İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 24-08-2022, 11:35
“Neftçi” klubunun idmançıları V İslam Həmrəyliyi Oyunlarında 23 medal qazanıblar

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Avqustun 9-18-də keçirilən mötəbər yarışda 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, paraoxatma, paraatletika, paraüzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, mötəbər yarışda “Neftçi” idman klubunun 30 yetirməsi mübarizə aparıb. Azərbaycan komandasının əldə etdiyi medallardan 23-ü “Neftçi”nin atletlərinə məxsusdur. Bu medallardan 12-si qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.
Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi sərbəst güləş), Eldəniz Əzizli, Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və Balabəy Ağayev (cüdo) sahib olublar. Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov (hamısı yunan-Roma güləşi), Nəriman Mirzəyev, Könül Əliyeva (hər ikisi cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) gümüş, Telman Vəliyev (cüdo), Səbinə Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov (kikboksinq) isə bürünc medala layiq görülüblər.
Əldə olunan medallardan doqquzunu isə idmançılarımız komanda yarışlarında qazanıblar.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!