“Planet Parni iz Baku” KVN teatrı Qarabağ mövzusunda ikinci - “Canım mənim” adlı filmini təqdim edib.
Film Qarabağ müharibəsində həlak olmuş bütün jurnalistlərin xatirəsinə həsr edilib.
Filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, quruluşçu operator Cəbrayıl Rəfiyev, bəstəkar Tural Məmmədli, prodüsserlər Tahir İmanov və Cabir İmanovdur.
“Canım mənim” filminin tam versiyasını təqdim edirik:
“Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq qaldı. Mümkün olan bütün çevikliyi göstərdi ki, məsələ sülh yolu ilə həllini tapsın”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın danışıqlar prosesində təzyiq göstərmək cəhdləri olurdu: “Danışıqlar prosesini uzatmaq, ləngitmək cəhdləri görülürdü. Növbəti mərhələdə siyasi təxribat yolları seçildi. Açıq şəkildə siyasi təxribatlara əl atıldı. Ardınca hərbi təxribatlar olurdu. Bütün faktları göstərib vəziyyətin çox təhlükəli hal aldığı ilə bağlı çağırışlar etdik. Təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmadı və sentyabrın 27-də onların təxribatları geniş müstəviyə keçdi və biz əks-hücum əməliyyatına başladıq. Vətən müharibəsi başladı. Azərbaycan əsgəri dövlətin sərhədlərini bərpa etdi”.
Nazir vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı iyrənc ittihamlar irəli sürürdü: “Təbii ki, onların bu cəhdləri alınmadı. Təhlillər aparılıb və bizim gəldiyimiz nəticədən fərqli nəticəyə gəlinərsə, ortaya fakt qoysunlar. Təəssüf ki, qurban verilmədən qələbəyə nail olmaq olmazdı. Vətən müharibəsində itki sayımız müasir dünya tarixində ən aşağı rəqəmdir. Bu, ordumuzun peşəkarlığı deməkdir. Heç bir mülki şəxs döyüşə cəlb edilmədi”.
“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Daha sonra deputatlar 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad ediblər.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 041 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 746, “Buster” doza vaksinasiya olunanların sayı 28 712 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 307, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 406 811, “Buster” doza vaksinasiya olunanların ümumi sayı isə 411 748 təşkil edir.
Bütöv.az xəbər verir ki, prezident Vladimir Zelenskinində yer aldığı iclasda erməni əsilli deputat qeyri-etik hərəkətinə görə qovulub.
Belə ki, hakim Xalqın Xidmətçisi Partiyasından olan erməni əsilli deputatı Qeo Leros parlamentdə çıxışı zamanı Zelenskini tənqid edib. O, həmçinin də, Ukrayna liderini satqın adlandırıb.
“Demək istəyirəm ki, həqiqəti deməkdən qorxmuram. İstədiyin qədər hüquq-mühafizə orqanlarını üstümə göndərə bilərsən, iş aça bilərsən, amma mən həqiqəti deməkdən qorxmuram”, - erməni deputat bildirib
Mikrofonu söndürüldükdən sonra o, Zelenskiyə "orta barmaq" işarəsi göstərib.
Xalqın Xidmətçisi fraksiyasından olan deputatlar onun bu çıxışının yolverilməz olduğunu bildiriblər və qeyd ediblər ki, hadisə reqlament komitəsində müzakirəyə çıxarılacaq.
Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.
Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev Oxu.Az-a bildirib ki, Xəyyam Abdinov uzun müddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub.
“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Muasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur” - deyə, Rövlan Əliyev bildirib.
Sozcu.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya iqtisadiyyatı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, pandemiya dövründə 52 milyon tələbə qapanmalardan əziyyət çəkib: “Hökumətlər pandemiya dövründə aşağı gəlirli kateqoriyaya böyük vəsait emissiya etdi. Azərbaycanın ümumdaxili məhsulu keçən il 4,2 faiz, turistlərin sayı 4 milyon nəfər azalıb. Azərbaycan hökuməti keçən il pandemiya ilə bağlı özəl sektora 2 milyard manat ayırıb. Azərbaycanda bu il iqtisadiyyatda 4,5 faiz, növbəti il 4,7 faiz artım gözlənilir. Bunlar çox yaxşı rəqəmlərdir”.
Prezidentin köməkçisi qeyd edib ki, dünya ölkələrində əhalinin 40 faizinin peyvəndlənməsi mümkün olmayıb: “Gələn ilin ortalarında bu, mümkün ola bilər. Bu, vaksinin ədalətsiz bölüşdürülməsi ilə bağlıdır. Biz səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik”.
Prezident İlham Əliyev Mair Manaf oğlu Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, M.Ələkbərova Azərbaycan Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.