15-08-2022, 17:41
Türkiyə rəsmiləri “F-16” almaq üçün ABŞ-a gedib
Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti “F16” qırıcılarının tədarükü və modernləşdirilməsinə dair danışıqları davam etdirmək məqsədilə ABŞ-a səfər edib. Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Qeyd edilib ki, iki ölkənin hərbi-texniki heyətləri 2021-ci ilin fevral, 2022-ci ilin mart aylarındakı görüşlər daxil olmaqla, üç dəfə Türkiyədə görüşüblər.
15-08-2022, 15:18
Bildiyimiz kimi, qardaş Türkiyəmizdə Trabzonun fəthi hər il təntənə ilə qeyd olunur.
Bü münasibətlə Trabzonda yüksək səviyyəli rəsmi tədbirlər, yürüş və ziyarətlər həyata keçirilir. Bu il də Trabzonun fəthinin 561-ci ildönümü TÜRKAV tərəfindən böyük coşqu ilə qeyd olundu. Belə ki, ənənəvi olaraq hər il 15 avqust tarixindən əvvəlki cümə günü düzənlənən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbir bu il avqustun 12-sinə təsadüf etdiyi üçün həmin gün Trabzonun Kadırğa yaylasında TÜRKAV tərəfindən yürüş təşkil olundu. Mehteran ( Yeniçəri Türk əsgəri) dəstələrinin müşayiəti ilə iştirakçılar tədbirin keçiriləcəyi məkana gəldilər. Tədbiri giriş sözü ilə açan TÜRKAV rəhbəri, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Trabzon təmsilçisi Kenan Kuru belə bir önəmli tarixi gündə tədbirə qatılan hər bir kəsə minnətdarlığını bildirərək göstərdikləri duyarlılıq üçün təşəkkür etdi. TÜRKAV rəhbəri qeyd etdi ki, bu gün tarixin gerçəkliyini günümüzə daşımaq önəmli yer tutmakdadır. Birliyimiz tarixdə olduğu kimi, bu əsrdə də Türk millətini birləşdirən iradənin adını ifadə edir. Türk dövlətləri, eləcə də Türk milliyətçiləri Türk dünyasındakı müstəqillik və azadlıqları uzun müddətdən bəri arzu etməkdə idilər. Qazi Mustafa Kamal ATATÜRKün Türk dünyası hakkında işarət etdyi məqamlar Türkiyədə və Türk dünyasında reallaşmaqdadır. 2021-ci ilin noyabr ayında Türkiyənin Cümhur başqanı R.T.Erdoğanın dəvətiylə müstəqil Türk cümhuriyyətləri İstanbulda toplanmış, Türkcə Danışan Dövlətlər Birliyinin adını dəyişərək Türk Dövlətləri Birliyi adlandırmış, məqsədi ulu Turan olan böyük bir Türk birliyini formalaşdırmışlar.
Türk dünyasının siyasi, mədəni, elmi, sosial və digər sahələrdə birliyini daha da gücləndirmək, Türk milli mənəviyyat və xarakterini bir bütöv halında gələcəyə ötürmək məqsədilə görülən işlər sırasında TÜRKAVın gördüyü işlərin, o cümlədən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbirlərin də xüsusi əhəmiyyəti olduğunu vurğulayan Kenan Kuru tədbirdə iştirak edən dövlət rəsmilərinə, bələdiyyə rəhbərləri, elm, sənət adamlarına və bütün iştirakçılara təkrar minnətdarlığını bildirdi, bu həmrəyliyin Türk dünyasının gələcəyi baxımdan çox böyük önəm daşıdığını vurğuladı.
Daha sonra Trabzonun quruluşundan bu günə qədərki önəmli tarixlərə diqqəti yönəldən Kenan bəy Türk tarixində çox böyük rol oynayan Fatih Sultan Mehmetin bilinməyən yollarla, ən ağır şərtlərdə Trabzona daxil olduğunu, gördüyü işlərə və xidmətlərinə görə hər zaman minnət duyulan şəxslərdən biri kimi xatırlandığını, daim rəhmətlə anıldığını bildirdi. Trabzon tarixindəki 8 dövrdən ən önəmlilərinin Trabzonun Sultan Mehmet tərəfindən fəthi və Cünhuriyyətin qurulmasından sonrakı dövr olduğunu deyən TÜRKAV rəhbəri ürəyində Vətən duyğusu, Türklük şüuru, millət sevgisi, Şəhidə minnət, Qaziyə hörmət, əcdada vəfa kimi dəyərləri yaşadan hər bir kəsin Türk tarixində rolu olan insanları hörmətlə yad etməli olduğunu vurğuladı. Kadırğadakı açıq hava məbədinin Türkiyədə xüsusi iz buraxdığını qeyd edən Kənan bəy bu məbədi yaradanlara və açıq hava ziyarətini gerçəkləşdirən hər bir kəsə minnətdarlıq etdiyini bildirdi.
O, haqlı olaraq qeyd etdi ki, Türk milliyətçiliyində insana sevgi, əcdada bağlılıq, tarix və dövlətçilik ənənələrində şərəfli mövqeyini mühafizə etmək gücü vardır. Elə 1461-ci ildə fəth olunan Trabzonda Kabaktepe, Harmantepe və digər şəhidliklərdə uyuyan türk qəhrəmanlarının hər zaman anılması da milli şüur və təfəkkürlə əlaqədardır. Türk tarix və əsalətində Bilgə Kağan öyüdü, Dədə Qorqud nəsihəti, Yunis İmrə sevgisi, Fatih Sultan Mehmet uzaqgörənliyi, Atatürk öndərliyi, Bağbuğ çağırışı, liderin yolgöstərənliyi vardır. Türk dövlətlərinin dünyanın lider dövlətləri sırasına çıxması yönündə TÜRKAV da öz fəaliyyətini genişləndirməkdədir.
15 avqust 2022-ci il tarixində qeyd olunacaq fəthin bəxtiyarlığı içindəyik. Trabzon Valiliyinin öncülüyündə ilk dəfə 15 Avqustda fəth gününü qeyd edəcəyik.
Belə bir önəmli gündə Vətəni Vətən edən şəhidlərimizi, tariximizdə xüsusi yer tutan şəxsiyyətlərimizi bir daha rəhmətlə anır, ruhlarının şad olmasını təmənna edirik.
Rasafil Bayramov
ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri,
ATA tv və İctimai Xəbər Agentliyinin baş direktoru,
Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, ATXQ İB-nin həmsədri, İctimai Xəbər Agentliyinin direktoru
11-08-2022, 21:33
Çavuşoğlu Ermənistanı səmimi olmağa çağırdı"Ermənistanla normallaşma prosesində bəzi addımlar atılıb". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparılır. "Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hamının addım atması lazımdır”, - deyə nazir qeyd edib. Türkiyə XİN başçısı Ermənistanı prosesdən yayınmamağa, səmimi olmağa çağırıb.
10-08-2022, 21:41
İraqda 5 terrorçu zərərsizləşdirildi Türkiyə ordusu daha 5 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İraqın şimalında terrorçulara ağır zərbə endirilib. Nazirlik bölgədə əməliyyatın davam etdiyini vurğulayıb.
9-08-2022, 20:05
Prezidentlər “Qisas” əməliyyatını müzakirə edəcəkTürkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək. Bu barədə "Haber Global" məlumat yayıb. Prezidentlərin görüşündə Ermənistanın Qarabağda törətdiyi son təxribatlar, Azərbaycan Ordusunun buna cavab olaraq həyata keçirdiyi “Qisas” əməliyyatı barədə müzakirələrin aparılması gözlənilir. Bundan əlavə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.
8-08-2022, 21:28
Suriyada terrorçuların son bölgələrini təmizləyəcəyik - ƏrdoğanSuriyada terrorçuların olduğu son bölgələr də yaxın vaxtlarda Türkiyə tərəfindən təmizlənəcək.
Butov.az xəbər verir ki, bunu Ankarada səfirlər qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Terrora qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Cənub sərhədləri boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaq qərarımız dəyişməz olaraq qalır. Ümid edirəm ki, yaxın vaxtlarda Suriyada terror təşkilatının gizləndiyi son ərazini də təmizləyəcəyik və təhlükəsizlik kəmərinin halqalarını birləşdirəcəyik”, - deyə Ərdoğan qeyd edib. İyunun 1-də Madriddə NATO sammitindən qayıtdıqdan sonra Ərdoğan bildirib ki, Türkiyə hər an Suriyanın şimalında yeni yeni hərbi əməliyyata başlamağa hazırdır. O, əməliyyatın əsas məqsədinin 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatından sonra yaradılmış təhlükəsizlik zonasını genişləndirmək olduğunu bildirib. Ərdoğan sözlərinə görə, ABŞ və Rusiya sərhəd bölgəsində belə bir təhlükəsiz zona yaratmaq öhdəliyini yerinə yetirmədiyi üçün Türkiyə Suriyanın şimalında milləti və yerli əhalinin müdafiəsi üçün əməliyyat keçirməyə hazırdır.
8-08-2022, 21:02
“Qarabağ zəfəri Türk dünyasının özünə güvənini artırıb” - Çavuşoğlu“Azərbaycanla qardaşlıq bağlarımız müstəsna rol oynayır". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı deyib. XİN başçısı qeyd edib ki, 2020-ci ildə Türkiyə xalqı Azərbaycana dəstək olub. “Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Türk dövlətlərinin 30 illik müstəqilliyi dövründə ən vacib hadisə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağ zəfəridir. Bu zəfərdən sonra Türk dünyasının özünə güvəni daha da artıb", - deyə türkiyəli nazir bildirib. Çavuşoğlu onu da vurğulayıb ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiya şəklində davam edir. Onun sözlərinə görə, normallaşma prosesi sadəcə sözdə deyil, həm də əməldə inkişaf etməlidir.
6-08-2022, 14:45
Ərdoğandan Qarabağdakı son vəziyyət barədə - Açıqlamaİki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.
“Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - dövlət başçısı vurğulayıb.
6-08-2022, 11:58
Hərbçilərimiz Türkiyədə "Xüsusi təyinatlı kursu"nu bitirdilərAzərbaycan ilə Türkiyə arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.
Müdafiə Nazirliyindən
Butov.az-a verilən məlumata görə, kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib. Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.
5-08-2022, 16:05
Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldiBeynəlxalq Ordu Oyunları-2022 yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti avqustun 5-də ölkəmizə gəliblər.
Bu barədə
Butov.az-a Müdafiə Nazirliyindən məlumat verilib.