Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                        Məşhur türkiyəli futbolçu Azərbaycandan təklif alıb .....                        Nazirlikdə kadr dəyişkiliyi: direktoru yenisi əvəz etdi .....                        Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi .....                        Qar yağacaq - XƏBƏRDARLIQ .....                        Pezeşkian qubernatorlara əmr verdi: Ölənlərin ailələrilə görüşün! .....                        Rusiya Timoşenkonu beynəlxalq axtarışa verdi .....                       
Tarix : 13-07-2022, 16:40
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya olundu

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.
Butov.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən m əlumata görə, dövlətimiz müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya) və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirir: "Bu işdə səmərəliliyin yüksəldilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx əlaqələr qurulub, mütəmadi görüşlər keçirilərək danışıqlar aparılır. Qeyd edilən sahədə effektivliyin və operativliyin artırılması üçün yeni mexanizmlər tətbiq olunur, o cümlədən sənədlər elektron qaydada göndərilir. Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə, ədliyyə, o cümlədən penitensiar sahədə aparılan islahatların, xüsusilə məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılmasının nəticəsidir ki, qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər. Belə ki, təkcə ötən aylarda qəsdən sağlamlığa ağır zərər vurma, cinayətkar birlikdə iştirak etmə, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən bir sıra şəxslər Ədliyyə Nazirliyi tərəfindən Almaniya, Polşa, Türkiyə, İran və Ukraynadan ölkəmizə gətirilib".

O da bildirilib ki, bu günlərdə isə qanunsuz olaraq psixotrop maddələrinin dövriyyəsi ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Polşadan ölkəmizə təslim edilməsi təmin olunub. Həmçinin, insanların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən digər 2 şəxsin yerləri Şimali Makedoniyada və Polşada müəyyən edilərək ölkəmizə ekstradisiyasına nail olunub: "Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!