Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 11-05-2020, 16:31
Hərbi ekspert: “Azərbaycan əsgəri bu gün bütün məişət qayğılarından azaddır” - MÜSAHİBƏ


Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov “Report”un suallarını cavablandırıb:

– Son illər orduda hansı islahatlar aparılıb?

– Son illər orduda islahatlar geniş vüsət alıb. Faktiki olaraq, ordu sanki yenidən doğulub, yəni müasir standartlara cavab verməsi və güclənməsi baxımından təkcə hərbi texnika, sursat, ləvazimat, döyüş vasitələri ilə təminat deyil, həm də əsgərin məişət şəraitinin, yaşayış vəziyyətinin, cəmiyyətdəki rolunun artırılması istiqamətində böyük işlər görülüb.
Hamımız bilirik ki, yaxın keçmişdə əsgər yeməyini əsgər yeməkxanasında özü hazırlayır, geyimini camaşırxanalarda özü yuyurdu və digər məsələlər vardı ki, bu, onun hərbi hazırlığına yük idi. Ancaq son illər Müdafiə Nazirliyinin verdiyi əmrə əsasən bu kimi hallar aradan qaldırılıb. Əsgərin əsas vəzifələri var: ancaq hərbi hazırlıqla məşğul olmaq, təlimlər keçmək, səngərdə dayanmaq, düşmənə təpki göstərmək, silah və sursata vaxtlı vaxtında, yerində qulluq etmək, istismarını düzgün qurmaq.
Digər dəyişikliklər ordunun təminatı sahəsindədir. Əvvəllər əsgərin rasionunda ona xeyir verən qidalar çox az idi, bu rasion da bizə sovet dönəmindən qalma idi. Ancaq indi əsgərin rasionunda güclü kalorisi olan qidalar, mövsümi meyvələr, şirələr, salatlar var. Bundan əlavə, rasion tamamilə dəyişdirilərək milli mətbəxə uyğunlaşdırılıb.

Hərbi ekspert: “Azərbaycan əsgəri bu gün bütün məişət qayğılarından azaddır” - MÜSAHİBƏ


Silah-sursat, hərbi texnikanın yenilənməsi baxımından böyük işlər görülüb. Bu gün Azərbaycan Ordusunda müasir hərb elminə uyğun islahatlar aparılır. Keçmişdə ordu anlamında kəşfiyyat deyəndə biz kəşfiyyatçıları, onların insanlar vasitəsilə düşmənin mövqelərinin arxasına keçib hansısa məlumatın əldə edilməsini başa düşürdük. Ancaq bu gün Azərbaycan Ordusunda PUA-lar var ki, onlar təkcə düşmənin arxa tərəfində, yaxud uzaq məsafəsində kəşfiyyat aparmır, həm də zərbə əməliyyatlarını da icra edirlər. Bu da 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi.
Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyi çox güclü və müasir zərbə uçuş aparatları hazırlayaraq orduya verib. Bu da həm kəşfiyyat məlumatları toplayır, həm də düşmənin vacib strateji obyektlərinə zərbə vurmaq üçün nəzərdə tutulub. Son illər müasir artilleriya qurğuları özünün mobilliyi ilə düşmənə zərbə vurur və qarşı tərəfin artilleriyasından yayınaraq yerini tez bir vaxta dəyişir.
İslahatlar özünü təkcə texnikanın müasirləri ilə əvəzlənməsində, əsgərin məişətinin yaxşılaşdırılmasına, qidasında göstərmir, bu, həm də ordudakı kadr siyasətinə də təsir edir. Bu gün Azərbaycanın zabitləri bir çox başqa böyük hərbi məktəbləri olan ölkələrdə öz biliklərini artırırlar, NATO müasir standartlarına uyğun olan hərbi texnikaları öyrənirlər. Bu da Azərbaycan Ordusundakı islahatların bir hissəsidir.

Hərbi ekspert: “Azərbaycan əsgəri bu gün bütün məişət qayğılarından azaddır” - MÜSAHİBƏ


– Əvvəllər hərbi hissələrin vəziyyət yaxşı deyildi. Bu sahədə dəyişiklik varmı? Hazırda hərbi hissələr müasir tələblərə cavab verir?

– Yaxın tariximizə qədər hərbi hissələrdə vəziyyət, demək olar ki, acınacaqlı idi. Sovet vaxtından qalan tikililər, əsgər yataqxanaları, məişət şəraitini təmin edən binalar, qərargahlar, komanda mərkəzləri müasir tələblərə uyğun deyildi.
Son illər hərbi hissələrdə dəyişikliklər var. Bu, yeni, müasir hərbi hissələrin, əsgərin standartlara cavab verən şəraitini təmin edən yardımçı binaların tikilib istifadəyə verilməsində, müxtəlif sinif bazaları, taktiki və texniki sahələrin, texnikanın toplanması üçün müasir texnika parklarının qurulmasında özünü göstərir. Belə hərbi hissələr, bazalar, parklar ölkənin hər bir guşəsində tikilib istifadəyə verilir. Bu iş dayanmayıb, bu gün də davam etdirilir. Sözsüz ki, yaxın gələcəkdə digər böyük strateji hərbi obyektlərin tikilib başa çatdırılmasının və istifadəyə verilməsinin şahidi olacağıq.

– Azərbaycan Ordusunda kifayət qədər təlimlər keçirilirmi? Təlimlər ordunun döyüş qabiliyyətinin yüksəldilməsində hansı rola malikdir?

– Təlimlər ordunun bel sütunudur. Əgər təlimlər olmasa, əsgər döyüşdə hansı hərəkətlər edəcəyini, hansı tərəfə hücuma keçəcəyini, hansı istiqamətdən qorunacağını, necə taktika seçəcəyini, silah-sursatdan, texnikadan istifadəni bilməz. Təlimlər mütləq bir anlayışdır.
Bu gün Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin taktiki, komanda təlimləri keçirilir. Artilleriya, tank, hava hücumundan müdafiə təlimləri torpaqlarını işğaldan azad etmək üçün döyüş astanasında olan Azərbaycanın hərbi kontingentini real döyüşə hazırlayır. Belə bir deyim var: “Təlimdə çətin, döyüşdə asan”.

Hərbi ekspert: “Azərbaycan əsgəri bu gün bütün məişət qayğılarından azaddır” - MÜSAHİBƏ



Təbii ki, heç bir döyüş asan olmur, lakin hazırlıqlı ordu döyüşdə hansı hərəkəti edə biləcəyini əvvəlcədən bilir və düşmənin hansı taktika seçəcəyini elmi və praktiki cəhətdən əvvəlcədən öyrənir. Hərbi təlimlər olmasa, döyüşdə çaşqınlıq yaranar və bunun nəticəsində də məğlubiyyət qaçılmaz olar.

– Təlimlər gənc kadrların təcrübəsinin artmasına necə təsir edir?

– Təlimlərin gənc kadrların hazırlanmasında rolu böyükdür. Təkcə hərbdə deyil, bütün elmlərdə belə bir anlayış var ki, nəzəriyyə praktikanın başlanğıc nöqtəsidir. Praktika isə hazırlığın anasıdır. Bu gün gənclərin hərbi təlimlərdə öyrəndikləri onların hərbi məktəblərdə oxuduqları nəzəriyyənin davamıdır.

Zabit, gizir, MAXE, əsgər olmasından asılı olmayaraq, gənclər üçün hərbi təlimlərin, ümumiyyətlə təlimlərin böyük rolu var. Çünki çölün verdiyi biliyi sinif otağı verə bilməz. Əsgər, yaxud zabit təlimdə nəzəriyyədən əlavə bir çox məsələlərlə qarşılaşır. Bunlar da təlimlər vaxtı çözülür.

– Ordunun inkişafında gənc kadrların rolu nə qədərdir?

– Ordunun inkişafında kadrların rolu böyükdür. Bu onun gənc olub-olmamasından irəli gələn amil deyil. Əgər kadr öz biliyini paylaşa, hərbi kontingenti hansısa elmlərə yiyələndirə bilirsə və bunun üçün çalışırsa, sözsüz ki, orduda və cəmiyyətdə bu insanların rolu böyükdür. Gənclərin orduda rolu isə danılmazdır, çünki bu gün yol gəncliyindir. Onların orduda olması yeni kadrlar, yeni qüvvə, yeni arzular deməkdir.
Bizim arzularımız torpaqlarımızın azad olunmasıdır. Gənclərin də orduda olması, yeni qüvvənin, gənc fikirlərin hərbi kollektivə qoşulması ordu üçün böyük qazancdır.

Təbiətimizdə olan bütün canlılar kimi hər şeyin gəncləşməsinə ehtiyac var. Ordu da belədir, həmişə gənc qalmalıdır. Onun hansısa kadrları yaşlaşa da bilər, yaxud ehtiyata da çıxa bilər. Lakin onun yerini doldurmaq üçün gənc kadrlara həmişə ehtiyac var.


Paylaş



Bölmə: Hərbi
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!