20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 25-02-2022, 23:05
Akif Rüstəmov yazır: "Əsrin cinayəti: Xocalı soyqırımı"


Xocalı -30

Əsrin cinayəti: Xocalı soyqırımı
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Əsrin cinayəti olan Xocalı soyqırımından 30 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecədə Xocalıda baş verənlər hər bir azərbaycanlının yaddaşına həkk olunub.
Ermənilərin xalqımıza qarşı törətdikləri bu cinayət dinc əhaliyə qarşı məqsədyönlü şəkildə aparılmışdır. Ermənistanın keçmiş prezidenti, əli xalqımızın qanına batmış Serj Sarkisyan 2000-ci ildə Xocalı hadisələri bərədə suala cavab verərkən demişdi: ”Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”. Düşmənin bu vəhşiliyini 44 günlük Qarabağ müharibəsində də gördük.
Xocalı soyqırımını Xankəndində olan Rusiyanın 366-cı motoatıcı alayı həyata keçirib. Onu da bildirim ki, bu alayda xidmət edənlərin 80-85 faizi ermənilər idi. İki “qardaş”, erməni və rus birləşib bu soyqırımı həyata keçiriblər. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazır ki, Xocalıda azərbaycanlıların qətlinin bizimlə hec bir əlaqəsi yoxdu. Bunu Rusiya ordusunun 366-cı motoatıcı alayı törədib. Onu da qeyd edim ki, rusun qorxusundan yazını tələsik silib.
N.Paşinyanın bu həyasızlığına erməni yazıçısının cavabı çox çəkmədi. Yazıçı Anna Payatyan etiraf edir ki, Xocalı soyqırımı olub və bunun üçün quldurlar cavab verməlidirlər. O,quldur deyəndə
Sarkisyanı, Koçaryanı,Ter-Petrosyanı nəzərdə tutur və onları uşaq və qadınların qatili adlandırır. Hətta, Xocalıda, ümumiyyətlə Qarabağda azərbaycanlılara qarşı törədilən vəhşiliklərə görə bir erməni olduğu üçün utandığını deyir.
Xocalı soyaqırımı nəticəsində 63-ü uşaq, 106–sı qadın, 70-i qoca olmaqla 613 nəfər sakin qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib,25 uşaq hər iki valideynini itirib.
“Xocalı genosidi yoxdur” deyən Rusiya Dövlət Dumasının ermənipərəst mövqeyi ilə seçilən deputatı Konstantin Zatulini də başa düşmək olar. O, ermənilərin pulu ilə deputat seçilib və yumşaq kreslosundan ayrılmaq fikri yoxdu.
Çox təssüf ki, erməni vəhşiliyindən nəticə çıxarmayan bəzi insanlar başımıza gətirilən faciələri unutdurmağa çalışırlar. Biri deyir Azərbaycanda Ermənistana düşmən kimi təbliğata son qoyulsa daha gözəl olar, bir başqası isə gəncləri erməniyə düşmən kimi tərbiyə etməməyi lazım bilir. Belə “humanistlər”ə xatırlatmaq istəyirəm ki, 31 Mart soyqırımı barədə bir kəlmə də eşitməmişdim. Çünki onu xalqa unutdurmuşdular. Unutqanlıq bütün bəlalarımızın səbəbkarıdır. Əvəzinə erməni ilə bizi “dost”eləmişdilər. Yetmiş ildən sonra bu “dostluğun” nəticəsini gördük. Sözün qısası,ermənilərin xalqımıza vurduğu yaraların qərtməyi hələ sağalmayıb, ola bilsin nə vaxtsa münasibətlər qurulacaq, amma indi bu barədə danışmaq tezdir, şəhidlərin ruhu bizi bağışlamaz. Birdə ki, erməni bizi özünə düşmən bilir. Məsələn, Qarabağ separatçılarının nümayəndəsi M.Akopyan
düşmənçiliyini gizlətmir. 0, 44 günlük müharibədəki tarixi qələbəmizdən az sonra özünün “Facebook”səhifəsində yazıb:”Biz ağlamamalı və alçalmamalıyıq, düşmənlə bir yerdə yaşamağa və “bir damın altında dinc bir həyata” heç vaxt icazə verməməliyik Türklər və azərbaycanlılar bizim qəti düşmənlərimizdir və biz hər zaman müqavimət göstərməyə hazır olmalıyıq...yeganə vətəni xilas etmək üçün birləşməliyik”.
Bəli, Akopyan tək deyil, onun kimi düşünənlər çoxdur. Bu xalq həqiqəti inkar etməyi xoşlayır. Yeri gəlmişkən, sosial şəbəkələrdə bizimlə mehriban qonşuluq münasibətlərinin qurulmasını istəyən ermənilərin ara-sıra yazılarına rast gəlmək mümkündür. İnanmaq çox çətindir. Ona görə ki, bu millət xəstədir, torpaq xəstəsidir.
Türkmənçay müqaviləsinin hazırlanmasında yaxından iştirak edən, Aleksandr Sergeyeviç Qribayedov Rusiya çarına ünvanladığı məktubda yazırdı: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına izn verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim dədə-baba torpaqlarımızdır”.
Erməni faşizminin iç üzünü açan bəzi faktlara müraciət edək:
Qarabağ hadisələrinin iştirakçısı, erməni terrorçularının ideoloqlarından biri Zori Balayanın “Ruhumuzun dirçəlişi”, Livan ermənisi David Xeyriyanın “Xaç naminə”adlı kitablarında fəxrlə təsvir etdikləri insanlığa sığmayan, ürək dağlayan hadisələr bir daha erməni faşistlərinin vəhşiliklərindən xəbər verir.
Viktoriya Uvelovoy-rus jurnalisti - Ermənilər hamilə qadının qarnını yararaq körpəni ordan götürüb yerinə pişik qoyub tikdilər.
V.Bellax -“İzvestiya”qəzetinin müxbiri: Ağdama dayanmadan meyitlər gətirilirdi.Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi.
V.Savelyev – Xocalı soyqırımında iştirak edən hərbi hissənin kəşfiyyat şöbəsinin rəisi: Mən bütün bunları yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keşmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi.Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat idarəsinin generallarına göndərdim
Oxuyun, dedim! Biz rusların zabit şərəfi görün necə ləkələndi.
“Moskovskiy komsomolets” – Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın -buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar...Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə o qadər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı...
Faktların sayını artırmaq da olar.Onsuz da hər şey aydındır. Baxmayaraq ki, dünyanın 40-dan çox ölkəsində “Xocalıya ədalət” kampaniyası keçirilib,18 ölkə bu faciəni soyqırım kimi taniyıb,Avropa İttifaqı hələ də mövqe bildirməyib.
Mən inanıram, ikinci Qarabağ müharibəsində düşmən üzərində qələbə çalaraq tarix yazan Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında üçrəngli bayrağımızı Xocalıda dalğalandıracaq.

Redaksiyanın zəruri qeydi: Xocalıda azı 3813 nəfər qətlə yetirilib. Onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
...Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. O zaman Xocalıda 8 min yerli əhali olub, 2 min nəfər də Ermənistandan qovulanlardan pənah gətirib. İndi deyə bilən varmı 10 min əhali hardadır?! Düşmənin dezinformasiya təxribatı burda da işləyib.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi:”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir”.
Belə məlum oldu ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min nəfərdən xəbər-ətər yoxdur…


Tamxil ZİYƏDDİNOĞLU
“Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri


Paylaş



Bölmə: Turan / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!