Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 3-12-2019, 11:27
UNEC-də Universitetlərarası 1-ci Kitabxana Forumu keçirildi
UNEC-də təşkil olunan Universitetlərarası 1-ci Kitabxana Forumunda təhsil sistemində universitet kitabxanalarının funksionallığının artırılması, tələbələrə və tədqiqatçılara daha açıq və əlçatan olması, onların öz resurslarını və xidmətlərini ali təhsil müəssisələrinin tədqiqat və təhsil fəaliyyətinə inteqrasiya etməsi kimi bir sıra məsələlər müzakirə edilib.
Butov.az Trend-ə istinadən xəbər verir ki, kitabxana universitetin məlumat mərkəzi kimi açıq elm təşəbbüsünə yardım etməli, universitet alimlərinin tədqiqat nəticələrini, kontentini tam və keyfiyyətlə dünya məlumat və bilik məkanında nümayiş etdirməlidir. Elmi kommunikasiyanın mürəkkəbləşməsi və onun on-line rejimə keçməsi tədqiqatın bütün mərhələsində tədqiqatçılara kömək etməyi universitet kitabxanaları qarşısında əsas vəzifə kimi qoyur.
Kitabxanaların “anbar” modeli öz əhəmiyyətini sürətlə itirir. Çap olunmuş kitabların əsas məlumat mənbəyi rolunu itirməsi və bununla yanaşı, məlumat bolluğu təmin etmiş müasir texnologiyalar kitabxana məkanının təşkilində nəzərə alınmalıdır.
Universitet kitabxanalarının modernləşməsi və onların göstərdiyi xidmətlər spektrinin genişləndirilməsi vəzifəsi kitabxananın mövcud idarəetmə modelinin təkmilləşdirilməsini, eləcə də innovasiyaların genişləndirilməsini, istedadlı və peşəkar kadrların qorunması və cəlb edilməsini tələb edir.
Bütün bunlarla yanaşı, rektor həm də təklif edir:
1. Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyası yaradılsın.
2. Universitet kitabxanalarının elektron informasiya resursları birləşdirilsin və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanı yaradılsın. Bunun üçün isə ilk növbədə universitet kitabxanalarının elektron kataloqlarının vahid şəbəkəsi yaradılmalıdır.
3. Universitet kitabxanaları arasında kitab mübadiləsi sistemi qurulsun.
4. Universitet kitabxanalarının aldıqları yeni kitablar haqqında vahid məlumat mübadilə sistemi yaradılsın.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!