Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
Tarix : 29-06-2022, 12:33
“Qarabağın tarixi” mövzusunda müsabiqə elan edildi

Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib.

Butov.az xəbər verir ki, Nazirlikdən Modern.az-a verilən məlumata görə, mMüsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

Müsabiqənin qəbul şərtləri:

Azərbaycan Rvətəndaşları və Azərbaycanda daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər

Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər.

İştirakçının yaş məhdudiyyəti yoxdur.

Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)

Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır.

Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.

Tələb olunan sənədlər:

Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;

Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)

Sənədlərin qəbulu 1 iyul – 20 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) media@culture.gov.az poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.

Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az / www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.

Əlavə məlumat üçün:

Telefon: (012) 498-18-26;



Həftənin iş günləri saat 10:00-17:00-dək;



E-poçt: media@culture.gov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!