Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 12-10-2020, 11:47
Polis sərnişin daşıma ilə məşğul olan şirkətlərə müraciət edib

Məlum olduğu kimi, “COVID-19” pandemiyasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınmışdır. Lakin son günlərdə gündəlik yoluxmada artımın müşahidə edilməsi yenidən ciddi narahatlığa səbəb olur.
Butov.az xəbər verir ki, Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirir ki,Bakı şəhər BPİ DYPİ sərnişin daşıma ilə məşğul olan şirkətlər, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək bildirir ki, mövcud vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejimi qaydalarına ciddi əməl edilməsi barədə tələblərə riayət edilsin. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin qaydalarına əməl edilməməsindən qaynaqlanır.
Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması, avtomobillərin dezinfeksiya edilməsi və nəfəs yollarını qoruyan tibbi maskalardan istifadə edilməsinin zəruriliyini nəzərə almalıdırlar. Özlərinin və sərnişinlərin virusa yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə ciddi əməl edilməsini tövsiyə edirik.
Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək.
Bir daha sürücülərə fəaliyyətlərini karantin qaydalarına uyğun yerinə yetirmələrini tövsiyə edirik.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!