İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 8-04-2023, 09:55
Əsgər İsmayılov: "TANRI SALAMINI "VERDİ", SALAMINI "ALDI"


Əsgər İsmayılov: "TANRI SALAMINI "VERDİ", SALAMINI "ALDI"

Bakı Dövlət Universiteti ulu xalqın təhsil sahəsində milli simvoludur. Elm məbədimizin yarım əsrdən çox yaşı olan Jurnalistika fakültəsi vardır. Burada vaxtilə peşəsi ocaq, müqəddəs ziyarətgah olan qələm adamları çalışmışdır. İndi də xələfləri sələflərinin yolunu ziya nuru, əqidə günəşi ilə nurlandırır, vicdan və dürüstlük yolu ilə davam etdirirlər.
Fakültəmiz haqqında zaman-zaman böyük elm, mədəniyyət adamları xoş sözlər demiş, dərin qiymət vermişlər. Bu da heç təsadüfi deyildir. Çünki fakültəmiz daim zatına qaim olmuş öz şənini uca tutmuşdur.
Fakültəmizin Radio-televiziya kafedrasının müəllimi, studiya müdiri Ramin Rzayevin rəhbərliyi ilə ötən ilin son ayının ilk günü gözəl bir layihəyə start verildi. "Dinlə" bizə o qədər gözəl səsləri, sevilən şairlərin sətirlərini, sanballı musiqiləri dinlətdi ki, inanın ruhumuz o səslərə qoşuldu, səsimiz hər səsə səs verdi. İlk buraxılış olduqca maraqlı keçdi. Bu marağı tamaşaçıda Rəhilə Həmidova yaratdı. Sonradan bir-birindən gözəl simalar, minor və major ladında olan musiqi nömrələri və hər sətirləri zövq verən şeirlər tamaşaçı qəlbinə cığır açdı.
Maraqlı buraxılışlar bir-birini əvəzləyirdi...
... “Şah pərdə kökü”ndə olan və zirvə sayılacaq növbəti efir başlayır. Bütün iştirakçılardan fərqli olaraq start kəlməsində "hazıram" sözü əvəzinə "mən hazır" söz birləşməsi işlənir. Uşaq saflığı, daxili dünyasının paklığı, ağ rəngin təmizliyi şəklində gözlərimiz önündə hamının Salam dayı kimi tanıyıb və sevdiyi Salam Muxtarov görünür. Ömrünü bəxş etdiyi Universitetə, onu sevən minlərlə tələbəyə sərhədsiz məhəbbətini "Mənim tələbə dünyam" şeiri ilə çatdırır. Dəfələrlə qulaq asıram. Sanki hansısa boşluqdan səs eşidilir.
– Əsgər, diqqətlə qulaq as: "DİNLƏ", "DİNŞƏ!"
Və bu gün yenidən bir daha dinləyirəm. Yenə də eyni səslər...

Salam Muxtarovu hamı sevirdi, öz doğması, canının bir parçası kimi. Bunu Universitetimizə ayaq qoyanda da, sosial şəbəkədə onun haqqında yazılan rəyləri oxuyanda da, elə "Dinlə" layihəsində otuz yeddi saniyəlik çarxda da hiss etmək, duymaq olur.
Mən Salam dayını tanımırdım. Heç onunla qarşılaşıb salam da kəsməmişdim. Mənə Salam Muxtarovu "Dinlə" layihəsi tanıtdı. Ramin Rzayev tanıtdı. Bax, budur bizim fiziki kiçik, mənəvi böyük Jurnalistika fakültəmiz!
"Dinlə" layihəsi ilk efirinə Ramiz Rövşən qələminin sevgidən doğan "Ayrılıq" şeiri ilə başladı. Bu gün o ayrılığı Salam Muxtarovla bir də yaşadıq. Ayrılıq yenə sevgidən doğdu. Bu dəfə Salam dayının Tanrının bəndələrinə olan sevgisindən deyil, məhz Tanrının özünə olan sevgisindən...

Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!