Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 5-01-2022, 15:04
Bu dəfə imtahan çörəklə, unla olacaq?..

Yeni il yeni sınaqlarla, yeni böhran anonslarıyla gəldi.

Adət və tətbiq etdiyimiz dəyərlər keyfiyyət etibarilə dəyişib. Məsələn, ənənəvi enerjini alternativ enerji əvəz edir. Proses ləng getsə də. Elə öyrəşdiyimiz ənənəvi silahların da mahiyyəti dəyişir. Belə demək olarsa, yeni kütləvi qırğın silahları istismara verilir. Bu, nüvə bombası deyil, atom bombası deyil. Məsələn, mavi qazdır.

Bu gün Avropa bu silahın təhdidi və tətiyi altında əziyyət çəkir. Azərbaycan energetika sferasında inhisarçılığın əleyhinədir və alternativ olaraq şaxələndirmə təklif edir. Bu yolda da irələliləyir.

Yaxud başqa bir kütləvi qırğın silahı: İmkanlı dövlətlərin kasıb dövlətlərə qarşı tətbiq etdiyi vaksin millətçiliyidir. Azərbaycanın Prezidenti İlham Əliyev iki ildir ki, BMT-nin tribunasından bu mənəviyyatsızlığı ifşa edir, belə yanaşmaların bəd aqibət vəd etdiyi barədə xəbərdarlıq edir.

İndi isə başqa bir qlobal təhdidlə üz-üzəyik. Yer kürəsi-Ümumdünya Səhiyyə Təşkilatının ötən ilin dekabr ayında verdiyi “2022-nin pandemiyanın son ili olacağına əminik!” bəyanatına yenicə sevinməyə, buzlu şüşənin acığına nəfəsi dərindən almağa hazırlaşırdı ki, bəşəriyyətə - sarı qılçıq rəngində xəbərdarlıq kartı göstərdilər: Elan edildi ki, bu dəfə imtahan çörəkdən, taxıldan, undan olacaq! Qaz kimi, taxıl da potensial qırğın silahına çevriləcək.

Artıq bilirik ki, Amerika Birləşmuiş Ştatları başda olmaqla, Qərbin özünəməxsus sanksiya metodu var: Rusiya və Çin, bu dövlətlərin tərəfdaşları belə sanksiyaların əsas hədəfləridir. Amma tutalım, Rusiya və Çinin də özünəməxsus müqavimət tədbirləri, kontrsanksiyaları var. Hətta belə bir xof da var ki, Çin Xalq Respublikası dünyanın bütün ərzaq ehtiyatlarının böyük hissəsini satın alıb. Düzdür, məlumat Çinin əsas rəqibi olan Birləşmiş Ştatların Kənd Təsərrüfatı Nazirliyinə istinadla yayılıb. Amma mənbənin nüfuzlu “Nikkei Asiya” nəşrinin olması xəbəri dezinformasiyalıqdan çıxarır. “Nikkei Asiya” yazır ki, Çinin anbarlarında dünyanın təkcə elə buğda ehtiyatlarının 50 faizi saxlanır. Deməli, mavi qızıl-qaz ehtiyatı ilə silahlanmaq kimi, vaksin ehtiyatıyla silahlanmaq kimi, taxıl, buğda, un ehtiyatlarını da ələ keçirib silah-sursat tədarükü görmək olarmış. Onu da nəzərə alaq ki, Amerika Birləşmiş Ştatları da qara günə tədarük görməkdə və öz vətəndaşının boğazını müstəqil saxlamaqda israrlıdır. Rusiya da, Qazaxıstan da, Kanada da…

Ümumiyyətlə, hər bir dövlət öz ərzaq təhlükəsizliyinin qayğısına qalır. Kimsə bunu normal ehtiyac, kimsə normal ehtiyat, kimsə də uzaqmənzilli hədəf kimi görür.

Azərbaycan belə aqibətlə bağlı müxtəlif vaxtlarda müxtəlif addımlar atıb. Məsələn, 2001-ci ildə Prezident Heydər Əliyev “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdı.

Prezident İlham Əliyevinsə hələ 2012-ci ilin mart ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransının Bakıda keçirilməsinə nail olması uzaqgörənlik nümunəsi idi.

Bütün bunlar ərazi bütövlüyümüzün bərpa olunmadığı dövrdə baş vermişdi. Dövlət torpaqlar işğaldan azad ediləndən sonrakı günlər üçün də müəyyən planlara malik idi. Və əslində bugün planetdə qeydə alınan ərzaq, xüsusilə taxıl böhranı yalnız ərzaq və yalnız taxılla bağlı deyil. Altqatda çoxlu səbəblər var: qlobal istiləşmə, onun kütləvi meşə yanğınları kimi fəsadları, eko-qəzalar nəticəsində sıradan çıxan flora və fauna... Yəni bu gün bəşəriyyətin üzərinə gələn taxıl böhranı o bəlalarla bağlıdır. İndi anlaşırmı niyə Prezident aqroparklarla bağlı nəhəng layihələrə diqqət yetirirdi.

Goranboy. 2018-ci ilin yayı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri — ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq. Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin. Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq".

Və ya ölkənin su ehtiyatları ilə bağlı keçirilən müşavirə. Yəqin yadınızdadır. Sosial şəbəkələrin, bəzi məsuliyyətsiz internet TV-lərin provakativ müşayiəti ilə ölkədə az qala su qiyamı hazırlananda İlham Əliyev belə bir toplantı keçirmişdi. Əliyev ona verilən məlumatdan sonra narahatlığını gizlətməmiş, su probleminin yedək bəlalara yol açacağına diqqəti cəlb etmişdi.

2020-ci ilin iyul ayı idi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Amma təkcə suyun çatışmazlığı görün bizə nə qədər böyük ziyan vurur. Taxılçılıqda məhsuldarlıq daha yüksək olmalı idi, pambıqçılıqda da həmçinin. Bu il biz birinci dəfə təkrar əkinlə bağlı təcrübədən istifadə etdik. Mənə ilk verilən məlumat o idi ki, biz 100 min hektarda qarğıdalı əkək. Sonra suyun çatışmazlığı ilə əlaqədar bunun 50 min hektarını ixtisar etdik. Amma heç 50 min hektarda da əkə bilmədik. Misal üçün, biz 100 min hektarda bunu əkə bilsək, bu, bizə nə qədər xeyir verəcək, yem bazamız nə qədər genişlənəcək və idxaldan asılılıq azalacaq, valyuta xaricə getməyəcək. Ona görə bütün bu məsələlər çox ciddi təhlil edilməlidir və edilir. Eyni zamanda, veriləcək tapşırıqlar və qəbul ediləcək proqram hərtərəfli olmalıdır. Biz nə mümkündürsə, bu il etməliyik. Əsas işləri, əlbəttə ki, gələn ilin əkin mövsümünə hazırlıq məqsədilə etməliyik”.

Bu misalları niyə çəkirəm? Ona görə ki, dünyanın bu gün üzərinə gələn ərzaq, xüsusilə taxıl problemini qarşılamaqdan ötrü Azərbaycanda xeyli iş görülüb və bu gün respublika kifayət qədər etibarlı ərzaq təhlükəsizliyi yastığına malikdir. İşğaldan azad edilmiş ərazilərin də tərkibi əkinə, xüsusilə də ərzaq təyinatlı məhsullarıın əkininə yararlı torpaqlarla zəngindir. Böyük Savaş Azərbaycan torpaqlarını geri qaytardı. Böyük Qayıdış isə insanlarımızı torpağa qaytarır. Qlobal istiləşmənin ağır fəsadlarını maksimum təhlükəsiz həddə salaraq keçirmək və eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə başlanan bərpa-quruculuq işlərini də davam etdirmək qalib ölkənin vətəndaşlarından, dövlətin informasiya-təbliğat maşınından hər bir ciddi prosesə xüsusi məsuliyyət və bacarıq tələb edir. Ötən ilin sonuna yaxın hiss edilirdi ki, taxıl, buğda, unun qiymətində dəyişiklik baş verəcək. Bu gün həm qlobal istiləşmənin fəsadları nəticəsində yaranan obyektiv, həm də bu reallıqdan rəqiblərini zəiflətmək məqsədilə istifadə etmək istəyən qüdrətli dövlətlərin sayəsində formalaşan subyektiv şərait ilk növbədə vətəndaşdan soyuqqanlı olmağı, əsassız panikaya düşməməyi tələb edir. Yadınızdasa, biz pandemiya yenicə vüsət alanda da intizamlı olmağın, dövlətə inanmağın faydalarından bəhs etmişdik. Taxılla vəziyyət təxminən eynidir. Panikaya düşməmək! Dövlətə inanmaq! Süni bahalaşdırmadan çəkinmək. Azərbaycanda un problemi yoxdur. Çörək problemi yoxdur. Taxıl problemi yoxdur. Taxılın və çörəyin qiymətini bazarın ixtiyarına buraxmaq dünyanın bütün ölkələrinin öz vətəndaşını və bazarını qorumaq, həm də bir nömrəli qida məhsulu vasitəsilə ərzaq təhlükəsizliyini, eləcə də milli təhlükəsizliyi qorumaq məqsədi kimi Azərbaycanın da hədəfidir. Azərbaycanda buna bənzər situasiyaları tariximizin son 30 ilində dəfələrlə görmüşük.

Yadınızdadırsa, benzin çox ucuz olanda onu kanistrlərə doldurub qonşu respublikalara daha baha qiymətə satmağa aparırdılar. Elə biz özümüz: İran İslam Respublikasında benzinin qiymətinin ucuz olması səbəbindən nə qədər riskə gedib gizli yolla o ölkəyə getmişik?! Ona görə də taxıl və taxıl məhsulları, un və un məmulatları, hətta düyü, şəkər və s. kimi qida nümunələrinin qiymətini qonşu respublikalardan ucuz etmək olmaz! Daxili bazarı qorumaq məqsədilə! Ümumiyyətlə, dövlət təhlükəsizliyi yalnız bir-iki qurumun işi deyil. Xüsusilə sosial şəbəkələrin yaratdığı asan əlçatanlığın hesabına məsuliyyətsizlik püskürən daşıyıcıların zərərli fəaliyyətini nəzərə alsaq…(axar.az)

Bütöv.az


Paylaş



Bölmə: Sosial şəbəkələr / Sosial / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!