15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu .....                        Azərbaycanda distant təhsil tanınacaq .....                        İlham Əliyevdən 9 May paylaşımı .....                        Sumqayıtda iş yerində ölüm .....                        Yeni Roma Papası məlum oldu .....                        7 saatdan çox danışıqlar aparıblar .....                        Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI .....                        Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi .....                        Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb .....                       
Tarix : 6-07-2022, 17:06
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi - FOTOLAR

İyulun 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin iştirakı ilə cinayət təqibi zamanı prosessual məcburiyyət tədbirlərinin tətbiqi, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və cəzaların məqsədinə nail olunmasında prokurorluq orqanlarının qarşısında duran aktual vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib.

Butov.az xəbər verir ki, bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib.

Müşavirədə çıxış edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının əsas məqsədinin cəza siyasətinin humanistləşdirilməsinə yönəldiyini bildirməklə son dövrlər həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, bu baxımdan ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının müvəqqəti məhdudlaşdırmasında qanunların düzgün icrasının prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən biri olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması zamanı maddi və prosessual hüquqi əsasların mövcudluğunun yoxlanılmasının təmin edilməsinin, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı dövlət ittihamçılarının cinayət işinin hallarından irəli gələn təkliflərinin verilməsində təşəbbüskarlığın artırılmasının zərurililiyi vurğulanıb.

Müşavirədə məruzəçi qismində çıxış edən Baş prokurorunun böyük köməkçisi Mahir Abbasov, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev prosessual məcburiyyət tədbirlərinin tətbiqində prokuror nəzarətinin səmərəliliyinin daha da artırılması, cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakı institutunun təkmilləşdirilməsinə dair təkliflərini bildirib.

Əməliyyat müşavirəsində məruzələr ətrafında fikir mübadiləsi aparılmış, Baş prokurorun göstərişinə əsasən zəruri tədbirlərin görülməsi məqsədilə işçi qrupların yaradılmaqla qısa müddət ərzində konkret təkliflərin təqdim olunması qərara alınıb.





Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!