Arda Gülərdən YENİ REKORD .....                        Fidan Əraqçi ilə hərbi əməliyyatlardan danışdı .....                        Rusiyada dollar qadağası - RƏSMİ .....                        Millimiz məğlubiyyətlə başladı .....                        "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib" .....                        Mirzoyan: "İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır" .....                        "ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir" .....                        Xaçmazda meşədə gənc oğlan meyiti tapıldı .....                        Livanda ölənlərin sayı 1094-ə çatıb .....                       
Tarix : 16-11-2020, 14:22
Kanada azərbaycanlıları terror qurbanlarını yad ediblər
Kanadada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Toronto şəhərində yaşayan soydaşlarımız sentyabrın 27-dən bu günədək işğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda qətlə yetirdiyi mülki şəxsləri yad etmək məqsədilə bir araya gəliblər.

Butov.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, soydaşlarımız münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələrimizdə mülki əhalinin raket atəşinə tutulması, günahsız insanların, o cümlədən azyaşlıların qətlə yetirilməsi ilə bağlı məlumatları Kanada ictimaiyyətinin diqqətinə çatdırıb.

“Biz dinc əhaliyə qarşı müharibə cinayətlərinin qınanmasını, günahkarların cəzalandırılmasını istəyirik. Xəsarət almış soydaşlarımızın acılarına şərik olmaq, şəhidlərimizi daim xatırlamaq, belə vandallizm aktlarına qarşı səsimizi qaldırmaq və bu faktları yaşadığımız cəmiyyətlərə çatdırmaq bizim borcumuzdur” - deyə soydaşlarımız bildirib.

Aksiya zamanı azərbaycanlılar bir sıra simvolik mesajlardan istifadə ediblər. Belə ki, onlar yastıqlar üzərində qətlə yetirilən insanların adları yazılmış kiçik lövhələr, eləcə də qərənfillər düzərək, onların əksəriyyətinin yuxuda qətlə yetirldiyini və bütün bunların heç bir sözlə ifadə olunmayan müharibə cinayəti olduğunu diqqətə çatdırıblar.

Əllərində “Bəzən eşidilmədiyimiz üçün yazmalıyıq”, “Bəzən ağrının ən dərin ifadəsi sükutdur” sözləri yazılmış posterlər turan azərbaycanlılar bu yolla haqq səslərini çatdırıb və Ana Vətənə dəstək olduqlarını bəyan ediblər.

Aksiya yerli medianın diqqətini çəkib, bu barədə müxtəlif media orqanlarında, o cümlədən www.armeniakills.com saytında ətraflı məlumat dərc olunub.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!