"Beşiktaş" doğma meydanında məğlub oldu .....                        Şirvanda 4 nəfəri maşın vurdu .....                        Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi .....                        Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə .....                        İstanbulda qar həyatı iflic etdi - FOTO .....                        Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR .....                        İran uranı zənginləşdirməyə davam edir .....                        Yenidən dünya çempionu oldu .....                       
Tarix : 12-11-2021, 12:58
Darıxma, düzəlməyəcək...

Zaur Xudiyev yazır...

“Ya sök, ya tik, nə fərqi var?

Bu daxma düzəlməyəcək.

Gəl, sənə təsəlli verim,

Darıxma, düzəlməyəcək...”

Salam Sarvan bu şeiri yazanda yəqin heç ağlına da gətirməzdi ki, nə vaxtsa futbol mövzusunda bir yazının epiqrafı olacaq.

Hələ xeyli müddət bundan əvvəl, milli komandada baş məşqçilər əlcək kimi dəyişiləndə, hər gələn isə boynubükük, üzüqara yola salınanda bu şeiri özüm üçün zümzümə edirdim.

“Bu daxma düzəlməyəcək...”.

Bəli, özülü yanlış qoyulan, kökü, dayanacağı olmayan daxmanı nə qədər söküb-tiksən də düzələn deyil. Elə bizim milli komandamız kimi.

Milli komandamız daha bir tsikli bir xalla başa vurdu. Elə Nikola Yurçeviçin baş məşqçilik etdiyi AÇ-2020-nin seçmə mərhələsində olduğu təhər. Taleyin acı ironiyasıdır ki, məhz elə həmin qrupda olduğu kimi, bu dəfə də 8 oyundan sonra 7 dəfə meydanı başıaşağı tərk edən komandamız cəmi bir dəfə bərabərliyə sevinib.

Hələ bu harasıdır?! Eyni ötən tsikldə olduğu kimi, bu dəfə də qapımızda 18 qol görmüşük, bizim isə cəmi 5 dəfə rəqibləri məyus etməyə gücümüz çatıb.

İndi siz mənə deyin görüm, milli komandanın baş məşqçisinin Yurçeviç, De Byazi, Əli, Vəli, Pirvəli olmasının nə fərqi var axı? Bu sistemlə, bu oyunçularla, bu çempionatla, bu təfəkkürlə nəyə nail olmaq olar ki?

“Darıxma, düzəlməyəcək...”.

Amma zaman gözləmir, ən düzəlməyəcək şeylər belə düzəlirsə, bizim futbola nə mane olur?

Niyə “Qarabağ” Avrokuboklarda üç oyundan sonra qrupdan çıxmağı təmin edə bilir, amma əsasını “Qarabağ”lı futbolçuların təşkil etdiyi yığma 8 oyundan sonra cəmi 1 xal toplayır?

Nədir bu qədər kəskin uçurumun, dərin fərqin səbəbi? Kim, harada, nəyi səhv edir?

İnanın, məsələ təkcə Lüksemburqa məğlubiyyət deyil. Əlbəttə, bir zamanlar üstdən aşağı baxdığımız, cırtdan dövlət hesab edib qrupumuza düşəndə ən az potensial 4 xal kimi gördüyümüz, ərazisi ölkə başçısının təbiri ilə desək, işğaldan azad etdiyimiz ərazilərin yarısı qədər olan Lüksemburqa öz meydanında uduzmaq ayıbdır, biabırçılıqdır. Amma əmin olun ki, futbolumuzun mövcud faciəsinin miqyası bundan qat-qat daha böyük, daha ağırdır.

Bu ölkənin uşaq futbolçuları asfalt üzərində, süni örtüklü meydançalarda şikəst edilirsə, bu ölkənin region komandaları ölkə çempionatına uzaqdan baxırsa, 60-dan çox şəhər və rayonu olan ölkənin milli çempionatında cəmi 8 komanda iştirak edirsə, onun da 6-sı paytaxtı təmsil edirsə, hansı inkişafdan, hansı nəticədən danışa bilərik?

Ölkə futbolunun lokomotivi hesab olunan Tovuz, Gəncə, Lənkəran bu gün böyük futboldan uzaqdadırsa, nəyə ümid etməliyik?

Milliləşdirilmiş, ad-soyadı azərbaycanlılara oxşayır deyə zorla bizə sırınan legionerlərə?

Yoxsa zamanında oyunu ilə göz qamaşdıran, Azərbaycan yığmasını seçdikdən sonra isə sürətlə enişə keçən xaricdə yetişmiş Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev kimi azərbaycanlılara?

Məşhur rusiyalı rəssam Fyodor Reşetnikovun “Yenə də iki” tablosunu görmüş olarsınız yəqin. Uşaq dərsdən yenə iki alıb evə gəlir, ailədə hamı ona baxır, o isə üzünü çevirib, utanır. Bəli, utanır. Ən azından hələ də utanacaq yeri qalıb.

Bizim isə heç ikiyə də gücümüz çatmır. Yenə də bir!

Görəsən, utanırlarmı?

Butov.az


Paylaş



Bölmə: İdman / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!