İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
Tarix : 27-05-2016, 12:49
Azərbaycanın Macarıstandakı səfirliyi Azərbaycanın dövlət bayramı – Respublika günü münasibəti ilə Budapeştin “Rits-Karlton” otelində qəbul təşkil edib.

Butov.az xəbər verir ki, Gün.Az-a səfirlikdən verilən məlumata görə, qonaqlar qarşısında çıxış edən səfir Vilayət Quliyev ölkəmizin keçdiyi tarixi inkişaf yolundan və son illər xüsusi intensivliyi ilə seçilən Azərbaycan-Macarıstan münasibətlərindən danışıb.

Diplomat bu il həm də sovet imperiyasının süqutu ərəfəsində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi olduğunu xatırladaraq erməni işğalının bütün acı nəticələrinə baxmayaraq ölkəmizin yalnız Cənubi Qafqaz regionunda deyil, bütünlükdə postsovet məkanında ən uğurla inkişaf edən və öz iqtisadi qüdrətini ilbəil artıran dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb.

Qəbula rəsmi qonaq statusunda qatılan Macarıstan Xarici İşlər və Ticarət nazirliyinin dövlət katibinin müavini, Macarıstanın Azərbaycandakı keçmiş səfiri Jolt Çutora həyatının ən gözəl illərini ölkəmizdə keçirdiyini etiraf edərək Azərbaycan xalqını bir daha sevimli bayramı münasibəti ilə təbrik etmiş, tarixi köklərlə bağlı olan Azərbaycan və macar xalqları arasında dostluq və qarşılıqlı anlaşma ruhunun bundan sonra daha geniş vüsət alacağına əminliyini bildirib.

Tədbirdə Budapeştdə akkreditə olunan diplomatik korpusun üzvləri, Macarıstanın müxtəlif nazirlik, idarə və təşkilatlarının nümayəndələri, iş adamları, jurnalistlər, alimlər, Azərbaycan diasporunun təmsilçiləri və ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar
Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar
Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar
Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar
Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar
Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar
Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar
Macarıstanda Azərbaycanın Respublika günü qeyd edilib - Fotolar


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!