“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
Tarix : 29-11-2019, 09:28
Deputatlar DSMF-nin büdcəsini təsdiq etdilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub.
Qanun layihəsinə əsasən, 2020-ci ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 3 392 594 770 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370, qeyri-büdcə sektoru üzrə 1 985 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub. Sənəddə gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 426 914 030 manat götürülüb.
Fondun 2020-ci il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 4 684 678 800 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 4 570 078 800 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 114 600 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000, hamiləliyə və doğuşa görə 34 000 000, uşağın anadan olmasına görə 14 900 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000 manat, dəfn üçün 23 200 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33 900 000 manat proqnozlaşdırılıb.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!