Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 6-03-2019, 09:03
Rusiyadakı dəhşətli qəzada həlak olan azərbaycanlılar- ADLAR
“Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus bu gün 4:30 radələrində qəzaya uğrayıb. Səhər saat 6:00-da Rusiya Daxili İşlər Nazirliyindən mənə zəng edilib. Mən də qubernatorla görüşərək qəza barədə ona məruzə etmişəm. Qəza baş verən yerdə 12 nümayəndəm iştirak edib. Azərbaycandan Moskvaya sərnişin aparan “Mercedes Vito” markalı mikroavtobusun içində 11 sərnişin olub. 6 nəfər dünyasını dəyişib. Qalanları isə yaralanıb”.
Butov.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Stavropol vilayəti üzrə “Azərbaycan Milli Mədəniyyət Mərkəzi Odlar yurdu” təşkilatının sədri Fəxrəddin Yanıyev deyib.
Onun sözlərinə görə, yaralılara ciddi dövlət dəstəyi var.
“Qubernator Səhiyyə Nazirliyinə ciddi tapşırıq verib. Hazırda araşdırma aparılır. Azərbaycan Diaspor Komitəsinə, Rusiyadakı səfirliyə hadisə barədə məlumat verilib”
Fəxrəddin Yanıyev dünyasını dəyişənlərin Azərbaycana gətirilməsindən də danışıb.
“Dünyasını dəyişənlərin və yaralıların bəzilərinin qohumları tapılıb. Dünyasını dəyişənlərin meyitlərinin Azərbaycana aparılması istiqamətində işlər davam edir”
Fəxrəddin Yanıyev azərbaycanlı sərnişinlərin şəxsiyyətinin müəyyənləşdiyi barədə də məlumat verib. Həlak olanlar aşağıdakı şəxslərdir:

- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Qeyd edək ki, ilkin məlumata görə, Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobusun Rusiyanın Stavrapol vilayətində qəzaya düşməsinə səbəb qarşıdan gələn “Zil” yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.
Mikroavtobusda Azərbaycan vətəndaşı olduqları ehtimal edilən 8 nəfər olub. Onlardan 4-ü hadisə yerində, 2-si isə xəstəxanaya aparılarkən keçinib. 3 nəfər xəstəxanaya yerləşdirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!