Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 23-06-2016, 17:42
Kemeron Avropa İttifaqında qalmağa lehinə səs verib


Birləşmiş Krallığın Baş naziri Devid Kemeron ölkəsinin Avropa İttifaqında üzvlüyünə dair referendumda iştirak edib və “Brexit”in əleyhinə səs verib.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, baş nazir Londonun mərkəzindəki seçki məntəqəsinə həyat yoldaşı Samanta ilə birgə gəlib.

Avropa İttifaqı ilə münasibətlərə dair plebisitin təşkili ideyası məhz Kemerona məxsusdur. 2013-cü ildə parlament seçkilərinin təbliğat kampaniyasında siyasətçi bu mövzuda referendumun keçirilməsi barədə riskli vəd vermişdi.

Yaranmış vəziyyətdə təzadlı məqam ondan ibarətdir ki, Kemeronun özü Avropa İttifaqı ilə münasibətlərin kəsilməsinin əleyhinədir.

Fevralın 18-19-da keçirilən Avropa sammitinin nəticəsində o, Brüssellə krallığın Aİ-də üzvlüyünün xüsusi şərtlərinə dair saziş imzalayıb. Bu saziş Britaniya parlamentinə daha artıq suverenlik, funt-sterlinqin müdafiəsini, həmçinin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini ehtiva edir.

Baş nazirin fikrincə, Avropa İttifaqında üzvlüyə dair xüsusi şərtlər bu referendumda britaniyalı seçiciləri Aİ-dən çıxmağın əleyhinə səs verməyə inandıracaq.

Qeyd edək ki, səslərin hesablanması seçki məntəqələrinin bağlanmasının ardından – yerli vaxtla saat 22:00-dan etibarən başlayacaq. Referendumun ilkin nəticələri iyunun 24-nə keçən gecə, rəsmi nəticə isə həmin gün səhər saatlarında mərkəzi qərargahın yerləşdiyi Mançesterdə elan olunacaq.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!