Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 27-04-2022, 11:47
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb
Aprelin 26-da Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro şəhid jurnalistlərin yaxınları ilə görüşüb.

Butov.az "Report"-a istinadən xəbər verir ki, görüşdə şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun qardaşı Əsgər İbrahimov, Şirzad Abışov, Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli görüş iştirakçılarını xanım T.Ribeyroya təqdim edərək deyib: “Çox maraqlıdır ki, şəhid jurnalistlərin bu görüşdə iştirak edən yaxınları da məhz bu peşənin sahibləridir və onların şərəfli yolunu davam etdirirlər”.

“Dezinformasiyanın artması və onun media sahəsinə təsiri mövzusunda” ADA Universitetində keçirilən “dəyirmi masa” çərçivəsində baş tutan bu görüşdə “Report” İnformasiya Agentliyinin redaktoru Ə.İbrahimov Azərbaycanda söz və mətbuat azadlığından, media sahəsində qəbul olunun yeni qanunun əhəmiyyətindən söz açıb.


O, bir neçə azərbaycanlı jurnalistin erməni terrorunun qurbanı olduğunu xatırladaraq bu faktların dünya ictimaiyyətində Ermənistanın terrorçu dövlət olduğunu, onların dinc sakinləri, o cümlədən qələm sahiblərini həmişə hədəf seçdiklərini bildirib.

Xanım Tereza Ribeyro bu görüşün onda maraqlı təəssürat yaratdığını bildirib, münaqişə və müharibələr zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin hər zaman təhlükə ilə üzləşdiklərini vurğulayıb.

O, bu gün keçiriləcək “dəyirmi masa”nın mefia nümayəndələri üçün faydalı olacağını söyləyib: “Burada biz və Azərbaycanı mediasını maraqlandıran suallar müzakirə ediləcək. Ümidvaram ki, müzakirələr pozitiv olacaq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!