“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Layihəsinə start verildi:Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, “Tarixinə sahib çıx” tarixi abidələrimizin gənc nəsil arasında eləcə də xaricdə tanıdılması və təbliği” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin tarixi-mədəni irsin qorunub saxlanması problemlərinə cəlb edilməsi, onların tarixi və milli kimliyinin formalaşması, tarixi-mənəvi mənsubiyyət hissinin inkişafı, xaricdə Azərbaycanın tarixi abidələrinin, qədim özkeçmişinin təbliği, tanıdılmasıdır.
Addım atdığımız hər qarış torpaqda ulu əcdadlarımızın bir xatirəsi yatır. Bu xatirələr gənc nəslin diqqətinə düzgün formada çatdırılmalıdır. Bu onlarda həm Vətənə məhəbbəti artırar, həm də milli kimliyə sahib çıxmalarına, onu xaricdə düzgün təbliğ etmələrinə, dostla, düşmənlə disskusiyalarda doğru fikir söyləmələrinə yardım etmiş olar.
Təşkilat layihə çərçivəsində 22 fevral 2022-ci il tarixdə Bakı şəhərində yerləşən 313 saylı tam orta məktəbdə tarixi abidələrimizin tanıdılması, sevilməsi, mühafizəsi istiqamətində tədbir keçirdi. Tədbir Azərbaycan respublikasının Dövlət himninin oxunması ilə başlandı. I və II Qarabağ döyüşlərində şəhid olanların xatirəsi sükutla anıldıqdan sonra məktəbin direktoru Zakir Bayramov tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin gənc nəsil üçün əhəmiyyəti haqqında danışdı. O belə tədbirlərdə gənc nəsli daha da fəal iştirak etməyə dəvət etdi.
Təşkilatın sədri, məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında ətraflı məlumat verdi. Tədbirə məktəbin VIII sinif şagirdləri çox yaxşı hazırlaşmışdılar. Onlardan - 8a sinifi şagirdi Quliyeva Ayişə - Şirvanşahlar saray kompleksi, 8b sinifi şagirdi Vəzirova Əsli - Atəşgah məbədi, 8c sinif şagirdi Mehdiyeva Nigarə Ramana qalası, 8ç sinif şagirdi Əliyev Uğur - Abşeron abidələri, 8d sinif şagirdi Quliyeva Röya - Qız qalası, 8e sinif şagirdi Mehdizadə Solmaz - Qobustan haqqında slayd təqdimat və 8ç sinif şagirdləri Abdurahmanlı Vüsat, Pənahalıyeva Nurican, Ağayeva Dilşad, Nurullazadə Fidan və Adgözəlov Çingiz video təqdimat hazırlamışdılar.
Tədbirin sonunda çıxış edən tarix üzrə fəlsəfə doktoru, ADPU Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasınin müəllimi Sevil Bəhrəmova və tarix üzrə fəlsəfə doktoru Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, dosent İdris Əliyev Bakinskiy şagirdlərin çıxışlarından çox razı qaldıqlarını bildirdilər. Təbii ki, onlara öz tövsiyyərini də verdilər. Sonda tədbirdə fəal iştirak edən şagirdlərə diplomlar təqdim olundu. Ümumilikdə belə daha 5 tədbirin keçirilməsi nəzərdə tutulur.