Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 19-04-2019, 13:23
Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizi üzrə konteyner daşınmalarının müddətinin azaldılması təklif olunur

Aprelin 16-17-də Ukraynanın paytaxtı Kiyev şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağının iclası keçirilib.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.
Toplantıda dəhlizin 2019-cu ilin I rübü üzrə hesabatı müzakirə olunub. İştirakçılar konteyner daşınmalarının müddətinin azaldılması, qeydiyyatı və nəzarəti ilə bağlı məsələləri nəzərdən keçiriblər.
İclasın yekununda protokol imzalanıb.
Beynəlxalq Assosiasiyanın ümumi yığıncağının növbəti iclası bu ilin yayında Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək.
2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna maraq ildən-ilə artır. Hazırda bu dəhliz özündə 9 ölkəni birləşdirir, ümumilkdə isə, dəhlizin nəqliyyat imkanlarından 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir.
Ümumilikdə, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” boyunca 60-a yaxın ölkə yerləşir. Bu coğrafiyada isə 4,5 milyard nəfər yaşayır. Bu baxımdan, nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyətlidir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!