Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Sahibə Qafarova ispan həmkarı ilə görüşdü .....                        4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı .....                        Dağıstan silkələndi .....                       
Tarix : 11-10-2016, 19:56
Vidadi Zeynalovun vəziyyəti ağırlaşıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun səhhətində ciddi problemlər var.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda “Yeni Müsavat”a onun vəkili Ceyhun Yusifov məlumat verib.

O iddia edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qərəzli münasibət var: “Vidadi Zeynalov səhhətindəki problemlə əlaqədar olaraq, görüş otağına gələrkən çox əziyyət çəkir. O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub. Onun belində ağır dərəcəli onurğa yırtığı (qrija) və sinir ağrıları var. Buna görə də Vidadi Zeynalov otura bilmir. O, yerimə qabiliyyətini itirmək həddindədir. O, ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Bizim şikayətlərimizdən sonra onu 3-ci mərtəbədən 1-ci mərtəbəyə köçürdülər. Amma onu şəraitsiz otağa köçürüblər. Ona qarşı məhdudiyyətlər 5 qat artırılıb. Vidadi Zeynalov mənə şiddətli ağrılarının olduğunu, buna görə gecələr yata bilmədiyini deyir. Onu formal olaraq şəraitsiz, nəmişlik otağa keçiriblər. Həmin otaqdakı şərait onun xəstəliyinə daha da pis təsir edir”.

Vəkil Ədliyyə Nazirliyi rəhbərliyinə müraciət edərək Vidadi Zeynalovla bağlı məsələyə diqqət ayırılmasını istəyib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluq Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində ittiham edilib. Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Bu müddət sonradan bir neçə dəfə artırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!