Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
27-01-2023, 00:36
“Neftçi” daha bir futbolçunu transfer etdi

“Neftçi” daha bir futbolçunu transfer etdi

“Neftçi” klubu daha bir futbolçunu transfer edib. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Mateus Saldanyanın heyətə cəlb olunub. “Ağ-qaralar”la müqavilə imzalayan 24 yaşlı forvard son olaraq Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunda oynayıb. Qeyd edək ki, “Neftçi” bundan əvvəl qış fasiləsində Höccət Haqverdi və Kilan Lebo ilə heyətini gücləndirib.
22-01-2023, 17:16
Boksçularımız qızıl medal qazandı

Boksçularımız qızıl medal qazandı

Azərbaycanın 2 boksçusu Millətlər kubokunda qızıl medal qazanıb. Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib. Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku davam edir. Yarışın beşinci günündə final döyüşlərinə start verilib. Həlledici görüşlərdə ilk olaraq Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Yeniyetmə boksçuların mübarizəsində yarımfinalda macarıstanlı Patrisiya Petrimanı məğlub edən Banuçiçək Nəsirli (46 kq) növbəti görüşündə onun həmyerlisi Roksana Talpasla üz-üzə gəlib. Finalda rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edən təmsilçimiz qızıl medala yiyələnib. Nəsirlinin uğurunu Emili Rzayeva da təkrarlayıb. Gənclərin yarışında 66 kq çəkidə rinqə çıxan Avropa çempionu serbiyalı Anastasiya Boskoviçdən güclü olub. O, 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb. Nəticədə milli komandamızın qazandığı mükafatların sayı 8-ə çatıb. Nəsirli ilə Rzayevadan öncə məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) bürünc medala sahib olublar. Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun sonuncu günündə daha 3 boksçumuz final qarşılaşmasına çıxacaq. Gənclərdə Lalə Mədətova (48 kq) rumıniyalı Mihaela Badesku ilə, Aynur Mikayılova (52 kq) serbiyalı Draqana Yovanoviçlə, böyüklərdə Şəhla Allahverdiyeva ingiltərəli Dion Burmanla üz-üzə gələcək.
18-01-2023, 14:05
Avropa üzrə reytinq açıqlandı - “Qarabağ” klubu 49-cu pillədədir

Avropa üzrə reytinq açıqlandı - “Qarabağ” klubu 49-cu pillədədir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların Avropa reytinqini açıqlayıb. “Qarabağ” siyahının 49-cu pilləsində qərarlaşıb. Azərbaycan təmsilçisi “Borussiya” (Dortmund, Almaniya), “Latsio”, “Fiorentina”, “Atalanta (hamısı İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Lester” və “Nyukasl” (hər ikisi İngiltərə) kimi məşhur klubları qabaqlayıb. Siyahıya İngiltərənin “Liverpul” klubu başçılıq edir, 2-ci pillədə “Çelsi”, 3-cü yerdə isə “Mançester Siti” qərarlaşıb.
17-01-2023, 18:30
İdman sektorundakı işçilərin maaşı artırıldı

İdman sektorundakı işçilərin maaşı artırıldı

İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib. Qərar bu ilin yanvarın 1-dən qüvvəyə minib.
15-01-2023, 23:21
Həndbolçularımız Kipr yığmasına uduzdu

Həndbolçularımız Kipr yığmasına uduzdu

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununu keçirib. Baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən matçda rəqib komanda 32:23 hesablı qələbə qazanıb. Digər oyunda isə Malta Böyük Britaniya seçməsinə 14:44 hesabı ilə uduzub. Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə məğlub olub.
15-01-2023, 15:50
Boksçularımız Millətlər kubokundan iştirak edəcək

Boksçularımız Millətlər kubokundan iştirak edəcək

Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku keçiriləcək. Bu barədə Boks Federasiyasından bildirilib. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayev rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq. 14 ölkənin qatıldığı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında qüvvələrini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar. Bu gün səfərə yollanan milli komanda yanvarın 23-də Bakıya qayıdacaq.
14-01-2023, 23:59
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldı

Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldı

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb. Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
14-01-2023, 19:30

14-01-2023, 16:56

7-01-2023, 15:25
“Qarabağ” klubuna yeni futbolçu qatıldı

“Qarabağ” klubuna yeni futbolçu qatıldı

“Qarabağ"ın heyətinə yeni futbolçu qoşulub. “Qarabağ" 2022-ci ilin yayından azad agent olan Adama Diakabini heyətinə cəlb edib. O, hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Fransalı futbolçu ilə tibbi müayinədən keçdikdən sonra, yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə, 2020-ci ildə “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!