Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 15-09-2015, 15:48
 Salyanda Türk  Şəhidliyi ziyarət olunub

Sentyabrın 14-də Salyandakı Türk Şəhidliyində rayonun bir qrup ziyalısı və siyasi partiya təmsilçiləri Anadolu əsgərinin xatirəsini anıblar. Ziyarətçilər 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycana köməyi və Anadolu türkünə olan vəfa borcu haqda fikirlərini də bölüşüblər.
 Salyanda Türk  Şəhidliyi ziyarət olunub

Giriş sözü ilə çıxış edən Ümid Partiyasının sədr müavini Rüfət Muradlı Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana qardaş köməyinə gələn Anadolu əsgərinin qarşısında Azərbaycan türklərinin hər zaman vəfa borcunun olmasına işarə edərək həmin ordunun bir bölüyünün Ramazan Paşanın başçılığı ilə Salyanı azad etməsi haqda ziyarətçilərə məlumat verib. Daha sonra bu unudulmaz hadisə haqda tarix müəllimi Bikəxanım Əhmədova çıxış edib.
 Salyanda Türk  Şəhidliyi ziyarət olunub

 Salyanda Türk  Şəhidliyi ziyarət olunub

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə öz çıxışında Salyanın Türk Dünyası üçün önəminə işarə edərək Anadolu əsgərinə sayğının vacib olmasını vurğulayıb. Salyan ruhanilərindən Hacı Mirəşrəf və Hacı Səlim 1918-ci ildə Salyan uğrunda gedən döyüşlərdə Salyan ruhanilərinin Türk qoşunu ilə çiyin-çiyinə daşnak bolşevik birləşmələrinə qarşı qəhrəmanlıqlarından bəhs edərək şəhidlərin ruhuna fatihə oxuyublar.

Müsavat Partiyasının məclis üzvləri Valeh Hümmətoğlu və Mirzağa Axundun Qafqaz İslam Ordusu əsgərlərinin qəhrəmanlıqları haqda çıxışları da diqqətlə qarşılanıb.
 Salyanda Türk  Şəhidliyi ziyarət olunub

Ziyarətdə həmçinin Azərbaycan Milli İstiqlal və Klassik Xalq Cəbhəsi Partiyalarının təmsilçiləri də iştirak ediblər.

Ziyarət iştirakçıları sonra Türkçülük düşüncəsinin banisi Əli bəy Hüseynzadənin Salyanın mərkəzindəki adidəsini də ziyarət ediblər.



Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!