Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 25-03-2023, 23:33
Brüsseldə azərbaycanlıların İrana qarşı aksiyanın bəyanatı qəbul edildi


Brüsseldə azərbaycanlıların İrana qarşı aksiyanın bəyanatı qəbul edildi

Brüsseldə azərbaycanlıların İrana qarşı keçirdiyi “Azadlıq, Ədalət, Milli Hökumət Yürüşü”nün yekun bəyanatı və tələbləri ictimaiyyətə çatdırılıb. Bəyanatda deyilir: "Yüz ilə yaxındır ki, İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata keçiriblər. Bu yüz il ərzində İranda zülm altındakı xalqların sivilizasiya, tarixi sərvətlər, iqtisadiyyat, təbii sərvətlər, siyasi hüquqlar və bir sözlə varlığı talan edilmiş və onların hər hansı bir haqq hüquq tələbi uğrunda başlatdığı hərəkatları ən şiddətli şəkildə repressiyaya məruz qalmışdır. Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan Türk Millətinə və İranın digər Türk toplumlarına ən ağır təzyiqlər göstərmiş, hətta Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib çıxmışdır. Azərbaycan Türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı, lakin təəssüf ki, İslam Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə irqi faşizm də əlavə olundu. Məşrutə İnqilabından bu yana davamlı olaraq öz hüquqları uğrunda mübarizə aparan Azərbaycan Türk Milləti 1979-cu il inqilabında Vilayət-i-Fəqih sisteminə yox demiş, Məşrutiyyət anayasasının mütərəqqi Əyalət və Vilayət Əncümənləri qanunun həyata keçirilməsini tələb etsə də, rejimin cavabı güllə və repressiyadan başqa bir şey olmamışdır. Hazırda İslam Respublikası rejiminin iflas həddinə çatmışdır və hər cür böhranla qarşı-qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar aylardır rejimə qarşı üsyan ediblər. Son aylardakı etirazlarda Azərbaycan Türk Milləti və digər Türk toplumlar, Qaşqay Türklərindən tutmuş Tehran, Qəzvin, Zəncan və Təbrizə qədər yüzlərlə övladını bu cinayətkar rejimə qarşı mübarizə yolunda qurban veriblər. Bu gün İranda bütün məzlum xalqlar ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər. Səbəbsiz deyil ki, bu gün dünyanın gözü İran xalqlarındadır və dünya onların mübarizəsinə heyranlıqla baxıb onu yüksək qiymət verir. Hərçənd bu inqilabda da ayrı-seçkilik və ikili standard az deyildir. Xüsusən də mürtəce bir cərəyanın inhisarında olan xaricdəki farsdilli mediasının məzlum xalqlara xüsusən də Güney Azərbaycan Türk Millətinə qarşı ritorikası onların mübarizələrini boykot etməkdə və senzura tətbiq etməkdə rejim mediasından çox da fərqli siyasət götürmür. Son aylarda beynəlxalq sahədə, o cümlədən Türk Dövlətləri Təşkilatında Güney Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət adamı Prezident İlham Əliyev olmuşdur. Biz buradan prezident cənablarından təşəkkür edib minnətdarlığımızı bildiririk və möhtərəm prezidentdən Güney Azərbaycanın səsini daima əks etdirməsini, beynəlxalq sahələrdə haqqımızı müdafiə etməyə davam etməsini xahiş edirik. Bu gün Güney Azərbaycan şəhərlərinin küçələrində “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə həyatları bahasına hüquqlarını bağıran gənclərin səsi olmaq üçün buraya toplaşmışıq. Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq məqsədləri və tələbləri olsa da ancaq hər bir xalqın öz tələbləri vardır. Güney Azərbaycan Türklərinin başlıca tələblərinin bu bəyanat vasitəsilə elan edirik:
1- Biz bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməyə və İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağı tələb edirik.
2- Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi qırğın silahları əldə etmək cəhdlərini pisləyirik və bunu təkcə demokratik dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün potensial təhlükə hesab edirik. Ona görə də, biz dünya dövlətlərindən İran rejimi ilə razılaşma siyasəti aparmaqdan vazkeçib ciddi qabaqlayıcı tədbirlər görmələrini tələb edirik.
3- İran rejimi ölkədə dinc etirazlar zamanı minlərlə günahsız insanı həbs edib. Aksiya iştirakçılarına qarşı şiddətli repressiya sərgiləyib. Biz beynəlxalq ictimaiyyat və insan haqları təşkilatlardan İranda həbsdə olanların azad edilməsi üçün İran rejiminə qarşə təzyiq göstərməyi vəbu istiqamətdə lazimi atdımları aparmağı tələb edirik.
4- İran rejimi davamlı olaraq, qonşu ölkələrdə terror aktları törədir və ölkə daxilində olan xarici vətəndaşlra qarşı, adam oğurluğu cinayəti və terror aktları törədir. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumu da bunun ən son nümunələrindən biridir. Biz bütün dünya ölkələrindən bu məsələyə ciddi yanaşmasını və İran rejiminin əsas hərbi və iqtisadi qolu olan Sepah-ı terror siyahısına salmasını tələb ediririk. Qeryd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu - Sepah, yaxın Şərqdə və hətta dünyada terrorun yayılmasında əsas məsul təşkilatdır.
5- Biz İran rejiminin Azərbaycan Respublikasına qarşı aqressiv ritorikasını və təhdidlərini pisləyir və bütün gücümüzlə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk.
6- Biz İran rejiminin Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsini və Rusiyaya hərbi yardımını pisləyir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.
7- İran rejimi bilərəkdən qadın və qızlara qarşəı ən qəddar və vəhşi cinayətlərlə əl atır, onlara qarşı kimyəvi hücümlar təşkil edir. Biz azad dünyadan İran rejiminin bu orta əsr vəhşiliyinə biganə qalmamasını və etiraz səsini yüksəltməsini istəyirik.
8- Biz dünya ölkələrindən İran toplumunun plüral və çoxmillətli olduğunu qəbul etmələrini və İran vətəndaşları ilə münasibətlərdə bu məsələni nəzərə almalarını istəyirik. İran coğrafiyası çox millətli və çox mədəniyyətli ölkə olduğuna görə bütün millətlərin dillərinin rəsmi olmasını tələb edirik. Tək millət, tək dil, tək vətən ideolujisinin əleyhinəyik.
9- Biz İran rejiminin qeyri-fars millətlərin və xüsusilə Azərbaycan, Qəşqayi, Türkmən, Xorasan və digər Türklərin assimilyasiyası istiqamətində müstəmləkəçilik siyasətinin davam etdirməsini pisləyirik.
10- İranda müstəmləkəçiliyə məruz qalan xalqların beynəlxalq qanunlar və hüquq çərçivəsində öz müqəddəratlarını təyin etmə tələbləri var. “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı bu gün Güney Azərbaycanda, Qaşqyilərdə ,Türkmənlərdə ən çox eşidilən və əslində tələblərimizi yekunlaşdıran şüardır. Dünyanın azadlıq sevər insanlarından biz türklərin qanuni tələblərinin əldə edilməsi uğrunda mübarizəmizə dəstək verməsini istəyirik.
11- İran rejimi təbiət və ətraf mühitin qatilidir. Bu rejim bütün İranda təbiəti və ətraf mühiti məhvni edib. Urmiyə gölünün qəsdən qurudulması Güney Azərbaycanda genişmiqyaslı ekoloji fəlakətə çevrilibş on milyonlarla insanın həyatına təhlükə yaradılıb və ətrafda olan bütün canlılara və ekologiyaya ciddi ziyan vurur. Biz beynəlxalq ictimaiyyətdən Urmu gölünü xilas etmək üçün çox gec olmadan İran rejiminə təzyiq göstərmələrini istəyirik.
12- Son etirazlar zamanı Güney Azərbaycanda və İranın digər Türk bölgələrində özəlliklə Qəşqayi Türkləri arasında çox sayda gəncimiz şəhid olub yüzlərlə yaralı və minlərlə soydaşımız qanunsiuz həbs edilib. Bunlar hamisi daxili və xarici İran opozision qüvvələri media qurumlarlı tərəfindən baykot olunaraq, geniş şəkildə gündəmə gətirilməyib. Biz Azərbaycan Türklərinə və İranda yaşayan digər Türklərə qarşı belə ayrı seçkilik siyasəti pisləyirik və şiddətlə qınayırıq.
Azadlıq, Ədalət, Milli hökumət
Yaşasın azadlıq və ədalət
Məhv olsun orta əsr zehniyyətli İran İslam Respublikası
Azadlıq və Ədalət Yürüşü - Brüssel, 25 mart 2023"


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!