Ərdoğan İlham Əliyevi təbrik etdi .....                        Rusiyadan ABŞ görüşünə rəsmi reaksiya .....                        İtaliya tarixi razılaşmanı alqışlayır .....                        Ermənistan və Azərbaycan tarixlərində yeni bir fəsil açır .....                        Zəngəzur dəhlizindən son GÖRÜNTÜLƏR .....                        Bizə əvvəlcədən məlumat verilmişdi - Fidan Vaşinqton görüşündən danışdı .....                        Vaşinqton razılaşmalarının icrasını dəstəkləməyə hazırıq - ATƏT .....                        Ağ Evin rəmzi açarı hər liderə təqdim olunmur .....                        Evdən pul oğurlayıb yerinə saxta əskinaslar qoydu .....                       
Tarix : 27-12-2019, 09:26
İcbari Tibbi Sığorta Agentliyinin 3 filialı fəaliyyətə başladı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 3 filial fəaliyyətə başlayıb.
Butov.az xəbər verir ki, Agentlikdən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin dekabr ayından etibarən Mingəçevir, Gəncə və Quba filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər. Belə ki, Agentliyin Mingəçevir filialı Mingəçevir və Naftalan şəhərlərini, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Gəncə filialı Gəncə şəhərini, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarını, Quba filialı isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir. Filiallara rəhbərlik edəcək şəxslər də artıq təyin olunublar. Mingəçevir filialının rəhbəri vəzifəsini Yaşar Qocayev, Gəncə və Quba filiallarının rəhbərləri vəzifələrini isə müvafiq olaraq Azər Dəmirov və İsa Məmmədov icra edirlər.
Agentliyi bölgələrdə təmsil etməklə yanaşı, filiallar müvafiq qanunvericiliyə uyğun olaraq vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması, cavablandırılması işini təşkil edəcəklər.
Filiallar əhalinin sağlamlığının qorunması məqsədi ilə tədbirlər görəcəklər və icbari tibbi sığortanın təbliği istiqamətində maarifləndirmə işləri aparacaqlar. Həmçinin Agentliyə tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında dəstək olacaqlar. Habelə, filiallar tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər.
Qeyd olunmalıdır ki, 2020-ci il ərzində Agentliyin daha 8 filialının fəaliyyətə başlaması nəzərdə tutulub. Sözügedən filiallar Şamaxı, Göyçay, Şəki, Şirvan, Şəmkir, Ağcabədi, Cəlilabad və Lənkəranda fəaliyyət göstərəcəklər. Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!