Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
Tarix : 15-09-2015, 09:04
Komanda Qərargah Hərbi Oyunları sona çatıb


Butov.az Müdafiə nazirliyinə istinadən bildirir ki, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də irimiqyaslı təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə Komanda Qərargah Hərbi Oyunlarının yekunlarına dair müşavirə keçirilib.
Müdafiə naziri praktiki atışlarla icra olunan irimiqyaslı təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarında qarşıya qoyulan məqsəd və vəzifələr məharətlə yerinə yetirilib. Nazir bütün qoşun növ və qismləri, xüsusi təyinatlılar, təminat vasitələri tərəfindən döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə imkanlarını praktiki olaraq tətbiq edərək təlim-döyüş tapşırıqlarının tələb olunan səviyyədə icra olunduğunu qeyd edib, həmçinin döyüş atışlarının icrası, manevrlərin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin təşəbbüskarlığını yüksək qiymətləndirib.
Müdafiə naziri düşmənlə çətin radioelektron mübarizə şəraitində, qarşılıqlı əlaqəli fəaliyyətin təşkilinə və bölmələrin dəqiq idarə edilməsinə xüsusi diqqət yönəldilməsini və gələcəkdə də bu istiqamətdə səmərəli tədbirlərin görülməsini tələb edib.
Eyni zamanda nazir hərbi əməliyyatlar zamanı mülki əhalinin, hərbi və mülki obyektlərin, təsərrüfat sahələrinin, kommunikasiyaların və digər həyati əhəmiyyətli sahələrin mühafizəsində, həmçinin səfərbərlik ehtiyatlarının vaxtında toplanmasında, qəbulunda yerli icra orqanları ilə qarşılıqlı əlaqələrin daha sıx olmasının vacibliyini də diqqətə çatdırıb.
Şəxsi heyətin döyüşə hazırolma və döyüş qabiliyyətini, peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdıraraq komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!