Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 21-12-2018, 07:11
Yunanıstan və Makedoniyanın Baş nazirlərinin Nobel Sülh Mükafatına namizədlikləri irəli sürülüb
Yunanıstanın və Makedoniyanın Baş nazirləri Aleksis Tsipras və Zoran Zaev 2019-cu il Nobel Sülh Mükafatına namizədlər sırasındadırlar. Baş nazirlərin namizədliklərini 2015-ci ildə Nobel Sülh Mükafatı laureatı olan tunisli Uided Buşamaui irəli sürüb. U.Buşamaui bildirib ki, dünya və xüsusilə Avropanın yaxşı xəbərlərə ehtiyacı var. Makedoniyanın adının dəyişdirilməsi prosesi münaqişələrdə həll yollarının tapılmasının mümkün olduğunu nümayiş etdirib.
Qeyd edək ki, iyun ayında Yunanıstan hökuməti Makedoniya hökuməti ilə sonuncunun adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi ilə bağlı saziş imzalayıb. Bununla bağlı Makedoniyada keçirilən referendumda fəallıq 36,91 faiz təşkil etdiyinə görə səsvermə etibarsız sayıldı. Referendumda iştirak edənlərin əksəriyyəti sazişin lehinə səs verib. Oktyabr ayında Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini dəstəkləyib. Bununla da ölkənin NATO və Avropa İttifaqına daxil olması üçün münbit şərait yaranıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!