə bir status paylaşıb.«Bağda ərik var idi, salam əleyk var idi. Bağda ərik qurtardı, salam əleyk qurtardı». Nə isə, məşhur kinoda deyildiyi kimi, «matroslar dalaşanda aralarına girməzlər».
Qayıdaq millət vəkilinin müsahibəsində qeyd etdiyi “onda bu imtahan oyunları nədir?” fikrinə. Ondan başlayaq ki, təhsil nazirliyinin təhsilin inkişafına xeyri olan istənilən təşəbbüsünü alqışlamışıq, saytımızda dəstək vermişik. Hələ illər öncə şagird qəbulunun və yerdəyişməsinin vahid elektron sistemlə həyata keçirilməsi üçün təşəbbüs irəli sürmüş, bu barədə silsilə yazılar yazmışdıq. Doğrudur sonradan bizim təklifimiz M.Vəliyeva tərəfindən özününküləşdirilərək təqdim olundu. Amma hər halda təşəbbüsümüzün həyata keçirilməsi naminə çox da dərinə getmədik. Bu gün də deputatın “imtahan oyunu” adlandırdığı məsələyə bir qədər geniş yanaşmaq istəyirik. Müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahan balları əsasında baş tutur. Bu zaman heç bir əsası olmayan absurd bir proses-sırf müəllimlərin incidilməsinə hesablanan bürokratik əngəl formalaşdırılır. MİQ nəticəsi ilə paytaxt məktəblərində yerdəyişmə etmək istəyən müəllimlər yenidən imtahana cəlb olunur. Əgər müəllim Bakı məktəbləri üçün məqbul balı toplayıbsa onun yerdəyişmə üçün yenidən imtahana cəlb olunmasına hansı ehtiyac var. Şəxs artıq imtahan verib və lazım olan balı toplayıb. Sadəcə Bakı daxilində məktəbi dəyişir. Onun yenidən imtahana cəlb olunması hansı məntiqə sığır?
Eyni proses rayondaxili və yaxud rayonlararası yerdəyişmələrə də aiddir. İşə qəbul üçün lazım olan balı toplayan müəllim yenidən prosesə sıfırdan başlamalı olur. Təbii ki, bütün bunlar əlavə vaxt itkisi və bürokratik əngəllər yaradır. Təklif edirik ki, MİQ ilə Bakı məktəbləri üçün lazım olan balı toplayan şəxs paytaxt daxilində yerdəyişmə etmək istəyərkən yenidən imtahana cəlb olunmasın. Əgər müəllim rayondan paytaxta gəlmək istəyirsə yenidən imtahana cəlb olunması lazımdır. Amma Bakı üçün lazım olan balı toplayan müəllimin yenidən imtahan olunmasına nə hacət. Adamın yadına məhşur lətifəəki söz düşür- Şəkidən Bakıya da 5 manat, Bakıdan Bakıya da 5 manat?
İnanırıq ki, nazirliyin rəsmiləri təklifimizi ciddi dəyərləndirəcək və bu bürokratik əngəlin aradan qaldırılmasına yardımçı olacaqlar.

Nicat Mahmudov
Rubrika.Az


Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!