"Qarabağ" məğlub oldu .....                        70 kq qızılla saxlanılan polkovnik-leytenantla bağlı qərar .....                        Hakimin qərarına əsəbiləşən Qurban Qurbanov planşeti sındırdı .....                        Mövqelərimiz atəşə tutulub .....                        Senator rekorda imza atdı: Trampa qarşı 25 saat 4 dəqiqəlik çıxış .....                        XİN mina qurbanlarının sayını açıqladı .....                        Cinsi zorakılığa məruz qalmış uşaqlarla bağlı yeni qərar .....                        Pezeşkian İlham Əliyevə məktub göndərdi .....                        Boykotçuları dəstəklədiyi üçün serialdan uzaqlaşdırıldı .....                       
Tarix : 12-04-2017, 10:21
İcbari tibbi sığortanın tədbiq olunduğu tibb müəssisələrində işçilərin əmək haqları artırılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində agentliyin tabeliyinə verilən tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” qaydalarını təsdiq edib.
Butov.az xəbər verir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən məlumata görə, bu qaydalar orta və kiçik tibb işçilərinin mövcud əmək haqlarına əlavələrin verilməsi qaydasını müəyyən edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orta və kiçik tibb işçilərinin Azərbaycan Prezidentinin sərəncamları, qərarları, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarla tənzimlənən mövcud əmək haqlarına əlavələrin məbləğini müəyyənləşdirib.
Qaydalara əsasən, Reanimasiya şöbəsinin (laborant vəzifəsində çalışan orta tibb işçiləri istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin (Əməliyyatxana bölməsində Əməliyyatxana texniki vəzifəsində çalışan orta tibbi işçiləri istisna olmaqla) orta tibb işçilərinin əmək haqları 200 manat artırılıb.
Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan orta tibb işçiləri istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya doğum, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi şöbələri, habelə Aptek bölməsi, Statistika bölməsində tibb statistiki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 150 manat yüksəldilib.
Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 120 manat artırılıb.
Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 80 manat, Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin əmək haqqı 850 manat artırılıb, habelə müdir vəzifəsi funksiyalarının icrasına görə bu məbləğin 15% həcmində əlavə artım tətbiq olunub.
Dövlət Agentliyindən bildirilib ki, əczaçı vəzifəsində çalışan orta tibb işçisi Nazirlər Kabinetinin qərarına əsasən 165 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində əczaçı vəzifəsində çalışan orta tibb işçinin əməkhaqqı 150 manat artırıldıqda onun maaşı 315 manat məbləğində olacaq.
Ailə Sağlamlıq Mərkəzi, Cərrahiyyə, Ginekologiya doğum, Fizioterapiya, Hemodializ, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Reanimasiya, Terapiya şöbələri, habelə Aptek bölməsinin kiçik tibb işçilərinin əmək haqları 80 manat, təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçilərinin əmək haqları 130 manat artırılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!