Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-09-2022, 08:06
Qansız davranışlı qanlı düşmən.

Söylədiklərim kənddə vaqe olur. Kənd əhli içməli suyun çəkilməsinə çox sevinirdi. Fəqət bilmirdilər ki, fəlakət elə bundan sonra başlayacaq. Günlərin birində kəndli oğlan su borusunun yanına gəldi. Elə kranı açmışdı ki, iş tərs gətirdi. Bu vaxt həmin kəndin sakini olan Əmir dayı da onun yanında idi. Su əks istiqamətdə axırdı. Bu an bir nəfər onlara sarı gələrək: "Mən erməniyəm, buradan uzaqlaşın" dedi. Oğlan adamı ciddiyə almadı. Axı su da, boru da kəndimizindi. Əlində cihaz siqnal verməyə başlayanda mən gərildim.
Əmir dayı ilə kəndə getmək istəyəndə irəlidən bir erməni generalı və bir neçə erməni əsgərinin gəldiyini gördüm. Arxa tərəfdə köhnə və kiçik mağaza vardı. Mən mağazanın arxasında gizləndim. Əmir dayını ermənilr güllələdilər. Mağazanın arxa tərəfindəki cığırla gedib kənd əhlinə xəbər verməliydim, yoxsa bu ermənilər bütün camaatı qırardı. Səssizcə cığırla aşağı endim. Gəlib kəndə çatanda gözlərimə inanmadım. Hərə bir tərəfə qaçırdı. Sən demə, ermənilərin su borularının yanında olmasından hamı xəbər tutmuşdu. Anam digər kənddə müəllimlik etdiyi üçün evdə deyildi. Məktəb də uzaqda idi. Tələsik xalamın yanına getdim. Nə qədər çalışsaq da anamla telefon əlaqəsi qura bilmədik. Xalamla evdə olan lazımlı əşyaları götürüb anamın yanına getmək istədik. Biz evə
çatmamış erməni əsgərləri kəndin başından yola düşmüşdülər. Evə çatdıq, vacib əşyaları götürdük. Bu vaxt anamın dar gün üçün saxladığı, rəhmətlik anasından ona tək xatirə qalan əmanəti xatırladım. Qızılı axtarmağa başladım. Vaxt da qızıl qədər qiymətli və az idi. Nəhayət əmanəti tapdım. Xalamla evdən çıxmaq istəyirdik ki, küçədə hərbi formalı bir neçə erməni qadın göründü. Onlar qonşuluqdakı evə soxuldular. Otaq pəncərəsindən baxan xalam sakitcə:
"Onlar içəri keçdilər, bizim burda olduğumuzu bilməmiş çıxıb gedək" – dedi. Qapını açıb küçəyə çıxanda hərbi formalı erməni qadın onun qolundan tutaraq qəzəblə bağırdı. Sonra qolunu arxaya tərəf buraraq qırdı. Və yerə uzadıb güllələdi. Gözlərim önündə baş verən hadisəyə təslim olaraq yerimdəcə dondum. Və anidən buz kimi gözyaşlarıma hakim ola bilmədim. Bu vaxt hıçqırağımı eşidən erməni cəlladının mən olan səmtə addımladığını eşitdim. Qeyri-ixtiyari, gücsüz və don bağlamış bədənimlə arxa otağa keçdim. Üzüstə çarpayının altında uzandım. Birazdan cəllad qadının üzərində qan ləkəli qara rəngli ayaqqabıları göründü. Allaha dua etdim ki, məni ölü bilsin, ya da burada kiminsə olduğunu bilməsin.
Bir anlıq səs kəsildi. Getdiyini zənn etdim. Bu an əllərini saçıma dolayaraq məni üzüstə kənara sürüdü və boğmağa başladı. Deyəsən üstündə silah yox idi. Olanları dəqiq xatırlaya bilmirəm. Məndən güclü olsa da onun boğazından yapışmağa fürsət tapdım. Hər ehtimala qarşı üzərimdə saxladığım köhnə xəncəri çıxarıb ona vurdum.
Çox qorxmuşdum, sanki əllərim, ayaqlarım bağlanmışdı. Hərəkət edə bilmirdim, amma gözlərimlə cəllad qadının gəbərdiyini seyr edirdim. Özümü tez ələ alıb otaqdan çıxdım. Qapının kandarında xalamın qolu qırıq cansız bədənini görəndə vahimələndim. Göz yaşıma hakim ola bilmədim. Səsimi digər qaniçən erməni cəlladlarının eşidə biləcəyindən ehtiyatlanıb qaçmağa başladım. Yola çatdım. Yolun digər istiqamətində düşmən irəliləyirdi. Aşağı əyilib gözlədim ki, onlar uzaqlaşsınlar. Xeyli vaxtdan sonra gözdən itdilər. Yoluma davam edərək kəndə sarı üz tutdum. Kəndin mərkəzinə çatanda hər yerdə qadın, qoca, uşaq cəsədləri gördüm. Bir ana körpəsini qorumaq üçün ona ağac budağı kimi sarılmışdı. Digər tərəfdə yanında partlayan bomba ilə bütün daxili orqanları çölə tökülmüş gənc oğlan cəsədi vardı. Yeni doğulmuş körpə isə ananın qucağında ağlayırdı. Körpəyə yaxınlaşmaq istəyəndə səsə üzü çapıq, uzun saqqallı erməni cəlladının gəldiyini gördüm. Tez tərpənib düşmən tankı ilə əzilmiş maşının arxasında gizləndim.
Maşının içində bir ailə məhv olmuş, əzilmişdi. Erməni cəlladı körpəyə yaxınlaşdı, onu qucağına alıb: "Səsini kəs! Gələcəkdə sən də bizi öldürən bir türk əsgəri olacaqsan, sən indi ölməlisən" deyərək körpənin ağzına vurdu. Körpə burnunun qanını içə-içə ağlayırdı, düşmən belindəki xəncəri çıxarıb körpənin ürəyinə sancdı. Sonra soyuq silahdakı qanı yalamağa başladı.
Bunları görəndə elə bildim yuxudayam, amma bu həqqiqət idi. Qansız davranışlı qanlı düşmən getdikdən sonra özümü ələ alıb yoluma davam
etdim. Axşam düşmüşdü. Qaranlıq və vahiməli qalın meşənin içi ilə gedirdim. Bu zaman qarşıda maşın səsi eşitdim. İşığı meşənin qaranlığını aydınladırdı. Qalın gövdəli ağacın arxasında gizləndim. Onların mənə tərəf gəldiyini də hiss edirdim. Qismətdən məni görmədilər. Saqqallı, bəstəboy və piyli erməni mənə yaxın yerdə dayanmışdı. Onlar maşının arxasından uşaqları endirdilər və həmin yerdə bir quyu qazdılar. Saqqallı düşmən uşaqları soyundurub quyuya atdı, üstlərinə də heyvan (bu, öküz leşi idi. İy gəlməsinin qarşısını alırdı) leşi tulladı. Torpağı üstünə tökdülər. Uşaq gözlərimlə həmyaşıdlarımın müsibəti az qala gözlərimə qaranlıq çökdürdü, nəfəsim dayanmaq üzrə idi. İstədim qışqırıb səsimi göylərə "Allahım, bu necə vehşilikdi?" deyə duyurum, səsim çıxmadı.
Onlar getdikdən sonra yoluma davam etdim. Ac-susuzluğumdan betər gördüklərim məni fiziki və mənəvi məhv etmişdi.
Qarşıda bir ev gördüm. Ora tərəf yaxınlaşdım. İçəridə erməni əsgərləri qədəh döyüşdürür, azərbaycanlı qızına işgəncə verirdilər. Qızın gözünün
qabağında atasını yuxarıdan asaraq diri-diri yandırırdılar. Qoca kişinin alov tutub yanan bədəni insanı dəhşətə gətirirdi. Bədəni ilpədici (oxu: vahiməli, dəhşətli) vəziyyətdə idi. Qoca kişi çox əzab çəkirdi, sanki cəhənnəm odunda yanırdı. Onun üçün ən acısı isə qızına cəhənnəm şeytanlarının - ermənilərin işgəncə verməsi idi. Allahım, bu məxluqlara heyvan da demek olmaz…
Kəndə çatmağıma az qalmışdı. Axır ki mənzil başına çatdım, anam orda məni gözləyirdi məni gördüyünə çox sevindi, amma xalamı yanımda görmədi mən başımıza gələnləri ona danışdım. Sağ gəlib çıxmağım bir möcüzə idi.
Aradan illər keçdi. Böyüdüm, müəllim oldum. Başıma gələnləri şagirdlərimə söylədim. Düşmənin vandal münasibətini heç vaxt unutmamağı, onlara qarşı daim ayıq-sayıq olmağı tapşırdım.

Südabə Məmmədova,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi



Paylaş



Bölmə: Tələbə sözü / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!