Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 28-02-2019, 12:01
DYP məktəbdə maarifləndirici tədbir keçirib

Bu gün Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 244 nömrəli orta məktəbdə şagirdlər, məktəb kollektivi və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Butov.az xəbər verir ki, DİN-dən Azvision.az -a verilən məlumata görə, tədbirdə çıxış edən Şöbənin əməkdaşları bildiriblər ki, qarşıda duran əsas məqsədlərdən biri yol nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsini minimuma endirmək və azyaşlıları qəzalardan qorumaqdır. Son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.
Çıxış edənlər həmçinin diqqətə çatdırıblar ki, uşaqlar arasında piyada keçidlərindən istifadənin vacibliyi və yol hərəkəti qaydalarına düzgün riayət olunması geniş şəkildə təbliğ edilməlidir. Tədbir zamanı məktəblilər tərəfindən yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş etdirilib və aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu artıq Binəqədi rayonu ərazisində yol polisləri tərəfindən keçirilən 33-cü belə maarifləndirici tədbirdir. Dərs ilinin sonuna qədər digər məktəblərdə də analoji tədbirlərin keçirilməsi planlaşdırılır.


Paylaş



Bölmə: Xəbər / Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!