"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 7-01-2022, 15:13
Təhsil niyə düzəlmir? - Əmrullayev nədən başlamalıdır?

Təhsil naziri Emin Əmrullayev ilk növbədə hansı çatışmazlıqları aradan qaldırmalıdır, problemlər əsasən hansı sahələrdədir? Onların aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?

Tanınmış təhsil ekspertləri təhsil sahəsindəki problemlər və onların həlli yolları barədə Bakupost.az -a fikirlərini bildirib, təkliflərlə çıxış ediblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov təklif edir ki, strateji baxımdan öncə təhsilin məzmununa diqqət yetirilməlidir.

Professorun sözlərinə görə, təhsilin məzmunu tədris proqramları ilə tənzimlənır. Proqramlar elə tərtib edilə bilər ki, təhsilalan sonda ya ateist, ya dindar, ya vətənpərvər, ya da kosmopolit olar. Bu səbəbdən də təhsilin məzmun, təhsil prosesinin əsas mərkəzi hesab edilir. Təhsilin məzmunu elə olmalıdır ki, şagirdlər şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar. Biz kamil insan yetişdirməliyik: “Yalan danışmaq, tamahkarlıq, paxıllıq, yekəxanlıq, tənbəllik və s. kimi davranış növlərinin günah olduğunu gənclər orta məktəbdə öyrənməlidirlər. Təhsilin məzmununda Tarix fənni böyük əhəmiyyət kəsb edir. Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları oxunmaz, öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərk etmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir. Belə tarix kitabını dövlət başçısının və ya vitse-prezidentin rəhbərlik etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən yazmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir və tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir”.

Professorun sözlərinə görə, taktiki baxımdan məktəbi idarə edənlərin, yəni məktəb direktorlarının düzgün seçilməsi çox vacib şərtlərdən biridir: “Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları, özünü məktəb işinə qurban verənlərin içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaqa sahibi olmalıdır ki, məktəb müqəddəs yerə çevrilsin”.

Ş.Əsgərov bildirib ki, təhsil milli və mənəvi dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Təhsil keçmiş nəsillərin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq, həm də ötən illərdə buraxılan səhvləri təkrar etməmək missiyası daşıyır: “Ən önəmlisi isə təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır. Birinci təhsil sonra iqtisadiyyat gəlməlidir. Belə olan halda təhsil bizi xoşbəxt gələcəyə aparar. İstər öyrəncinin, istərsə də sinifin biliyini ölçmək üçün yeni, dəqiq meyarlar lazımdır. Biliyin qiymətləndirilməsinin xətti şkalası tələbatı ödəmir. Sinifin potensialına nəzarət və müəllimin fərdi fəaliyyətinin monitorinqi üçün yeni meyara ehtiyac var”.
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Təhsil haqqında Qanunda da qeyd edildiyi kimi, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Ötən illər ərzində təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar bu sahənin prioritet olduğunu bir daha göstərdi. Təhsil sahəsində son on ilin ən mühüm hadisələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, habelə bir sıra mühüm qanun və qərarların qəbul edilməsidir. Strategiyanın qəbulu hər şeydən əvvəl təhsilin mövcud durumuna nəzər salmağa imkanı verdi: “Bu mühüm sənəddəki təhlillər göstərdi ki, təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməyib. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Bütün bunlar nəzərə alınaraq, təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkildi. Düzdür, Strategiyanın qəbul edilməsindən keçən müddət ərzində nəzərdə tutulan hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb. Hər şeydən əvvəl əsaslı tikinti, təmir, təchizat, bununla bağlı digər infrastrukturlar yaradılıb və daha da təkmilləşdirilib. Təhsil məzmun və formaca yenilənib, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir. Təhsilin təkmilləşdirilməsi istiqamətində “Təhsil haqqında” Qanununa müvafiq dəyişikliklər edilib, bu məqsədlə yeni sahəvi qanunlar qəbul olunub və s. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilməsi barədə” sərəncamı ilə Təhsil Nazirliyinin regional idarələri yaradıldı. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildi ki, bu da şübhəsiz ki, təhsilin idarərtemə problemlərinin həllinə təsirsiz ötüşməyəcək. Prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" sərəncamı isə təhsil işçilərinin maddi.cəhətdən stimullaşdırılmasına növbəti töhfədir”.
Ekspert qeyd edib ki, bununla belə təhsil sahəsində həllini gözləyən problem xarakterli bir sıra məsələlər hələ də qalmaqdadır ki, bunların da yoluna qoyulmasının müəyyən zamana ehtiyacı var. Təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə tam əhatəsinin təmin edilməsi, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmiş və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların yeniləşdirilməsi, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi, təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi və bu kimi digər məsələlər yəqin ki, yaxın perspektiv üçün gündəm olacaq: “Şagirdlərin dərs yükünün ağırlığı, məktəb-valideyn münasibətlərində olan soyuqluq, repetitorluğa qeyri-rəsmi fəaliyyət sahəsi, kölgə təhsilinin atributu kimi baxılması, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunması, müəllimlərin və məktəb direktorlarının işə qəbulu imtahanının məzmununda dəyişiklik edilməsi, müəllimlərin dərs yükünün qanunvericilik əsasında tənzimlənməsi, diplomu dövlət nümunəli olmayan müəllimlərlə bağlı süründürməçiliyə son qoyulması və bir çox bu kimi narahatçılıq və narazılıq doğuran məsələlərin həlli də gözləniləndir”.
N.İsrafilov vurğulayıb ki, ən başlıcası kadrlar nə qədər düzgün seçilib yerləşdiriləsə, problemlər də bir o qədər az olar.
Təhsil ekspert Elçin Əfəndi isə təklif edib ki, Təhsil Nazirliyi tərəfindən məktəblərə direktor seçimi prosesinə şəffaf yanaşılmalıdır. Ümumtəhsil müəssisələrində çalışan pedaqoji heyyətin tam tərkibdə eyni ixtisasa sahib olmasına diqqət yetirilməlidir. Yəni müəllimlər ixtisasları üzrə tədrisə cəlb olunmalıdır. Coğrafiya müəllimi məktəb psixoloqu işləməməlidir. Ekspert bildirib ki, dərslik sahəsində də ciddi islahatların aparılmasına ehtiyac var: “Hazırda dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər var. Təəssüf ki, yeni təhsil sisteminə keçiddən sonra qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdı. Amma indi demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat öz əksini tapır. Məsələn, şagird isim mövzusunu həm beş, həm altı, həm də yeddinci sinifdə öyrənir. Bu düzgün deyil. Halbuki əvvəlki dərsliklərdə bu yalnız bir sinif dərsliyində yer alırdı. Aşağı siniflərdə, xüsusilə də birinci siniflərdə şagirdlərin dərs yükü ağırlaşdırılıb, çətinləşdirilib. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa , repetitora yönəltməyə imkan yaradır. Biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Şagirdə lazım olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, ümumiyyətlə çətinlik qarşısında şagirdi üz-üzə qoymaq yolverilməzdir. Dərsliklərə bağlı ciddi və əməli tədbirlər görülməlidir. Buna doğurdan da cox böyük ehtiyac var. Dərsliklərin və tapşırıqların çətinləşdirilməsi şagirdlərin əlavə məşğələlərə, müəllim yanına getməsinə imkan yaradır. Əgər bu problem həll edilsə şagirdlərin də əlavə hazırlıga, repetitor yanına getməsinə ehtiyac qalmaz”.

Bütöv.az


Paylaş



Bölmə: Tələbə sözü / Xəbər / Təhsil / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!