İspaniyada fövqəladə vəziyyət elan olundu .....                        Millimizin üzvü Dünya kubokunun qalibi oldu .....                        Pezeşkianın Azərbaycana səfəri başa çatdı .....                        Məşhur yazıçı qətlə yetirildi .....                        Xalq artisti yıxıldı, qolu sındı .....                        "Neftçi" Sumqayıtda xal itirdi .....                        Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb... .....                        Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan .....                        İrandakı partlayışda ölənlərin sayı artdı .....                       
Tarix : 9-05-2017, 09:01
İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman verib.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi xüsusi təyinatlı dövlət informasiya resursudur.

Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi, yaşayış və olduğu yer üzrə qeydiyyat, ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması, şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə yoxlanılması və sərhədkeçmə uçotu, şəxslərin identifikasiyası, sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi, biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması məqsədilə məlumatların toplanılması ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir.

Dəyişikliyə əsasən sistem çərçivəsində Xarici Kəşfiyyat Xidmətinin vəzifələri müəyyənləşdirilib. Bu vəzifələr sırasına xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi, kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi, sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi ilə bağlı rəylərin sistemə daxil edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, readmissiya üzrə sorğuların, onlara əlavə olunan məlumatların, habelə verilən cavabların informasiya resursunun formalaşdırılmasında və identifikasiya-sorğu işində iştirak edilməsi, şəxsin başqa fərdi məlumatlarla pasport, şəxsiyyət vəsiqəsi, digər sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədi almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin aşkarlanması işlərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilməsi və müvafiq məlumatların Sistemə daxil edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, sistemdaxili audit fəaliyyətinin həyata keçirilməsi daxildir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!