Oqtay Əliyevin vida mərasimi keçirilir .....                        Moldovanın dövlət dilinin dəyişdirilməsi haqqında qanun təsdiqləndi .....                        Zelenski Xarkovu “Qəhrəman şəhər” fəxri nişanıyla təltif etdi .....                        Zelenski Xarkovu “Qəhrəman şəhər” fəxri nişanıyla təltif etdi .....                        Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzayla bağlı cinayət işi açılıb .....                        Şoyqu türkiyəli həmkarıyla Qarabağdakı vəziyyəti müzakirə etdi .....                        Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzanın səbəbi müəyyənləşdi .....                        İsveçin səs çoxluğu ilə NATO-ya daxil olması təsdiqləndi .....                        İran beynəlxalq sanksiyalarla yanaşı daxili parçalanma ilə üz-üzədir .....                       
Tarix : 28-05-2014, 17:32

 

24-27 May tarixində Qazaxıstanda Turan şəhərinin açılışı və bu münasibətlə keçirilən türk xalqlarının qurultayı yekunlaşıb. 

Bu barədə  Butov. az saytına qurultay iştirakçısı, Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli məlumat verib: “Otuz hektar ərazidə salınacaq şəhərdə hələ ki vahid ümumtürk mədəniyyət mərkəzi tikilib və məlum qurultay da həmin mədəniyyət mərkəzində keçirildi. Qurultayın ən böyük önəmi ondan ibarət idi ki, dünyanın müxtəlif yerlərindən türklər öz bayraqları və mədəniyyətlərini təbliğ edən geyim formaları ilə tədbirə qatılmışdılar. Yeməklərin hazırlanması, gecələmək üçün qurulan alaçıqlar, ümumiyyətlə hər bir şey qədim türk həyat tərzini xatırladırdı. Azərbaycan qurultayda 10-a yaxın nümayəndə heyəti ilə təmsil olunub.

 

Azərbaycan qurultayda ən yüksək səviyyədə iştirak edirdi. İctimai təşkilatlar, millət vəkili və jurnalistlər səviyyəsindəki qatılım qurultay iştirakçısı olan Saxa, Yakut, Tuva, Kalmık, Ahıska, Qırğız və s. türklərin böyük marağına səbəb olmuşdu. Üç gün davam edən qurultayda bütün türk xalqları nümayəndələri çıxış edərək milli problemlərini səsləndirdilər və Türk Dünyasına çağırışlarını oxudular. Sonuncu gün Türk Xalqları assambleyasının rəhbərliyi və müvafiq qurumların tərkibi seçilərək qurultay yekunlaşdı”. 

Qeyd edək ki, qurultayda Azərbaycanı Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, AMEA-nın alimi, elmlər doktoru Babək Abuşov, ATXƏM-in icraçı direktoru, şair İlqar ilkin, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və digərləri təmsil edib.



Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!