Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 4-11-2016, 11:49
Səfir azərbaycanlı sərmayədarları Fransaya sərmayə yatırmağa çağırıb


"Fransa sərmayələrin cəlb edilməsi baxımından Avropanın aparıcı ölkələrindən biridir və Azərbaycan da Fransaya sərmayə yatıran ölkələr sırasındadır".
Butov.az "Report"-a istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe hər il təşkil edilən "Fransaya sərmayələr ayı" çərçivəsində Bakıdakı Fransız İnstitutunda keçirdiyi mətbuat konfransında deyib.
Fransa səfiri ölkə prezidentləri və nazirləri arasında mütəmadi olaraq görüşlərin keçirildiyini, eləcə də 2016-cı ildə Azərbaycana 35 Fransa şirkətlərindən nümayəndə heyətinin gəldiyini xatırladıb. O.Buşe azərbaycanlı sərmayədarları Fransaya sərmayə yatırmağa çağırıb və bunun hər iki ölkə üçün faydalı olacağını ifadə edib. O, Fransada investisiya yatırmaq üçün hər cür şəraitin, imkanın olduğunu bildirib: "Bizim üçün Fransaya sərmayə yatırılması önəmlidir. Bu, sadəcə, kapital axını yox, həm də təcrübə mübadiləsidir".
O.Buşe Fransaya sərmayə qoyan Azərbaycan şirkətlərinin, həmçinin məhsullarının növbəti ixracı ilə Avropa bazarına çıxış imkanı əldə etmələrini vurğulayıb: "Avropa 500 milyon istehlakçısı olan böyük bazardır. Avropalı istehlakçılara məhsulları çatdırmaq üçün Parisdən bir saatlıq yol qət etmək də kifayətdir".
Ardından "Business France" Dövlət Agentliyinin nümayəndəsi Fransanın biznes imkanlarının təqdimatını həyata keçirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!