İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
Tarix : 18-09-2013, 15:06
Əli Əhmədov:"Gələcəkdə harın məmurların sayı azalacaq"


"Elə ölkələr var ki, orada oğurluğa görə insanların əlini kəsirlər. Amma orada oğurluq aradan qaldırılmayıb. Korrupsiyaya görə insanları edam edirlər, amma korrupsiya hələ də aradan qaldırılmayıb. Deməli, buna nail olmağın yolu insanların cəzalandırılmasından deyil, daha səmərəli mexanizmlərin yaradılmasından keçir". ANS PRESS-in məlumatına görə, bunu virtualaz.org-a müsahibəsində YAP icra katibi, Milli Məclisin üzvü,hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevin seçki qərargahının rəhbəri Əli Əhmədov deyib. O, bu istiqamətdə işlər görülsə, hədəfə daha tez çatmağın mümkün olacağını deyib.

Harınlamış məmurlar və onların övladları tendesiyası ilə mübarizə yollarından danışan Ə.Əhmədov hakimiyyət, vəzifənin insanları korlaya biləcəyini deyib. Amma görünür, vəzifə daha çox daxili mənəvi zənginliyi olmayan insanları korlayır. "Prezidentimiz də elə bu məsələlərə diqqət çəkir. Prezident İlham Əliyev YAP-ın sədri olaraq bu məsələləri diqqət mərkəzinə çəkməklə partiyanı bu hallara qarşı mübarizəyə səsləyib. Güman edirəm ki, bu çağırışlar nəticəsiz qalmayacaq, bunların şahidi olacağıq. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə, xüsusilə də ayrı-ayrı sahələrdə münasibətləri tənzimləyən mexanizmlər təkmilləşdikcə bu harınlama ehtimalları azalacaq. Mən buna inanıram. Bəlkə də gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq. Daha doğrusu, məmurun ona verilən səlahiyyətlərə görə harınlamaq şansı əlindən alınacaq. Prezident və onun partiyası bunu etməyə nail olacaq.

"Belə düşünürük ki, YAP özünü Kommunist Partiyası kimi göstərməməlidir. Başqa ölkələrin də təcrübəsi göstərib ki, sözlə, təzyiqlə, təqiblə cəzalandırılmaların nəticəsi ötəri və keçici olur. Buna mexanizmləri təkmilləşdirərək, harınlamaq istəyən məmurların qarşısını ala biləcək mexanizmləri inkişaf etdirərək nail olmaq istəyirik. Seçdiyimiz yol bundan ibarətdir. Güman edirəm ki, bu yol səmərəli yoldur".


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!