Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                       
27-11-2021, 15:26
Papikyan ordu rəhbərliyini topladı:

Ermənistan Müdafiə Nazirliyində silahlı qüvvələr rəhbərliyinin toplantısı keçirilib.
İclasda müdafiə naziri Suren Papikyan ordudakı irimiqyaslı islahatlar prosesinin ardıcıl və effektli aparılmasının vacibliyindən danışıb.
O bildirib ki, respublika rəhbərliyi nə yolla olursa-olsun, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi tapşırığını verib. Eyni zamanda erməni ordusunda nizam-intizam məsələsindəki çatışmazlıqların da aradan qaldırılması hədəf seçilib.
Papikyan bildirib ki, vacib məqsədlərdən biri hərbçilərin peşəkarlığının artırılmasıdır və bu istiqamətdə ciddi addımlar atılacaq.
Qeyd edək ki, erməni ordusunda başıpozuqluq, daxili atışmalar səbəbindən son vaxtlar onlarla əsgər ölüb.

27-11-2021, 15:17
Ərdoğan dollarla bağlı göstəriş verdi, araşdırma başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar valyuta bazarında lirənin dollar qarşısında kəskin ucuzlaşmasının səbəblərini araşdırmaq üçün Dövlət Müşahidə Şurasına göstəriş verib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qurumun Ərdoğanın göstərişə uyğun olaraq valyutada manipulyasiya iddialarını araşdırmaq üçün hərəkətə keçdiyi bildirilir.
Böyük miqdarda xarici valyuta alıb, xüsusilə dollar və avronun bahalaşmasına yol açan qurum və təşkilatlar müəyyən ediləcək. Araşdırmanın nəticəsində protokol tərtib olunacaq və əgər cinayət əməli aşkarlanarsa, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndəriləcək.
27-11-2021, 08:45
Soçidə 3 saaat nələr müzakirə olundu?!

Cənubi Qafqazda süni və lokal qarşıdurma ocaqları, aqressiv və barışmaz mühit yaratmaqla 44 günlük müharibənin formalaşdırdığı reallıqların bölgədə sülhün, əminamanlığın təmin edilməsinə təsir imklanlarını məhdudlaşdırmağa çalışan qüvvələrin cəhdlərinə, həmçinin rəsmi İrəvanın daxili ictimai rəyə və regiondankənar amillərə istiqamətlənmiş ənənəvi manipulyativ davranışlarına baxmayaraq, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Errmənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüş baş tutdu və 3 saaat davam edən müzakirərin nəticəsi olaraq, 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinin və dönmədən riayət olunmasının vacibliyinin vurğulandığı bəyanata imza atıldı.
Son 11 ay ərzində bölgədə cərəyan edən prosesləri, regiondaxili və xarici qüvvələrin spekulyativ revanşçı davranışlarını, Cənubi Qafqaza münaqişələr vasitəsilə təsir imkanlarının məhdudlaşması ilə barışa bilməyən, illeqal iqtisadi fəaliyyətdən və digər qeyri-qanuni, cinayət xarakterli gəlir mənbələrindən əli üzülən regional, subregional və qlobal subyektlərin pozucu cəhdlərini, uğursuz əzələ nümayişlərini, insan ölümləri ilə nəticələnən hərbi provakasiyaları, saysız-hesabsız digər təxribatları nəzərə alsaq, Soçi görüşünün nəticələri birmənalı olaraq müsbət dəyərləndirilməlidir.
Şübhəsiz ki, keçirilməsi noyabrın 9-da gözlənilən və yuxarıda qeyd etdiyim səbəblərdən ertələnən görüşün keçirilməsi və imzalanan sənəd Azərbaycanın konkret fakt daxilində qarşısına qoyduğu məqsədlərə nail olduğunu nümayiş etdirir.
Yekun sənəddə rəsmi İrəvanın postmüharibə dövründə revanşçı daxili və maraqlı xarici dairələrə hesablanmış bütün bəyanat və açıqlamalarına rəğmən, “Qarabağ” ifadəsinə, Ermənistanın və istifadəçi-himayəçilərinin “əsir və girov”larla bağlı qondarma iddialarına yer ayrılmayıb. Bu isə rəsmi İrəvanın müzakirə predmetinə çevirmək istədiyi bütün məsələlərin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyini və Ermənistanın növbəti dəfə rəsmi Bakının prinsipial mövqeyi ilə barışmağa məcbur olduğunu nümayiş etdirir.
Yekun bəyanatda yer alan daha bir önəmli məqam sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Burada da Azərbaycanın mövqeyi əsas götürülüb. Fikrimi əsaslandırmaq üçün, Soçidə imzalanan üztərəfli bəyanatın müvafiq hissəsindən iqtibas gətirmək istəyirəm. Beləliklə bəyanatda qeyd olunur:
“Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.
Təqdim etdiyim iqtibasdan da göründüyü kimi, Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hissələri fərqli müzakirə və icra kontekstindən təqdim olunur. Və bəyanatdan nümunə gətirdiyim hissədən də göründüyü kimi, sərhədlərin delimitasiyası, yəni masa üzərində razılaşdırılması prosesində üçüncü tərəf iştirak etmir. Müzakirələr üçüncü tərəfin, yaxud tərəflərin iştirakı olmadan Azərbaycanla Ermənistan arasında aparılır. Rusiya isə bu prosesə sonradan, həm də tərəflərin sorğusu əsasında, masa üzərində razılaşdırılmış məsələlərin icrası – sərhədlərin demarkasiyası (xətlənməsi) zamanı, məsələhətçi kimi qoşulur. Bu isə, qənaətimə görə, sərhəd dirəklərinin və nişanlarının yerləşdirilməsi zamanı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğu halda, Rusiya tərəfinin son zamanlar tez-tez xatırlatdığı hərbi xəritələrə müraciət edilməsiylə bağlı ola bilər. Düşünürəm ki, nümunə gətirdiyim iqtibasın izahı delimitasiya və demarkasiya prosesi ilə bağlı təəssüratın formalaşmasına imkan verir. Məlum olduğu kimi, Ermənistan delimitasiya və demarkasiya ilə bağlı məsələlərin gündəmə gəldiyi ilk gündən prosesdə xarici dairələrin iştirakına zəmin yaratmağa çalışırdı. Gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını şantaj etməklə, sözügedən təsisatı bu prosesə cəlb etmək istəyir, gah da regionankənar qüvvələrin siyasi müstəvidə olsa da belə, aktiv müdaxiləsi üçün çeşidli bəhanələr yaratmağa çalışırdı. Söçidə imzalanan bəyanatdan da göründüyü kimi, rəsmi İrəvan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın irəli sürdüyü şətlər şərçivəsində hərəkət etmək məcburiyyətində qalıb.
Soçi bəyanatında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı imperativ məqamların da yer alması, şübhəsiz ki, Azərbaycanın ilk növbədə Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə əlaqədar israrlı mövqeyinin nəticəsidir. Qeyd edim ki, Rusiya prezidentinin mətbuat üçün açıqlamalarında “nəqliyyat dəhlizi” ifadəsinin yer alması, rəsmi İrəvana 10 noyabr bəyanatının 9-cu bəndinin təkrar izahı kimi də qəbul oluna bilər.
Soçi görüşünün və bəyanatının ən önəmli cəhətlərindən biri də, Azərbaycanla Ermənistan arasında bündan sonra da baş tutacaq təmaslarda, o cümlədən dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlərin dəqiq sərhədlərinin müəyyənləşdirilməsidir.

Elçin Mirzəbəyli
Siyasi şərhçi
27-11-2021, 07:29
Bölgədəki diktatorların kuklaları Türkiyə hökumətinə niyə hücum edirlər?!


Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı ilahiyyatçı Veysəl Orucov özünün sosial şəbəkə hesabından Ərdoğan haqqında maraqlı paylaşım edib:
"Niyə İslam düşmənləri, bölgədəki diktatorların kuklaları, daxildə və xaricdəki cəsuslar Türkiyəyə və Türkiyə hökumətinə hücum edirlər?!
Niyə iqtisadi böhran bəhanəsi ilə lirənin ucuzlaşmasını səbəb gətirərək küçələrə axışırlar?
Niyə 100 il əvvəl ikinci Əbdülhəmidi taxtdan saldıqları kimi, prezident Ərdoğanı devirmək istəyirlər?
Çünki prezident Ərdoğan dövründə Türkiyə hökuməti:
-Türkiyə iqtisadiyyatını 111-ci yerdən 16-cı yerə yüksəltdi;
-Avropanın ən böyük hava limanını tikdirdi;
-Son 10 ildə 125 məscid, 189 dini məktəb və 510 xəstəxana açdırdı;
-O, işləyən hər bir Türkiyə vətəndaşının maaşını üç dəfə artırdı;
-O, ölkəsinin milyardlarla dollarlıq xarici borcunu ödədi;
-İsraili rəsmi olaraq üzr istəməyə məcbur etdi;
-Texnoloji inkişaf üçün 35.000 tədqiqat mərkəzi tikdirdi;
-Türkiyəni dünyada söz sahibi etdi;
-Bütün türk məktəblərində Quran və hədis tədrisini təşviq etdi;
-Universitetlərdə hicab qadağasını aradan qaldırdı;
-Myanmar, Suriya, İraq və bir çox digər bölgələrdən olan 10 milyon qaçqını müharibə və aclıq səbəbi ilə qəbul etdi;
-İllər sonra Böyük Ayasofya Məscidini yenidən ibadət üçün açdırdı və orada Allah kəlamını ucaltdı;
-Erməni quldurlarına qarşı var gücü ilə AZƏRBAYCANA kömək etdi......
Əziz türk milləti, əziz müsəlmanlar, HƏDƏF ƏRDOĞANDIR!
Heç kəsə aldanmayaq, içimizdəki aslanları qoruyaq ki, düşmən itlərinə ov olmayaq.
Dollar 13 lirə yox, 50 lirə olsa da biz səninləyik Türkiyəm.
Bizim üçün mənəviyyat maddiyyatdan öndədir.
Allah Türkiyə dövlətini və prezident Rəcəb Tayyib Ərdoğanı İslam düşmənlərinin şərrindən qorusun."
26-11-2021, 18:04
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gün 30 893 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 426 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 067 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 549 652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809 845 təşkil edir.

Bütöv.az
26-11-2021, 17:59
Elman Rüstəmov vəzifəsindən azad edildi, yerinə isə bu şəxs gəldi - FOTO

Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib.

Bütöv.az Report-a istinadla xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Mahir Məmmədov federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

E. Rüstəmov toplantıda iştirak etməyib. M.Məmmədov daha əvvəl AŞF-nin vitse-prezidenti olub. O, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir.

Qeyd edək ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edib.

26-11-2021, 17:53
"Zəngəzuru verməsək Azərbaycan güc tətbiq edəcək" - Paşinyan çarəsizdir

Sünikin (Zəngəzurun) meri ilə görüşən Ermənistanın Baş nazirinin söhbət zamanı dedikləri üzə çıxıb.

Paşinyan deyib ki, bizi 30 ildir aldadıblar, “Arsax” Azərbaycanındır. Metbuat.az xəbər verir ki, bu dialoq barədə Ermənistanın “Hraparak” məlumat yayıb. Paşinyan söhbət zamanı deyib ki, Ermənistan yolları bağlaya, Zəngəzuru Naxçıvanla bağlayan yolu verməyə bilməz. Hökumət başçısı etiraf edib ki, o, razılaşmalara əməl etməsə Azərbaycan güc tətbiq edərək, istəyinə nail olacaq.
Paşinyan Azərbaycana müqavimət göstərmək üçün qüvvələrinin olmadığını etiraf edib.

Bütöv.az
26-11-2021, 17:51
Ukraynada dövlət çevrilişi planlaşdırılıb - Zelenski kəşfiyyat məlumatlarını AÇIQLADI

“Ukraynada 1-2 dekabrda dövlət çevrilişi planlaşdırılıb”.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna prezidentinə 30 sual” mətbuat marafonunda çıxışı zamanı bildirib.

“Bizdə təkcə kəşfiyyat məlumatı yox, həm də audiofakt var. Hansı ki, orada Rinat Axmetovun rəhbərliyində Ukraynadan və Rusiyadan olan nümayəndələr burada milyardlarla dolların ayrılacağı dövlət çevrilişini və sairəni müzakirə edirdilər. Hesab edirəm ki, bu, iş adamı Rinat Axmetovun qurmasıdır. Hesab edirəm ki, bu, əməliyyatdır. Onu Ukrayna dövlətinə qarşı müharibəyə sürükləyirlər”, - deyə Zelenski vurğulayıb.

Mənbə: UNİAN

Bütöv.az
26-11-2021, 17:36
Əliyev-Putin görüşü: Liderlər hansı mesajları verdilər? – ŞƏRH

Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü keçirildi.

Görüş zamanı liderlər arasında xoş əhval-ruhiyyə hiss olunurdu, bunu Əliyevlə Putinin səmimi atmosferdə əl sıxışması ilə izah edə bilərik.

Görüşün mətbuat üçün açıq olan hissəsində liderlərin ikitərəfli münasibətlərə dair bəyanatlarından ümumi tezislər dilə gətirildi. Qısası, deyə bilərik ki, prezidentlər Bakı-Moskva əlaqələrinin dinamikasından məmnundurlar.

Vladimir Putin pandemiyaya baxmayaraq strateji tərəfdaşlığın, o cümlədən iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Kreml başçısı Azərbaycanda rus dilində təhsilə önəm verilməsinə görə də İlham Əliyevə təşəkkür edib.

Görüşdə əvvəlcədən planlaşdırıldığı kimi hərbi-siyasi mövzular ağırlıq təşkil edirdi.

Vladimir Putin Rusiya sülhməramlıları üçün işğaldan azad edilən ərazilərdə məsuliyyət zonasının yaradılması məsələsinə toxunub və sülhməramlıların rolunu müsbət qiymətləndirib. Ağdamdakı atəşkəsə nəzarət üzrə yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rolunu yüksək qiymətləndirib, ancaq sülhməramlıların nəzarətində olan zonada insidentlərin olduğunu da dilə gətirib.

“Təəssüf ki, problemlər və insidentlər var. Hələ də itkilər var. Biz elə bunun üçün toplaşmışıq. Görək nə edilib, nə etmək lazımdır, hər kəs nə etməlidir ki, nəinki belə bir şey yaşansın, əksinə, vəziyyəti sakitləşdirmək və bölgədə vəziyyəti elə keyfiyyətdə inkişaf etdirmək üçün şərait yaradılsın ki, insanların sülh şəraitində yaşamasına və ölkələrin inkişaf etməsinə imkan yaransın”, - deyə Putin bildirib.

Kreml başçısının bəyanatının mahiyyətində gizlənən budur ki, rəsmi Moskva altında Putinin imzası olan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icrası üçün səylərini intensivləşdirəcək.

İlham Əliyev isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ciddi insidentlərin olmadığını deyib.

Əslində burada ciddi insident məsələsi sərhədlə müqayisə kontekstində işlədilib. Yəni, Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalara nisbətdə sülhməramlıların zonasındakı ərazilərdə böyük toqquşmalar olmayıb.

İlham Əliyevin sərhəddəki insidentlərin sülhməramlıların nəzarət zonasında olmayan ərazilərdə baş verməsini xatırlatması da belə deməyə əsas verir.

Ancaq bu o anlama gəlmir ki, İlham Əliyev Qarabağda insident olmadığını bəyan edir.

“Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub, lakin bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bütün bunlar bizi üçtərəfli format da daxil olmaqla hadisələri diqqətlə nəzərdən keçirməyə və riskləri necə idarə etmək və minimuma endirmək barədə danışmağa məcbur edir”, - deyə İlham Əliyev söyləyib.

İlham Əliyev ümumilikdə Vladimir Putinin şəxsi rolunu və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib.

Onun “gələn il bu işdə yaxşı nəticələrə ümid edirik” deməsi belə qənaət yaradır ki, 2022-ci ildə açıq qalan məsələlərin həllində nəticə əsaslı dönüş yarana bilər.

Diqqət çəkən digər məqama da nəzər yetirək.

Kreml açıqlama verib ki, Putin-Əliyev görüşündən sonra üçtərəfli görüş başlayacaq. Vladimir Putinlə Nikol Paşinyan isə üçtərəfli görüşdən sonra ikitərəfli görüş keçirəcək.

Adətən ikitərəfli görüşlərdən sonra üçtərəfli görüş keçirilirdi. İndi qrafikin belə tərtib edilməsi deməyə əsas verir ki, Əliyevlə Putin üçtərəfli görüşə Paşinyan üzərində yüksək təzyiqlər qazandıran arqumentlərlə gedir.

Bütöv.az
26-11-2021, 12:50
Azərbaycanın məşhur diktoru vəfat etdi

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib

Kulis.az xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.
Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.

Qeyd edək ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

O, ötən il “Tərəqqi” medalına layiq görülüb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!