Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
4-01-2023, 21:55
“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır


“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var. Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır. Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
4-01-2023, 17:03
“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır


“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var. Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır. Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
4-01-2023, 16:58
“Barcelona” klubu qayda pozuntusuna görə cərimələndi


“Barcelona” klubu qayda pozuntusuna görə cərimələndi

İspaniya La Liqası "Barselona"nı böyük məbləğdə cərimələyib. Buna Kataloniya təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Klub 2021/2022 mövsümündə maaş limitinə riayət etmədiyi üçün 800 000 avro cərimə ödəyəcək. Daha əvvəl La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, "Barselona"nı qarşıdakı mövsümlərdə də analoji cəza gözləyir.
4-01-2023, 16:42
“Qalatasaray” klubundan “Fənərbaxça”ya etiraz


“Qalatasaray” klubundan “Fənərbaxça”ya etiraz

Türkiyənin “Qalatasaray” klubu ötən gecə Superliqada oynanılan “Antalyaspor” - “Fənərbaxça” matçının hakimliyi ilə bağlı narazılıq bildirib. İstanbul klubunun rəmi twitter hesabı bununla bağlı paylaşım edib. Paylaşımda Türkiyə Futbol Federasiyasından həmin matçın VAR hakimlərinin danışıqlarının açıqlanması tələb edilib. Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Mərkəzi Hakimlər Komitəsi “Sivasspor” - “Qalatasaray” oyununun VAR hakimi Özgüç Turkalpı yanlış qərarlarına görə hakimlikdən uzaqlaşdırıb.

25-12-2022, 19:59
Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək


Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək

Gələn il Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib. On yeddi yaşadək güləşçilər arasında qitə birinciliyi iyulun 31-dən avqustun 6-dək İstanbulda təşkil olunacaq. Qeyd edək ki, böyüklər arasında dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
23-12-2022, 15:02
Məğlub olan komandalara da pul vəsaiti ayrılıb


Məğlub olan komandalara da pul vəsaiti ayrılıb

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı bəlli olub. Butov.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb. Bu isə Rusiyada dörd il əvvəl keçirilən turnirlə müqayisədə 40 milyon dollar çoxdur. Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerin sahibi Xorvatiya 27 milyon, dördüncü yer tutan Mərakeş 25 milyon dollar əldə edəcək. Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon (İngiltərə, Braziliya, Portuqaliya, Niderland), 1/8 finaldan kənarda qalan komandaların hər biri 13 milyon dollar (Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya) qazanacaq. Qrup mərhələsini adlaya bilməyən komandalar - Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qana - hər biri 9 milyon dollar əldə edəcək.
22-12-2022, 18:22
Azərbaycan millisi FİFA reytinqində irəlilədi


Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb. Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub. Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 44-cü yeri tutub. 2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.
21-12-2022, 00:30
“Neftçi” yarımfinalda


“Neftçi” yarımfinalda

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib. “Bakcell Arena”da təşkil olunan görüşdə “Neftçi” klubu “Zirə”ni qəbul edib. Matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda yarımfinala yüksəlib. “Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər. Yarımfinal matçları 2023-cü ilin aprelin 19-u və 27-də baş tutacaq.
19-12-2022, 23:17
Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı


Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı

Dünya çempionatının qalibi olan Argentina millisinə 52 milyon ABŞ dolları mükafat veriləcək. Vəsaitin 10 milyon dolları artıq Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən yığma üzvlərinə təqdim olunub. Qalan vəsaiti isə FIFA ödəyəcək. Xatırladaq ki, dünən Argentina millisi finalda Fransanı məğlub edərək dünya çempionu olub.
19-12-2022, 23:06
“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi


“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan biri başa çatıb. Belə ki, "Qəbələ" klubu öz meydanında "Qarabağ"ı qəbul edib. İlk oyunu 2:2 hesabı ilə başa çatan komandaların görüşü "Qəbələ"nin üstünlüyü başa çatıb - 1:0. Bununla da "Qəbələ" komandası "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəlib. Digər matçda isə "Sabah" klubu "Səbail"lə doğma meydanda üz-üzə gələcək. "Bank Respublika Arena"dakı görüş saat 19:00-da start götürəcək. "ASK Arena"da keçirilən ilk qarşılaşmada "dənizçilər" 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!