Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 26-11-2015, 08:52


Silahlı Qüvvələrin rəhbər heyəti üçgünlük toplantıda iştirak edib.

Müdafə Nazirliyindən Butov.az-a verilən məlumata görə, noyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilib.
Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda il ərzində orduda aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.
Təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlər keçirilib.
Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə toplantıda silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunub, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetiriblər.
Toplantı iştirakçılarının ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ-hüquqi sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.
Noyabrın 25-də isə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.
Toplantıda çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. General-polkovnik Z.Həsənov dövlətimizin başçısının qayğısı nəticəsində son bir ildə döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət təminatı, eləcə də digər sahələrdə planlı şəkildə həyata keçirilən fəaliyyətləri xüsusi qeyd edib.
Müdafiə naziri hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı, düşmənin təxribat-kəşfiyyat qruplarının basqın cəhdlərinin qarşısının alınması, qoşunların mütəxəssislər ilə komplektləşdirilməsi, eləcə də əldə edilən digər nailiyyətlər və 2016-cı tədris ilində Silahlı Qüvvələrin vəzifələri barədə ətraflı məruzə ilə çıxış edib.
Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
Müdafiə nazirinin əmrinə əsasən, 2015-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
 Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!