40 gündür Səni axtarırıq .....                        Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir .....                        Gürcüstandan Almaniyaya etiraz .....                        Millimiz Estoniyada məğlub oldu .....                        Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ .....                        Zelenski Şoltsla bir arada .....                        Pre-COP29 konfransına yekun vuruldu .....                        Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO .....                        Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL .....                       
Tarix : 26-01-2022, 12:59
Sarkisyanın istefasında iki əsas detal - Rusiyadan ÖZƏL ŞƏR

Yanvarın 23-də axşam saatlarında Ermənistan Prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib. O, qərarını Prezident postunun Ermənistanın daxili və xarici siyasətinə təsir alətlərinin olmaması ilə izah edib. Sarksiyanın gözlənilməz istefası ilə bağlı müxtəlif versiyalar irəli sürülür, hesab olunur ki, erməni prezident baş nazir Nikol Paşinyanın təzyiqlərindən qurtulmaq üçün istefaya getməyə məcbur olub. Digər iddiaya görə, o siyasi meydandan uzaqlaşaraq biznes fəaliyyətini davam etdirmək məqsədilə siyasi rəhbərlikdən gedir. Bəs, Rusiyada Armen Sarkisyanın istefası barədə nə düşünürlər?

Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov açıqlamasında bildirib ki, A.Sarkisyanı istefaya sövq edən məsələlər əvvəlcədən planlaşdırılıb:

“Ermənistan Prezidenti Armen Sarkisyan xarici siyasət işində, xüsusən də Ermənistana xarici sərmayələrin cəlb edilməsi məsələlərində fəal iştirak edib. Amma Armen Sarkisyanı istefaya sövq edən məsələlər əvvəlcədən planlaşdırılıb. Bununla bağlı ən azı iki versiya var.

Birincisi budur ki, Nikol Paşinyanın komandası prezidenti dəyişməkdə maraqlı ola bilər. İkinci məsələ isə Armen Sarkisyanın özünün rəsmi İrəvanın yaxın vaxtlarda qəbul edəcəyi müəyyən qərarlarla əlaqələndirilmək istəməməsi ola bilər. Birinci versiyanı Sarkisyanın bəyanatındakı bəzi tezislərlə göstərmək olar ki, bu da ona təzyiq eyhamları kimi başa düşülür. Məsələn, “prezidentin imkanları müxtəlif siyasi qruplar tərəfindən onlar üçün təhlükə kimi qəbul edilir” ifadəsi hər şeyi sübut edir. Bundan əlavə, əgər Armen Sarkisyanın Ermənistandan kənarda olması ilə bağlı xəbərlər

həqiqətən də təsdiqlənərsə, (bunu ölkə parlamentinin deputatı qeyd edib-red) bu o, deməkdir ki, prezidentin Ermənistanın hüdudlarından kənarda qalması istəyi var”.

Rusiyalı politoloq, həmçinin qeyd edib ki, baş nazir Nikol Paşinyanın komandası üçün ölkədə etiraz fəallığının hələ nəzərəçarpacaq dərəcədə artmadığı indiki mərhələdə prezident dəyişikliyinə nail olmaq həqiqətən də faydalı oldu.

“Düzdür, Ermənistan prezidenti ümumxalq seçkilərində deyil, Milli Məclis tərəfindən seçilir, hətta onun səlahiyyətləri çox məhduddur. Lakin biz başqa ölkələrin təcrübəsindən bilirik ki, siyasi fəallığın yüksəliş mərhələsində hətta hakimiyyətin nüfuzlu olmayan şəxslərinə qarşı hərəkətlər etirazların artmasına səbəb ola bilər. Bu mənada Ermənistanın hazırkı baş naziri və onun komandası üçün ölkədə vəziyyətin nisbətən sakit olduğu bir vaxtda prezident dəyişikliyinə nail olmaq obyektiv baxımdan faydalıdır. Digər tərəfdən, Armen Sarkisyanın istefası yaxın aylarda veriləcək müəyyən qərarlardan uzaqlaşmaq niyyəti ola bilər.

Xatırladaq ki, 2020-ci ilin noyabrında o, üçtərəfli atəşkəs bəyanatını mətbuatdan öyrəndiyini qeyd etmişdi. Unutmayaq ki, Ermənistan Konstitusiyasının 132-ci maddəsinə uyğun olaraq, məhz prezident (hökumətin təklifi ilə də olsa) beynəlxalq müqavilələr bağlaya bilər. Bəlkə də o, belə sənədlərdən biri ilə bağlı uzaqlaşmaq istəyib. Həmçinin, istisna etmək olmaz ki, Ermənistanın səlahiyyət müddəti başa çatan prezidenti İrəvanla Moskva arasında gələcəkdə əldə oluna biləcək hər hansı razılaşmada rol almaq istəməyib.

Hər halda qeyd edək ki, Armen Sarkisyan həm istefa ilə bağlı açıqladığı bəyanatda, həm də “Sky News Arabia” telekanalına müsahibəsində İrəvan üçün mühüm qərarlar qəbul edərkən erməni diasporunun rolunun nəzərə alınmasının vacibliyini vurğulayıb. Ola bilsin ki, o, vəzifədən gedəndən sonra gələcəyini diasporadakı nüfuzlu şəxslərlə qarşılıqlı əlaqə ilə bağlayır. Həmçinin, onun istefası ərəfəsində aktiv xarici siyasət fəaliyyətini nəzərə alsaq, böyük ehtimalla biz onun vəzifədən getdikdən sonra da ictimai fəaliyyətini müşahidə edəcəyik. Digər bir məsələ də səhhətində problemin olmasıdır”, - deyə rusiyalı politoloq Armen Sarkisyanın istefası ilə bağlı prosesləri şərh edib.

Bütöv.az


Paylaş



Bölmə: Turan / Dünya / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!