"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 20-02-2024, 16:22
Qərbi Azərbaycan torpaqlarını öyrədən xəritənin təqdimatı baş tutdu


Qərbi Azərbaycan torpaqlarını öyrədən xəritənin təqdimatı baş tutdu

Fevralın 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” nəşrinin təqdimatı keçirilib.
Nəşri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qərbi Azərbaycan İcması birgə çap edib.
Azərbaycan Respublikası Prezidentinin İşləri İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov vurğulayıb ki, xəritə Qərbi Azərbaycan torpaqlarının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, 1847-ci ilin xəritəsi Gürcüstan Hərbi Topoqrafik Baş Qərargahı və Çar Rusiyası tərəfindən hazırlanmış xəritədir. Xəritələr olduğu kimi mənbəyi göstərilməklə çap edilib. Bu zamana qədər Azərbaycan ictimaiyyəti üçün 1903-cü ildə çap edilmiş xəritənin daha məşhur olduğunu diqqətə çatdıran R.Həsənov əlavə edib ki, 1903-cü ildə çap olunmuş xəritədə də istər Qarabağ, istərsə də Şərqi Zəngəzur iqtisadi rayonlarının, eyni zamanda, Qərbi Azərbaycan ərazisində olan toponimlərin mənşələri göstərilmişdi.
“Amma həmin xəritələrdə XX əsrin əvvəllərində ermənilər tərəfindən saxtalaşdırılma, dəyişdirilmə işləri aparılıb. 1847-ci ilin xəritəsində olan toponimlər, hidronimlər və aqronimlərin faiz etibarilə daha çoxu Azərbaycan, türk mənşəllidir. Hamımız bilirik ki, tariximiz illərlə saxtalaşdırılıb, mənbəyi olmayan xəritələr ortaya qoyulub. Ermənilər tərəfindən tarixin saxtalaşdırılması əsrlərdir davam edib. Bu faktlar da həmin xəritənin nəşrində ayrıca olaraq qeyd edilib”.
Rəvan Həsənov diqqətə çatdırıb ki, bu xəritə son deyil. Bu istiqamətdə işlər davam etdirilməlidir.
“Daha əvvəlki tarixlərə dair xəritələr arşdırılıb üzə çıxarılmalıdır. Eyni zamanda bu xəritə təkcə elmi camiyədə yox, bütün dünya ictimaiyyətinə çatdırılmalı, müxtəlif dillərə tərcümə olunmalıdr. Biz artıq bu prosesə başlamışıq. Xəritə rus və ingilis dilinə tərcümə olunur”.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında xəritənin nəşr olunmasının ciddi bir addım olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə işləri sistemli şəkildə aparır. Mərkəzin “Həqiqətin onomastikası” kitabının birinci və ikinci nəşrinin hazırlanması, kitabların rus və ingilis dillərinə tərcümə olunması da buna sübutdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycanla bağlı tarixi faktların saxtalaşdırılmasının üzə çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
“Ulu öndər Heydər Əliyev deyirdi: “Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz”. Bu doğrudan da belədir, son 200 il ərzində ermənilər Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində çox işlər görüblər və müəyyən məqamlarda buna nail ola biliblər. Bu gün bu saxtakarlıqların üzə çıxarılması və tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” nəşrinin çap olunması bu istiamətdə görülən işlərə, atılan addımlara mühüm töhfədir”.
O, nəşrin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, tariximizin sübut olunması milli məsələdir. Biz tarixin saxtalaşdırılması ilə bağlı çürük təfəkkürü ermənilərin beynindən sökməyə nail olmalıyıq və bunun üçün Azərbaycanın tarixini sübut edən xəritələrin yenidən çapına böyük ehtiyac duyulur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, yalanların ifşasına həmişə ehtiyac var.
“Bizim müharibəmiz bitsə də, mübarizəmiz hələ davam edir. Mübarizədə isə bu kimi ciddi faktlara əsaslanan nəşrlərin rolu əvəzsizdir”. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, eləcə də vaxtilə azərbaycanlıların tarixən yaşadığı indiki Ermənistan Respublikası ərazisində azərbaycan toponimlərinin saxtalaşdırlması faktlarının araşdırılıb üzə çıxarılmasının və dünya ictimaiyyətinə çatdırımasının vacibliyini və nəşr olunan xəritənin əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Coğrafiya Cəmiyyətinin vitse-prezidenti Müqabil Bayramov, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi və Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova nəşrin əhəmiyyətndən bəhs ediblər.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” nəşrinin layihə rəhbərləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qərbi Azərbaycan İcmasının sədri, Millin Məclisin deputatı Əziz Ələkbərli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılovdur. Layihəyə məsul şəxslər isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Araz Qurbanov və Qərbi Azərbaycan İcması aparatının rəhbəri Qalib Qasımovdur. Xəritəni Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti Müqabil Bayramovun rəhbərlik etdiyi qrup tərtib edib. 1847-ci ilin topoqrafik xəritəsində Qərbi Azərbaycanda azərbaycanlıların yaşadıqları məntəqələr, Aleksandropol qəzası üzrə Şörəyel, Pəmbək sahələrindəki yaşayış məntəqələri, Qars paşalığının Zərşad sancağından Ermənistana daxil edilən kəndlər, İrəvan qəzası Sərdarabad, Zəngibasar, Göyçə sahələrindəki, Şərur sahəsinin Vedibasar nahiyəsini əhatə edən yaşayış məntəqələri, Yelizavetpol qəzasının Qazax, Şəmşəddil sahəsindən Ermənistana qatılan yaşayış məntəqələri, Yelizavetpol qəzasının Dərələyəz sahəsindəki yaşayış məntəqələri, Kaspi vilayətinin Zəngəzur sahəsindən, Naxçıvan qəzasının Meğri sahəsindən Ermənistana qatılan yaşayış məntəqələri əksini tapıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!