Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 6-07-2022, 16:14
MEK-də “Vikipediya” təlimlərini uğurla başa vuran növbəti qrupa diplomların təqdim olunması mərasimi keçirilib - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”ya cəlb olunan növbəti qrup təlimləri uğurla başa vurub.
MEK-dən Butov.az-a verilən məlumata görə, “Qorqud” Vikipediya Metodik Klubunun, eləcə də YAP Yasamal rayon təşkilatının tərəfdaşlığı ilə Mərkəzi Elmi Kitabxanada həyata keçirilən təlimlərə bu dəfə Bakı Dövlət Universitetinin Filologiya və Kitabxanaçılıq-İnformasiya fakültələrinin tələbələri qoşulub. Sözügedən təlimləri uğurla başa vuran tələbələrə, həmçinin MEK-in Elektron resurslar şöbəsinin bir qrup əməkdaşına diplomların və sertifikatların təqdim olunması mərasimi keçirilib.
Öncə tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək “Vikipediya”nın dəyərli bir mənbə olduğunu xatırladıb. Baş direktor bildirib ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsi informasiya savaşında da uğurlarımızı şərtləndirir. “Postmüharibə dövründə Azərbaycan haqqında informasiyanı dünyaya düzgün şəkildə çatdırmaq hər birimizin öhdəsinə düşən vətəndaş borcudur. Bu baxımdan burada təlim keçən “Vikipediya” könüllülərinin Azərbaycan bölməsində yaratdığı məqalələr, bununla da Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinə verdiyi töhfə çox dəyərlidir”- deyə baş direktor bildirib.
“Qorqud” Vikipediya Metodik Klubunun sədri, millət vəkili Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və MEK-in Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova çıxışları zamanı bütün dünyada insanların ilkin mənbə olaraq müraciət etdiyi vikipediyanın mövqeyinin daha da möhkəmləndiyini qeyd ediblər. Çıxışçılar bu informasiya resursunda Azərbaycan haqqında materialların zənginləşdirməyin vacib bir məsələ olduğunu da bildiriblər və tələbələrə bu çətin, lakin şərəfli yolda uğurlar arzulayıb.
Bildirilib ki, aprel ayından başlayan təlimlərdə iştirakçılar virtual ensiklopediyada məqalələrin yaradılması, redaktə edilməsi, digər dillərdən Azərbaycan dilinə məqalələrin tərcümə edilməsi və yerləşdirilməsi istiqamətində mühüm biliklər əldə ediblər. Layihə müddətində 100-ə yaxın məqalə yaradılıb və redaktə olunub.
Sonda təlimləri başa vuran iştirakçılar diplom və sertifikatlarla təltif ediliblər.





İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 (daxili 14-14)


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!