Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 22-07-2023, 15:00
Aysel Mübarizqızı yazır:  Mətbuat tariximizin qəhrəmanları


Aysel Mübarizqızı yazır: Mətbuat tariximizin qəhrəmanları

Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan.
H. Zərdabi

Bəli, Həsən bəy Zərdabi xalq üçün çalışdı. Xalqın sevgisini, dəyərini özünə mükafat bildi. Xalqın maariflənməsi yolunda çox əziyyətlər çəkdi. Buna baxmayaraq, sanki içində inam var idi: gələcəyə inam. O inam bu yolda addımlamaqda ona daha da güc verirdi. Yollar onu xalqın sevgisinə aparırdı. Həsən bəy yanılmırdı. Çünki o güvəni qazanmışdı. Azərbaycan milləti onu dəstəkləyirdi. Bir neçə il zəhmətə qatlansa da, bəhrəsini verdi.
Həsən bəy düz 7 il mətbu orqan yaratmaq üçün mübarizə apardı. Çünki onun tək amalı millətinin maariflənməsi idi. O, dəfələrlə Qafqaz Senzura Komitəsinə, Bakı Qubernatoruna müraciət etmişdir. Müraciətləri bir neçə dəfə cavabsız qalsa da, bu işdə ona Bakının qubernatoru general Staroselski kömək etmişdir. Həsən bəy sonralar bu barədə yazırdı: "Bizim qubernator general Staroselski, doğrudur, xalis rus idi. Amma övrəti gürcü qızı idi. Ona görə də Qafqazın yerli əhalisini özünə dost tuturdu. Mən ona dərdimi dedikdən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum. Guya məhz əkin və ziraətdən danışılacaq və boynuna çəkdi ki, senzorluğu qəbul etsin."
Nəhayət, 1875-ci il 22 iyulda "Əkinçi" qəzetinin ilk nömrəsi işıq üzü gördü. Həmin gün nəinki Həsən bəy, bütün elm xadimləri üçün sanki bayram idi. Sevinclərinin həddi-hüdudu yox idi. Bu xəbər Həsən bəyin, ziyalılarımızın, Azərbaycan xalqının uğuru idi. Qəzet Bakıda qubernatorun mətbəəsində, ayda 2 dəfə, 300-400 tirajla nəşr olunurdu. "Əkinçi" qəzetinin "Daxiliyyə", "Elm xəbərləri", "Təzə xəbərlər", "Əkin və ziraət xəbərləri" adlı bölmələri var idi. Bölmələrdə maarifpərvər şəxsiyyətlərimizin yazıları dərc olunurdu. Həsən bəy qəzetin ətrafına dövrünün qabaqcıl maarifçiləri olan M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov, Ələkbər Heydəri, Ələkbər bəy Sultanovu və s. toplamışdır.
Təəssüf ki, "Əkinçi"nin cəmi 56 sayı işıq üzü gördü. Qəzetin bağlanmasının bir neçə səbəbləri var idi. Onlardan biri 1877-1878-ci illərdə baş verən rus-türk müharibəsi idi. Digəri isə əsas səbəblərdən idi. "Əkinçi" yalnız maarifçilik ideyalarının təbliği ilə kifayətlənmirdi. Həmçinin, azad və milli dövlət qurmaq ideyalarını da təbliğ edirdi. Çünki qəzet Rusiyada yaşayan müsəlmanları hərəkətə gətirirdi. Təbii ki, bu hökuməti narahat edirdi. Hökumət qəzetdə siyasi xəbərlərin dərc olunması ilə bərabər, xalqın oyanmasını və maariflənməsini də istəmirdi. Amma bu yolda həm Həsən bəy Zərdabi, həm də digər maarifçilərimiz yorulmadı, usanmadı. Çünki onlar xalqın işıqlı gələcəyinə inanırdılar. Cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, əkdiyi toxumlar cücərdi. Özündən sonra əsası qoyulacaq "Ziya" (1879), "Ziyayi-Qafqaziyyə" (1880), "Kəşkül" (1883), "Kaspi" (1881), "Həyat" (1905), "İrşad" (1905), "Molla Nəsrəddin" (1906), "Füyuzat" (1906) və s. mətbu orqanlarına böyük töhfə verdi.
"Həyat" qəzeti Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun birgə əməyi nəticəsində 1905-ci ildə fəaliyyətə başladı. Qəzetin nəşrinə icazə verilməsində H.Z.Tağıyevin də nüfuzunun böyük rolu olmuşdur. Qəzetin 36 nəfər daimi yazar-müəlliflərindən Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Zərdabi, A.Səhhət, M.Hadi, Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.M.Qənizadə və s. adlarını çəkmək olar. "Həyat" qəzeti təkcə Qafqazda deyil, İranda, Türkiyədə də yayılırdı. Qəzetin əsas məqsədi türkçülüyə, Azərbaycana, Azərbaycan xalqına xidmət etmək idi. "Həyat"a qarşı təzyiqlər, senzorun ağır şərtləri qəzetin nəşrinin ilk aylarından bəlli olurdu. İlk sayının çıxmasından bir müddət sonra ermənilər Qafqaz Canişinliyinə müraciət etdilər. Senzura Komitəsi qəzeti və onun redaktoru Ə.Ağaoğlunu "qatı islam tərəfdarları" kimi günahlandırırdılar. Yenə hər addımda erməni xisləti özünü göstərirdi. Amma ziyalılarımız yorulmadan maarifçilik ideyasından uzaqlaşmırdılar. 1905-ci il 30 dekabrda Ə.Ağaoğlu "İrşad" qəzetinin əsasını qoyduğu üçün "Həyat"da redaktorluq fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. "İrşad" Azərbaycan dilində nəşr olunurdu. Redaktorları Ə.Ağaoğlu, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, H.Vəzirov kimi ziyalılarımız olmuşdur. Ü.Hacıbəyov "İrşad"ın ən fəal əməkdaşlarından idi. Onun "Ordan-burdan" başlığı ilə 200-dən çox satirik miniatür və felyetonları, 100-dən çox publisistik məqaləsi dərc olunmuşdur. "İrşad" qəzeti 2 dəfə:
1) 1907-ci ildə Ü.Hacıbəyovun "Stolıpinin xəyalı" felyetonuna görə müvəqqəti;
2) 1908-ci ildə Ü.Hacıbəyovun "Nağıl" felyetonuna görə həmişəlik fəaliyyətini dayandırmışdır.
Satirik-yumoristik jurnal olan "Molla Nəsrəddin"in əsası 1906-cı ildə qoyulmuşdur. Jurnalın dərc olunmasında C.Məmmədquluzadənin böyük zəhməti və əməyi olmuşdur. Xalq jurnalda dərc olunan məqalələri, felyetonları, şeirləri, karikaturaları, hekayələri xüsusi maraqla qarşılayırdı. C.Məmmədquluzadə demişkən: " "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı." Jurnalın dərc olunan sərt, cəsarətli çıxışlara görə 1907-ci ildə fəaliyyəti dayandırılır. Xalqın sevgisini qazanan "Molla Nəsrəddin" müxtəlif bölgələrdən gələn etiraz məktubları nəticəsində fəaliyyətini yenidən davam etdirir. 1908-1909-cu illərdə yenə bağlamağa cəhd etmişdilər. Hətta Ö.F.Nemanzadə 9 gün həbs olunmuşdur. Bu hadisəyə "İrşad" qəzeti belə cavab vermişdir: "Bir-iki nəfər C.Məmmədquluzadələrin, Ö.F.Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i öldürəcəksiniz? Bunu biliniz, "Molla Nəsrəddin"i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz."
"Molla Nəsrəddin"in Təbriz dövründə hökumət jurnalın farsca çap edilməsini bildirirdi. Mirzə Cəlil hökumətin bu tələbi qarşısında belə söyləmişdir: "Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin, "Molla Nəsrəddin"i erməni dilində nəşr edim." Bu müraciətdən sonra jurnalın doğma dilimizdə nəşr olunmasına icazə verilmişdir.
"Füyuzat" jurnalının əsasını isə 1906-cı ildə böyük ziyalımız Ə.Hüseynzadə qoymuşdur. "Füyuzat" Azərbaycan ədəbiyyatında romantizmin əsasını qoymuşdur. M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət, və s. kimi şəxsiyyətlər jurnalın ətrafına toplaşmışdılar. Onu da qeyd etmək lazımdır ki, "Füyuzat"çılarla, "Molla Nəsrəddin"çilər arasında ideya baxımından fərqliliklər olsa da, oxşarlıqlar da az olmamışdır. Hər iki jurnal xalqını, millətini maarifçiliyə, elmə, savada, bilikli olmağa çağırır.
Mətbuat hər zaman milli və ictimai maraqlara xidmət etməlidir. Cəmiyyətin, ictimaiyyətin maraqları əsas amil olaraq işıqlandırılmalıdır. Məhz bu baxımdan maarifçi ziyalılarımızın Azərbaycan mətbuatı tarixində rolu danılmazdır.
Müstəqillik əldə olunduqdan sonra Qərb ölkələrindən azad mətbuatın necə olduğunu öyrənməyə başladıq. Biz ABŞ-a, həmçinin Qərb ölkələrinə inandıq ki, onlarda mətbuat ideologiyadan uzaqdır, azaddır və yalnız ictimai maraqlara xidmət edir. Lakin hadisələr bizim zənn etdiyimiz kimi cərəyan etmədi. Rusiya-Ukrayna müharibəsində şahidi olduq ki, Qərb jurnalistikası, Amerika jurnalistikası hər biri öz dövlət maraqlarına xidmət edir. Düzgün deyil, yalan informasiyalar yayırlar. Rusiya-Ukrayna müharibəsində Rusiya da, ABŞ da, Qərb ölkələri də fake informasiyalar paylaşırdılar. Hər kəs özünə münasib şəkildə məlumat verirdi. Ona görə də biz bu gün Qərbdən öyrənmək deyil, yalnız Həsən bəy Zərdabidən, Mirzə Cəlildən, Mirzə Fətəli Axundovdan, Əhməd bəy Ağayevdən, Haşım bəy Vəzirovdan, Əli bəy Hüseynzadədən və s. kimi ziyalılarımızdan öyrənməliyik. Bizim tək öyrənc yerimiz klassik mətbuatımızdır.

Aysel MÜBARİZQIZI (BABAYEVA)
Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin 2-ci kurs tələbəsi
"Bütöv Azərbaycan" qəzeti
21 iyul 2023



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!