Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 15-08-2020, 21:42
Qənirə Paşayeva həkim-yazıçı ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün dünyada pandemiya hökm sürdüyü bir vaxtda koronavirusla mübarizədə fəal həkimlərimizdən biri olan, Prezident təqaüdçüsü Məlahət Hümmətqızının müraciəti əsasında onunla görüşüb, geniş fikir mübadiləsi aparılıb. Ölkəmizin keçdiyi çətin günlər, dövlət başçımızın COVİD-19 pandemiyası ilə mübarizədə gördüyü tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva cəmiyyətimizin Məlahət xanım kimi fədakar həkimlərimizin əməyini yüksək qiymətləndirdiyini də vurğulayıb. Məlahət Hümmətqızı həkim olmaqla bərabər, həm də bir neçə hekayə kitabının müəllifidir. Görüş zamanı imzalı kitablarını Qənirə xanıma hədiyyə edən Məlahət xanım kitablardakı hekayələrdən də bəhs edib. Millət vəkili fədakar həkim, yazıçı Məlahət Hümmətqızıya gördüyü işlərdən dolayı təşəkkür edib və gələcək fəaliyyətində uğurlar dilədiyini bildirib.
Nərdanə NURULU


Paylaş



Bölmə: Xəbər / Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!